Ordumuz Hadrutda ermənilərə icazə vermədiBu gün Azərbaycan Ordusu erməni meyitlərini axtaran erməniləri və Qırmızı Xaç Komitəsinin nümayəndələrini Hadrut ərazisinə buraxmayıb.

Axar.az xəbər verir ki, bu barədə erməni mediasına açıqlamasında axtarışı aparan ermənilər bildiriblər.

Onlar qeyd ediblər ki, olay bu gün baş verib:

“Üç axtarış dəstəsi Hadruta getdi, ancaq Azərbaycan Ordusu icazə vermədi”.

Qeyd edək ki, 27 dekabrda 6 erməni terrorçusu Ordumuza qarşı təxribat həyata keçirib və bir əsgərimiz şəhid olub. Bunun ardınca Azərbaycan xüsusi təyinatlıları aktiterror əməliyyatına başlayıb və 6 terrorçunun 6-sı da məhv edilib.

Buna görə də ermənilərə Hadrut istiqamətində meyitlərini axtarmağa icazə verilməyib.

14 noyabrdan Azərbaycan Ordusu bütün döyüş meydanlarında rahat axtarış aparması üçün ermənilərə imkan yaratmışdılar. Məhz bunun sahəsində ermənilər bu vaxta qədər 1111 erməni meyitini meydanlardan toplaya biliblər.
Teymur Rəcəbov 1/4 finala vəsiqə qazandıOnlayn formada keçirilən blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yarışın üçüncü günündə 3 qarşılaşma keçirib.

"Report" xəbər verir ki, Uesli So (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Pentala Harikrişna (Hindistan) ilə üz-üzə gələn Rəcəbov bütün görüşləri heç-heçə ilə başa vurub.

Xal hesabını 6-ya çatdıran 33 yaşlı şahmatçı ilkin mərhələdə 5-ci pilləni tutaraq, 1/4 finala vəsiqə qazanıb. .

Qeyd edək ki, turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.

Bayram günlərində rayonlara getmək istəyənlərin - Diqqətinə!Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bəzi şəhər və rayonlarda tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar həmin inzibati ərazilərə giriş-çıxış yalnız müvafiq ezamiyyə vərəqələri və ya “icaze.e-gov.az” portalına daxil edilmiş məlumatlar əsasında həyata keçirildiyindən son vaxtlar, xüsusilə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayan və işləyən şəxslərin kütləvi şəkildə ailə üzvləri ilə birgə məhz həftəsonu və ya bayram qabağı ezamiyyə adı ilə respublikanın ayrı-ayrı bölgələrindəki istirahət zonalarına getmələri müşahidə olunur.

Bu barədə Avrasiya.net-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, verilən icazədən sui-istifadə hallarının qarşısının alınması məqsədilə DİN Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, həftənin şənbə və bazar, habelə bayram günləri fəaliyyət göstərməyən xidmət sahələrində çalışan işçilərə müvafiq ezamiyyə vərəqələrinin verilməsinə və ya “icaze.e-gov.az” portalına bu barədə məlumatların daxil edilməsinə baxmayaraq, həmin şəxslər ezam olunduqları ərazilərə həftəsonu gedəcəkləri təqdirdə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmiş inzibati ərazilərin sərhədlərində yerləşən xüsusi karantin postlarından buraxılmayacaqlar.

"Qeyd olunanları və azyaşlı övladları ilə digər regionlara getməyə cəhd göstərən şəxslərin karantin postlarından qaytarılmalarının uşaqlara mənfi təsir göstərə biləcəyini də nəzərə alaraq, infeksiyanın geniş yayılmaması üçün belə səfərlərə çıxmaq fikrindən daşınmaları tövsiyə olunur", - məlumatda deyilir.

Azərbaycanda yoluxma 772-yə düşdü - daha 39 nəfər öldüAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 772 yeni yoluxma faktı qeydə alınıb, 3048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 215 483 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 172 019 nəfər müalicə olunaraq sağalıb, 2 538 nəfər vəfat edib, aktiv xəstə sayı 40 926 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 502, ötən müddət ərzində isə ümumilikdə 2 163 064 test aparılıb.

Erməni deputat aksiyaçılarla əlbəyaxa oldu - VideoErmənistan Milli Məclisinin binasının qarşısında etirazçılarla Mənim Addımım blokunun deputatı Sisak Qabrielyan arasında dava düşüb.

Bu barədə “Nyus.am” məlumat yayıb.

Vətəndaşlardan biri millət vəkilinin avtomobilinə yaxınlaşaraq, “Mükafat üçün gəldiniz” deyə soruşub.

Qabrielyan maşından enib. Vətəndaş ona eyni hərəkətlə cavab verən millət vəkilini itələyib. Daha sonra tərəflər arasında dava başlayıb. Sisak Qabrielyan vətəndaşları təhqir edib və onlardan birinin üzünə zərbə endirib.

Bir müddət sonra millət vəkili maşına minərək uzaqlaşıb. Vətəndaşlar deputatın avtomobilini və özünü yumurta atəşinə də tutub.

