Milli Məclis gələn ilin dövlət büdcəsini qəbul etdiMilli Məclisin bu gün keçirilən plenar iclasında "2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Avrasiya.net xəbər verir ki, gələn il büdcə gəlirləri 25 427 milyon manat nəzərdə tutulur ki, bu da gözlənilən ÜDM-in dəyərinin 33,6 %-i qədər olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303 milyon manat və yaxud 5,4 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 milyon manat və yaxud 5 % çoxdur.

Büdcə xərcləri isə 28 543 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 %) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 050,8 milyon manat və yaxud 3,8 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 milyon manat və yaxud 16,9 % çoxdur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Nazirdən 190 manat açıqlaması: Artırılacaq!Birdəfəlik ödəmə bu il üçün yaşayış mimimumunun məbləğində verilirdi.

Avrasiya.net xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

"Əgər sərtləşdirilmiş karantin rejimi yenə tətbiq olunsa, vətəndaşlara verilən birdəfəlik ödəmənin məbləğinin 190 manatdan 196 manata qaldırılmasını hökumətlə müzakirə edəcəyik”,- nazir bildirib.
Hindistanın TRİPS-dən imtina təklifiElm nail oldu, Ümumdünya Ticarət Təşkilatı nail olacaqmı?

Hindistanın ÜTT-dəki səfiri və daimi nümayəndəsi Bracendra Navnit, tərəfindən Hindistan, Cənubi Afrika və başqa səkkiz ölkə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) Əqli Mülkiyyət Hüquqlarının Ticarət Aspektləri üzrə Sazişinə (TRIPS) əsasən məhdud zaman müddətində üzv ölkələri bəzi patent və digər Əqli Mülkiyyət (IP) hüquqlarının tətbiq edilməsindən azad etməyə dair təklif irəli sürür.

Bu təklifin əsas məqsədi ondan ibarətdir ki, əqli mülkiyyət hüquqları COVID-19 vaksinlərinin və dərman vasitələrinin istehsalının sürətləndirilməsini məhdudlaşdırmasın. Bir neçə üzv təkliflə bağlı narahatlıqlarını bildirsə də, ÜTT üzvlüyünün böyük bir hissəsi təklifi dəstəkləyir. Müxtəlif beynəlxalq təşkilatlar, çoxtərəfli qurumlar və ümumdünya vətəndaş cəmiyyəti də həmçinin bu təklifi dəstəkləyir.
Görünməmiş dövrlər fərqli tədbirlər görülməsini tələb edir. Biz bunu pandemiyanın yayılmasının qarşısını almaq məqsədilə siyasi müdaxilə kimi həyata keçirilən məhdud müddət üçün nəzərdə tutulmuş sərt karantin rejiminin tətbiq edilməsi ilə əldə edilən nəticədə müşahidə etdik. Beynəlxalq Valyuta Fondu (BVF) Dünya İqtisadi Görünüşünün 2020-ci il oktyabr tarixli nəşrində qeyd olunur: “... Bununla birlikdə, proqnozlaşdırıldığından daha pis inkişaf nəticəsi riski hələ də böyükdür. Əgər virus yenidən başlayarsa, müalicə vasitələri və vaksinlərdə irəliləyiş gözləniləndən daha yavaş olarsa və ya ölkələrin onları əldə etməsi qeyri-bərabər şəkildə həyata keçirilərsə, yenidən sosial uzaqlaşma və daha sərt karantin rejimi ilə iqtisadi aktivlik gözləniləndən daha aşağı ola bilər ”. Vəziyyət proqnozlaşdırıldığından daha acınacaqlı görünür, 2019-cu il üçün proqnozlaşdırılan əsas plana əsasən iqtisadi məhsulun 7% -ni itirmişik. Bu, qlobal Ümumi Daxili Məhsulu üzrə 6 trilyon ABŞ dollarından daha çox bir məbləğdə itkiyə çevrilir. Qlobal ÜDM-in ilkin plana əsasən 1 % artması belə 800 milyard ABŞ dollarından çox qlobal məhsul əlavə edəcək və imtina hesabına iqtisadiyyatın bir sektorundakı zərərin əvəzini kompensasiya edəcəkdir.

Vaksin və müalicə vasitələrinin vaxtında və əlverişli qiymətlərlə əldə olunmasını təmin etmək üçün yalnız bir siqnal iqtisadiyyatda tələbin canlanması üçün böyük bir etimad rolunu oynayacaqdır. Uğurlu vaksinlərin hazırlanması üfüqdə ümidin olduğunu göstərir. Bəs bunlar dünya əhalisi üçün necə əlçatan və əlverişli olacaq? Burada əsas sual hərkəs üçün kifayət qədər Covid-19 peyvəndinin olub-olmamasıdır. Hal-hazırda günümüzün ən optimist ssenariləri belə 2021-ci ilin sonuna qədər zəngin və yoxsul ölkələrin əksər əhalisi üçün Covid-19 vaksinlərinin və dərman vasitələrinin əldə olunmasının təminatını verə bilməz. ÜTT-nin bütün üzvləri kütləvi qlobal ehtiyacları qarşılamaq üçün vaksin və dərman vasitələrinin istehsal gücünün artırılmasına təcili ehtiyac olduğu ilə bağlı razılığa gəlib. Əqli Mülkiyyət Hüquqlarının Ticarət Aspektləri üzrə Sazişindən (TRİPS) imtina təklifi bu ehtiyacın Əqli Mülkiyyət (IP) hüquqlarının potensialının istehsal gücünün artırılmasına mane olmamasını təmin etməklə həyata keçirməyə çalışır.

Əqli Mülkiyyət Hüquqlarının Ticarət Aspektləri üzrə Sazişi çərçivəsində mövcud dəyişikliklər niyə kifayət deyil

Əqli Mülkiyyət Hüquqlarının Ticarət Aspektləri üzrə Sazişi çərçivəsində edilən mövcud dəyişikliklər qənaətbəxş hesab olunmur, çünki bütün bunlar pandemiya ilə bağlı yaranan vəziyyətin nəzərə alınması ilə hazırlanmayıb. Məcburi lisenziyalar ölkəyə, vəziyyətə və məhsula görə verilməlidir, halbuki hər bir yurisdiksiya əqli mülkiyyət qaydası ilə ayrı-ayrı məcburi lisenziyalar verməli idi və bu, praktik olaraq ölkələr arasında iş birliyini son dərəcə çətinləşdirirdi. Əqli Mülkiyyət Hüquqlarının Ticarət Aspektləri üzrə Sazişi çərçivəsində mövcud dəyişikliklərdən istifadəni təşviq etsək də, bunların tətbiqi çox vaxt aparır və tətbiq edilməsi çətin bir prosesdir. Beləliklə, yalnız bunların istifadəsi ilə əlverişli qiymətləri olan vaksin və dərman vasitələrinin vaxtında əldə olunması təmin edilə bilməz. Eynilə, ÜST-nın COVID-19 tibbi məhsullarının istehsalını genişləndirmək və dünya miqyasında paylaşılmasına köməklik göstərmək üçün əqli mülkiyyət, texnologiya və məlumat bazasının verdiyi töhfəyə dəstək olan COVİD-19 Texnologiyaya Giriş Anbarı təşəbbüsündə də ruhlandırıcı və ümidverici inkişafın şahidi olmamışıq. Könüllü lisenziyalar, mövcud olduqları yerlərdə belə, gizli saxlanılır. Onların qaydaları və şərtləri şəffaf deyil. Onların əhatə dairəsi müəyyən dərəcədədir və ya ölkələrin məhdud bir alt qrupu ilə məhdudlaşır və bununla da həqiqi beynəlxalq əməkdaşlıqdan daha çox millətçiliyi təşviq edir.

Niyə mövcud qlobal əməkdaşlıq təşəbbüslərindən kənara çıxmağa ehtiyac var?

COVAX Mexanizmi və COVİD-19 müalicə vasitələrinin inkişafı, istehsalı və əldə olunması prosesini sürətləndirən “ACT-Accelerator” kimi qlobal əməkdaşlıq təşəbbüsləri 7.8 milyard insanın kütləvi qlobal ehtiyaclarını ödəmək üçün yetərli deyil. “ACT-A” təşəbbüsü gələn ilin sonuna qədər 2 milyard doza miqdarında olan vaksini satın alaraq dünyada ədalətli şəkildə paylamağı hədəfləyir. İki doza rejimi ilə bu, yalnız 1 milyard insanı əhatə edəcəkdir. Bu o deməkdir ki, “ACT-A” tam olaraq maliyyələşdirilmiş və uğurlu olsa belə, bu hal hazırda belə deyil, qlobal əhalinin əksəriyyəti üçün kifayət qədər vaksin olmayacaqdır.