İnsidentlə əlaqədar xuliqanlıq maddə ilə cinayət işi başlanıb.
Misirdə Həmrəylik Günü münasibətilə tədbir keçirilib“Vətənpərvər” Misirdəki Diaspor Təşkilatları Birliyinin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilərək və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək başlanılıb.
Çıxış edən “Vətənpərvər” Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov diaspor üzvlərini Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbəsi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.

S.Nəsirov qeyd edib ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və böyük sərkərdəlik məharəti sayəsində azadlığa qovuşub. O deyib: “İndi xarici ölkələrdə, o cümlədən Misirdə yaşayan hər bir azərbaycanlı qüdrətli və qalib xalqın nümayəndəsinə xas böyük qürur hissi keçirir. Artıq burada keçirilən tədbirlərdə heç kim bizə torpaqlarımızın niyə hələ işğal altında olduğu sualını verə bilməyəcək. Biz Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycanın vətəndaşlarıyıq və bununla fəxr edirik. Prezident İlham Əliyev yeni əsrdə torpaqları düşmən işğalından azad edən sərkərdə kimi adını tarixə qızıl hərflərlə yazdırıb”.

2020- ci ildə diaspora fəaliyyətindən danışan S.Nəsirov diqqətə çatdırıb ki, xalqımızın zəngin mədəniyyətinin və tarixinin Misirdə və qonşu ölkələrdə təbliği istiqamətində xeyli iş görülüb. Vətən müharibəsi günlərində isə yerli mətbuatda məqalələr dərc etdirilib, habelə Misir parlamentinin üzvləri, dini və ictimai təşkilatların nümayəndələrinə mütəmadi olaraq məlumatlar çatdırılıb.

Dost ölkənin dini qurumlarının rəhbərləri və ictimai-siyasi xadimləri şanlı Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar. Diaspor üzvləri də sosial şəbəkələrin ərəb dilindəki seqmentində xalqımızın ədalətli mövqeyi haqqında statuslar, foto və videomateriallar paylaşıblar. Diaspor fəaliyyətinin daha bir mühüm istiqaməti Azərbaycanın Qahirədə təhsil alan əcnəbi və yerli tələbələr arasında təbliğidir.

S. Nəsirov Azərbaycanın təbliğində xüsusi fəallıq göstərən diaspora nümayəndələrinin adlarını qeyd edərkən, Azərbaycan dilini könüllü şəkildə tədris edən diaspora fəalı İnərə Osmanovanın adını xüsusilə qeyd etmişdir.

İ. Osmanova dörd ildir ki, dünyanın ən qədim universitetlərindən sayılan əl-Əzhər Universitetində Azərbaycan dilini könüllü şəkildə tədris edir. Bu müddət ərzində 500 dən çox misirli tələbəyə dilimizi tədris etmişdir. O, eyni zamanda Qahirədəki diaspora mərkəzimizdə Azərbaycan dili müəlliməsidir.
Prezident yeni yolun açılışında iştirak etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 kilometrliyindən Masazır dairəsinədək olan hissəsinin yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olub.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 30 kilometrlik birinci hissəsinin açılışında da iştirak edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə mühüm sosial və iqtisadi əhəmiyyəti ilə seçilən infrastruktur layihələri həyata keçirilir. Bunlar ümumilikdə ölkəmizin iqtisadi potensialını möhkəmləndirir, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük töhfə verir. Dövlətimizin başçısının sərəncam və tapşırıqlarına uyğun inşa olunan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil magistralı yol infrastrukturu layihələrinin genişlənməsi, onların daha da müasirləşdirilməsi istiqamətində atılan növbəti mühüm addımdır. Bu layihə çərçivəsində yolun 7,5 kilometrliyindən Masazır dairəsinədək olan hissəsinin yenidən qurulması başa çatıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işlərin icrası ilə bağlı dövlətimizin başçısına məlumat verdi. Layihə çərçivəsində Xırdalan dairəsinin altından keçən avtomobil tuneli genişləndirilib. Hər bir istiqamət üzrə əlavə tunellər inşa edilib. Bundan başqa, yenidənqurma işləri zamanı Xırdalan dairəsinə qalxan və düşən hissələrdə iki hərəkət zolaqlı yol inşa olunub. Görülən işlər bu istiqamətdə yaranan tıxacların qarşısının alınmasında, avtomobillərin hərəkətinin intensivliyinin, sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Layihəyə uyğun olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsü də tikilib.

Qeyd edək ki, bundan əvvəlki körpünün texniki göstəriciləri avtomobillərin normal və təhlükəsiz hərəkətinə mane olurdu. Ona görə də həmin körpünün sökülərək əvəzində yeni, müasir standartlara cavab verən körpünün inşası ilə bağlı qərar qəbul edilmişdi. Layihənin icrası şəhərin bu hissəsində tıxacların qarşısının alınmasında, qatarların hərəkətinin təhlükəsizliyində böyük rol oynayacaq.

Prezident İlham Əliyev “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik birinci hissəsinin açılışında da iştirak edib.