Keçmiş təcrübə

Mövcud pandemiyanın ilk bir neçə ayı ərzində maskalar, şəxsi mühafizə vasitələri, təmizləyici maddələr, əlcəklər və Covid-19 pandemiyası zamanı digər vacib avadanlıqların olduğu rəflər hətta təcili ehtiyacları olmadıqları təqdirdə onları əldə edən şəxslər tərəfindən tamamilə boşaldılmışdır. Eyni proses vaksinlərdə də baş verməməlidir. Nəhayət, dünya Covid-19 pandemiyasının əsas məhsullarının istehsalını sürətləndirə bildi, çünki buna mane olan əqli mülkiyyətlə bağlı maneələr olmadı. Hal-hazırda, eyni əqli mülkiyyət hüquqlarının toplanmasına və vaksinlərin və dərman vasitələrinin istehsalını genişləndirməyə necə nail ola biləcəyimizə dair məlumata ehtiyacımız var. Bu, əfsuslar ki, tez baş verməyəcək və bununla da imtinaya ehtiyac yaranır.

Çoxsaylı maraqlı tərəflərin iş birliyini səfərbər edən pandemiya fövqəladə bir hadisədir. Sadəcə əqli mülkiyyət yox, həmçinin elm adamları, tədqiqatçılar, ictimai səhiyyə mütəxəssisləri və universitetlər tərəfindən əldə edilən bilik və bacarıqlar, eləcə də vaksinlərin ən qısa zamanda inkişafını asanlaşdıran böyük dövlət maliyyəsi ölkələrarası əməkdaşlığa şərait yaratdı

İrəliyə yol

Əqli Mülkiyyət Hüquqlarının Ticarət Aspektləri üzrə Sazişindən (TRİPS) imtina təklifi, bu gün dünyanın üzləşdiyi ictimai səhiyyədə yaranmış fövqəladə vəziyyətə qarşı görüləcək istiqamətli və mütənasib bir tədbirdir. Belə bir imtina, ÜTT-ni təsis edən Marakeş Sazişinin IX maddəsinin müddəalarına uyğundur. Vaksinləri vaxtında və sərfəli qiymətlərlə əldə olunması ilə, insan həyatının itirilməməsinə köməklik edilə bilər. İmtinanın qəbul edilməsi, ÜTT-nin etibarlılığını yenidən bərpa edəcək və çoxtərəfli ticarət sisteminin aktual olmağa davam etdiyini və böhran anında təsir göstərə biləcəyini sübut edəcək. Həyatları xilas etmək və iqtisadiyyatın canlanmasına köməklik göstərmək üçün indi ÜTT üzvlərinin imtinanı qəbul etmə vaxtıdır.
Vaksinlərin hazırlanması bir elm sınağı olsa da, onları əlçatan və sərfəli hala gətirmək insanlığın sınağı olacaq. Tarix bizi sadəcə vaksinlərin hazırlanması üçün yox, eyni zamanda Covid19 vaksinlərinin və dərman vasitələrinin hazırlanması, sərfəli qiymətlərin təyin edilməsi və hərkəs tərəfindən əldə edilməsi üçün xatırlamalıdır. Gələcək nəsillərimiz bundan daha azına layiq deyillər.
Azərbaycan Ermənistanı necə diz çökdürdü? - Sarkisyandan etiraf44 günlük müharibədə Ordumuzun darmadağın etdiyi Ermənistan təkcə cəbhədə ağır məğlubiyyətə uğramadı, həm də məğlubiyyətin yaratdığı reallıqlar bu ölkənin daxilində faciəli nəticələrə gətirib çıxardı: sosial-iqtisadi böhran, siyasi qarşıdurma, məğlubiyyətin yaratdığı mənəvi-psixoloji gərginlik.

Ermənistanda xaos yaşanır. Bu ölkənin prezidenti Armen Sarkisyanın etirafları da 30 ilə yaxın işğalçılıq siyasəti aparan Ermənistanın düşdüyü vəziyyəti, bunun fonunda Azərbaycanın illər ərzində hədəfinə doğru - torpaqların azad edilməsi istiqamətində əzmkarlıqla irəlilməsi və buna nail olmasını çılpaqlığı ilə göstərir.

İndiyə qədər məğlubedilməz ordudan, siyasi gücdən bəhs edən Ermənistan rəhbərliyi birbaşa prezident səviyyəsində hər şeyi etiraf edir.

Azərbaycan uzun illər bu günə hazırlaşdı, Ermənistan dövləti isə tədricən dağıldı.

Armen Sarkisyanın etiraflarının ana xəttini bu təşkil edir və o istəməsə belə Azərbaycanın gücünü dilə gətirməyə məcbur olur.

“Minlərlə gəncin ölümü həm cəmiyyət, həm onların ailələri üçün faciədir”, - Ermənistan prezidenti deyir.

44 günlük müharibədə Ermənistanın canlı qüvvəsinin yarıdan çoxu sıradan çıxdı. Rəsmi İrəvan itkilərin miqyasını azaltmağa çalışsa da, müstəqil mənbələr dəhşətli rəqəmləri açıqlayırlar.

“Sputnik armenia” yazırdı ki, müharibədə Ermənistan ordusunun 8,472 hərbçisi məhv edilib, 13 mini yaralanıb, 500-dən çoxu əsir düşüb, 3 min hərbçidən isə xəbər yoxdur.

“Ekspert.ru” saytı isə “Ermənistan Qarabağa yığdığı 80 min əsgərin 30-40 faizini (20-30 min) itirdi” deyə yazırdı.

“Politik.am” yazır ki, itkin düşdüyü hesab olunan 1400 hərbçinin əksəriyyəti məhv edilib, şəxsiyyəti müəyyənləşdirilməyən 700-dən çox hərbçi isə müxtəlif morqlarda saxlanılır.

Müharibə bir aydan çoxdur başa çatsa da, hakimiyyət itkilərlə bağlı hər gün yeni siyahı açıqlayır və bu, itkilərin sayının çoxluğu ilə bağlı təsiri azaltmaq məqsədi daşıyır.

Son üç ayda Ermənistanda ən çox bahalığın çiçək, gül çələngi, mixək (yasda yandırırlar), yas salonları və tabutlarda qeydə alınıb. Hətta tabut qıtlığı yaşanır. 10 minlərlə cəsədə taxta çatdırmaq asan iş deyil. Ermənilər sonuncu dəfə Spitak zəlzələsində (1988-ci il) bu qədər cəsədlə qarşılaşmışdı.

Onminlərlə itki onminlərlə ailənin etirazı və bütün cəmiyyətin mənəvi-psixoloji çöküşü deməkdir. Ermənistan hazırda faciə içindədir və bunun yeganə səbəbi bu ölkəni bu illər ərzində apardığı işğalçılıq siyasətidir. Azərbaycan işğala son qoydu, bunun nəticəsi Ermənistan üçün olduqca ağır oldu.

Azərbaycan son 26 il ərzində güclü ordu yaratdı və Ermənistanın “məğlubedilməz ordu” mifini cəmi 44 günə məhv etdi.

Armen Sarkisyan etiraf edir: “26 il bundan əvvəl bizim güclü ordumuz var idi. Bu dövr ərzində Azərbaycan bu istiqamətdə böyük güc sərf etmiş, müasir texnologiyalar tətbiq etmiş, Ermənistan isə arzusunu reallıq kimi qəbul etmişdir. Ermənistan deyir güclü ordusu var, amma reallıqda isə bu, yoxdur”.

Müharibədə hər şeyi ortaya çıxdı və bəlli oldu ki, ermənilər bu müddət ərzində yalnız özlərini inandıra biliblər. Azərbaycan Ordusu 44 gün ərzində öz gücünü düşmən üzərində göstərdi və bu gün, illərdir Azərbaycan dövlətinin məqsədyönlü siyasətinin nəticəsidir.

Qarabağdakı separatçı-terrorçulardan Samvel Babayan etiraf edir ki, “müharibənin ilk günündə Azərbaycan cəmi 15 dəqiqəyə ermənilərin Qarabağdakı artilleriyasının 40, hava hücumundan müdafiə sistemlərinin 50 faizini məhv edib”.

Görünür, Ermənistanın “məğlubedilmə ordu” mifini dağıtmağa cəmi 15 dəqiqə kifayət edib.

“Azərbaycanlılar həm də informasiya və media müstəvisində müharibəyə hazırlaşdılar. Ermənistan bu müharibəni itirdi, ona görə ki, bununla məşğul olmadı. Azərbaycan Ermənistana qarşı informasiya hücumları edir, Ermənistanda isə qüvvələr bir-birini ittiham edir”, - Ermənistan prezidenti etiraflarına davam edir.