Uzunluğu 150 kilometr olan yeni yol 4 hərəkət zolaqlıdır. Hazırda yeni magistralın Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi arasında yerləşən hissəsində tikinti yekunlaşmaq üzrədir. Yeni istiqamət üzrə inşa edilən bu magistral avtomobil yolu əvvəlkindən 13 kilometr qısadır. Yolun qalan hissələrinin gələn ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır. Yeni avtomagistrala Giləzi yaşayış məntəqəsi, Siyəzən və Şabran rayonları, həmçinin Quba-Xaçmaz avtomobil yolu ilə kəsişən ərazidən yol qovşaqları vasitəsilə daxil olmaq mümkündür. Yeni magistral avtomobil yolundan istifadə üçün ödənişin hər kilometr üçün yük və minik avtomobillərinə görə fərqli məbləğdə olması nəzərdə tutulub. Bu yolun inşası beynəlxalq nəqliyyat əməkdaşlığı baxımından strateji önəm daşıyan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyini daha da artıracaq. Yolun inşası Azərbaycanın layihədə iştirak edən ölkələrlə iqtisadi əməkdaşlığının daha da genişləndirilməsinə xidmət edəcək. Bundan başqa, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayacaq.
Azərbaycanda koronanın yeni əlamətləri aşkarlandıİstər əcnəbi, istərsə də yerli mütəxəssislər COVİD 19-un qarşıdakı zamanlarda daha da kəskin şəkildə yayılacağı, ümumi vəziyyətin daha da pisləşəcəyi barədə müxtəlif açıqlamalar verirlər.

Yeni koronavirusun bəzi əlamətləri artıq Azərbaycanda da aşkar olunmağa başlayıb. Bunlardan biri dəri tutulumudur.

Məsələ ilə bağlı Milli.az-a danışan həkim Ramin Cavadov 55 yaşlı kişinin xəstəxanaya müraciət etdiyini deyib.

“55 yaşlı kişinin bilinən xəstəliyi yoxdur. 10 gün öncə 38.3 dərəcə qızdırma, halsızlıq, iştahasızlıq və ardından bədəndə döş qəfəsi, qarın boşluğunun ön yan tərəfində, qollarda və ayaqlarda çox olmaqla ağrısız və qaşıntısız qabarıq ləkələr görülüb. Qastroenteroloqa müraciət edilib, testlər istənilib və sonra Herpes Zoster (HZ) (kərmərvari dəmrov) düşünülərək valtrex başlanılaraq dermatoloqa yönləndirilib. Dermatoloq HZ deyil, vaskulit düşünərək konsultasiya istədi.

Xəstənin anamnezini dərinləşdirdiyimiz zaman COVİD-19 şübhəsi oyandı, müayinədə təzyiq 130/80, ağciyər səslərində kobudlaşma görüldü. Xəstə qan analizi və KT nəticəsi ilə gəldiyində (3 gün sonra) ləkələr iz buraxmadan solmuşdu. KT-də 8% buzlu şüşə görüldü, COVİD +, crp 45, AST 335, ALT 45, GGT 1250, ALP 1300, HGB 16, kreatinin 0.6, sidiyin ümumi analizi normal, ANCA, COVİD-19 dəri tutulumu düşünüldü, uyğun müalicə yazılaraq 10 gün sonra kontrol məsləhət görüldü.

COVİD-də hər şey ola bilər. İnsanın bütün orqanizmində bu xəstəliyin əlamətini müşahidə etmək mümkündür”, - həkim bildirib.

TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü Natiq Əliyev isə COVİD-in başqa bir əlamətindən danışıb.

"COVİD-19 xəstəsi var ki, onda 2 gündü konyuktivit, şikayәt başlayıb. Sadәcә gözdә qızartı, sulanma ilә hәrarәt 37.0-37.5 olur. 5 gün öncә testi pozitiv gәlib, yanaşı xәstәliyi yoxdur, COVİD 19-la bağlı ağciyәrlәrdә bir problem görülmәdi. Sadәcә xәstәnin bu şikayәtlәri var", - N.Əliyev bildirib.
Daha 43 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə ev verildiBir sıra rayonlarda daha 43 fərdi ev şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, Biləsuvar rayonunda fərdi evlərin təqdim edilməsi tədbirində nazir müavini Vüsal Nəsirli və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov iştirak ediblər.

Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin evlə təminatı proqramının bu il 1500 ailəni əhatə etməsinin nəzərdə tutulduğu, artıq 1400-ə yaxın mənzil və fərdi evin bu kateqoriyadan olan vətəndaşlara verildiyi bildirilib. Ümumilikdə indiyədək 9 minədək şəhid ailəsinin, müharibə əlilinin evlə təmin edildiyi diqqətə çatdırılıb.

Bu kateqoriyalardan olan vətəndaşlara yönələn sosial ödənişlərin də mütəmadi artırıldığı, İkinci Qarabağ müharibəsində şəhid olanların ailələri, müharibə iştirakçıları ilə bağlı sosial dəstək işlərinin aparıldığı da qeyd edilib. Minlərlə insanın artıq sosial dəstəklə təmin edildikləri, bu sahədə də işlərin davam etdiyi bildirilib.

Şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onlara qayğının artırılması üçün görülən işlərə və bu gün yeni evlərlə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.