I Qarabağ müharibəsində dünyanın da ədalətsiz yanaşması bizə çox şey öyrətdi. Ən önəmlisi isə Azərbaycan dövləti, bu dövlətin lideri mövcud situasiyadan ağıllı nəticə çıxardı və ordunu cəbhədə döyüşə hazırlayarkən, ölkəni informasiya cəbhəsində mübarizəyə hazırladı.

İllər ərzində həyata keçirilən ağıllı strategiyanın nəticəsini 44 günlük müharibədə gördük. Azərbaycan Ermənistanı hərbi cəbhədə olduğu kimi informasiya cəbhəsində də darmadağın etdi. Prezident İlham Əliyevin dünyanın nüfuzlu informasiya resurslarına verdiyi müsahibələr beynəlxalq ictimaiyyətin münaqişəyə dair məlumatlandırılması və Azərbaycanın ədalətli mövqeyinin qəbul edilməsində böyük nəticəsi oldu.

Azərbaycan bütün cəbhələrdə - hərbi, informasiya və diplomatiya – Ermənistanı məğlub etdi.

“Ermənistan diz üstə çöküb” – deyə Armen Sarkisyan etiraf edir.

Ermənistan prezidentinin etiraflarının ardına nəzər yetirdikdə də işğalçılıq siyasətinin və Azərbaycanın öz torpaqlarını azad etmək üçün prinsipail mövqeyinin, nəhayət Vətən müharibəsində qazandığımız böyük zəfərin bu ölkəni hansı vəziyyətə saldığını görmək olur.

Armen Sarkisyan etiraf edir:

- Ermənistan böyük böhran içindədir. Bunun ən pisi həm də emosional-psixoloji böhrandır. Çünki təkcə Ermənistan dövlətçiliyinin deyil, erməni insanının imicinə böyük zərbə vurulub;
- Ağır məğlubiyyət yükünü təkcə Ermənistanın bugünkü nəsli deyil, gələcək nəsil də daşıyacaq;
-Ermənistan dizi üstə çöküb və durmalıdır. Ancaq necə? Hökumət istefaya getməlidir. Belə təlatümdən sonra istənilən hökumət mandat almalıdır. İndiki hökumət seçiləndə Ermənistan tam fərqli vir dövlət idi, indi isə ermənilər başqa bir dövlətdə yaşayırlar
- Ermənistan ağır sosial-iqtisadi böhran içindədir. Səhiyyə, koronavirus, müharibədə itkilər, onların ailələri. Onlara pensiyalar lazımdır, psixoloji yardım göstərilməlidir. Cəbhədən qayıdan yaralılar, hərbçilərlə kim məşğul olacaq? Onlar hardan iş tapacaqlar? Biz təkcə dövlətin deyil, millətin böhranını yaşayırıq - səhiyyə, maliyyə, iqtisadi, psixoloji, humanitar və s. - bütün sahələrdə böhrandır;
- Ermənistan demoqrafiya məsələlərində məğlub oldu. Dağlıq Qarabağda əhalinin sayı 20 min nəfər azalıb. Halbu ki, bu əraziləri məskunlaşdırıb əhalinin sayını artırmaq lazım idi;
- Ermənistan dövlətçiliyinin uzun illər dağıdılması prosesi gedib;
- Ermənistanda referendum keçirilməlidir, Konstitusiya insana xidmət halına salınmalıdır;
- Ermənistan hakimiyyəti diaspora ilə Ermənistan arasında Berlin divarı çəkib;
- Ermənistanda dövlət orqanı təyinatı üzrə deyil, ona rəhbər təyin edilmiş adamın şəxsi əlavəsi kimi fəaliyyət göstərir;

Bütün bunların prezident səviyyəsində etirafı Ermənistan acınacaqlı durumda olduğunu göstərir. Ermənistanın bu duruma düşməsinin əsas səbəbi isə onun rəhbərlərinin apardığı işğalçılıq siyasəti, Azərbaycanın məqsədyönlü siyasi kursu və möhtəşəm qələbəsidir.

Azərbaycan qalib, Ermənistan məğlub ölkədir və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun yaratdığı bu realləq dəyişməyəcək.
Sülhməramlılar döyüş hazırlıqlarına başladı - SON DƏQİQƏRusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin hərbi qulluqçuları yeni təsis edilmiş "Xankəndi" və "Xocavənd" poliqonlarında müntəzəm döyüş hazırlığı təlimlərinə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, atış təlimləri zamanı hərbçilər müxtəlif tipli hədəfləri pulemyot və avtomatlar, snayper, tank əleyhinə qumbaraatanlarla vurub, həmçinin "BTR-82A" zirehli piyada döyüş maşınlarından istifadə edib.

Bundan əlavə, rus sülhməramlıları həm dağda, həm də dərədə hədəflərə əl bombası atıb.

"Rusiyalı sülhməramlılar müşahidə məntəqələrində gecə-gündüz vəzifə yerinə yetirməsinə baxmayaraq, kontingentin komandanlığı döyüş hazırlığı, taktiki-xüsusi, atəş, döyüş maşınları və digər xüsusi avtomobil texnikalarını idarə etmək də daxil olmaqla, əsas döyüş hazırlığı növləri üzrə dərslər planlaşdırıb", - açıqlamada deyilir.

Ümumilikdə 200-ə yaxın Rusiya hərbçisinin döyüş hazırlığına cəlb edildiyi, 20-dən çox hərbi və xüsusi texnikanın hazırlıqda iştirak etdiyi qeyd olunur.
Mәrkәzi Bank inflyasiyaya tәsir edәn amillərlə bağlı məlumat YAYDI2021-ci ildә dә Mәrkәzi Bankın pul siyasәti makroiqtisadi dayanıqlığın әsas sütunlarından olan qiymәt sabitliyinә yönәldilәcәk.

Avrasiya.net-in məlumatına görə, bu barədə Azәrbaycan Mәrkәzi Bankının 2021-ci il üçün pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri barәdә bәyanatında qeyd edilib.

Bildrilib ki, pul siyasәtini hәyata keçirәrkәn Mәrkәzi Bank inflyasiyaya tәsir edәn başlıca xarici vә daxili amillәri diqqәt mәrkәzindә saxlayacaq:

“İnflyasiya hәdәfinә nail olmaq mәqsәdilә monetar siyasәtin effektivliyini artırmaq üçün әlavә tәdbirlәr görülәcәk. Maliyyә sektorunun sabitliyinin tәmin edilmәsi, maliyyә vasitәçiliyinin, pul vә kapital bazarlarının dәrinlәşdirilmәsi istiqamәtindә tәdbirlәr davam etdirilәcәkdir. Pandemiyadan zәrәr çәkmiş iqtisadi subyektlәrә dәstәk mәqsәdilә requlyativ güzәştlәrdәn istifadә diqqәtdә saxlanacaq”.

Bəyanatda həmçinin, 2021-ci il vә ortamüddәtli dövrdә ölkә iqtisadiyyatı qarşısında dayanıqlı iqtisadi artım trayektoriyasına qayıdış, növbәti 10 ildә ümumi daxili mәhsulun ikiqat artımına nail olunması, yeni reallıqlar nәzәrә alınmaqla dayanıqlı makroiqtisadi sabitliyin tәmin edilmәsi, habelә işğaldan azad olunmuş әrazilәrin bәrpası kimi mühüm çağırışlar var.
Dövlət bu ailələrə pul ödəyəcək – İqtisadçıEhtiyac meyarının artırılması imkan verəcək ki, daha çox ailə ünvanlı sosial yardım üçün müraciət edə bilsin. Çünki ehtiyac meyarı ailənin gəlir və xərcləri baxımından önəmlidir. Eyni zamanda bu imkan verəcək ki, ünvanlı sosial yardıma müraciət edən və gəliri dəyişməyən vətəndaşlarımız daha çox yardım ala bilsin. Yeni dəyişikliklə ailələr dövlətdən daha çox yardım ala biləcək.

Bu sözləri Axar.az-a millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi haqda danışarkən deyib.

O bildirib ki, ehtiyac meyarının həddi 170 manat məbləğində müəyyən edilib:

“Ünvanlı sosial yardım məbləğ hesablanan zaman ehtiyac meyarı əsas götürülür. Məsələn, ailədə 4 nəfər varsa, onların ümumi gəlirləri hesablanır. Hesablanan zaman ailə sayı 170 manata vurulur və ailənin ümumi xərci tapılır. Bu zaman ailənin ümumi xərci 720 manat müəyyən edilir. Əgər ailənin gəliri 400 manatdırsa, 720 manatdan 400 manat çıxılır. Qalan 320 manat dövlət tərəfindən ünvanlı dövlət sosial yardım proqramı tərəfindən ödənilir”.
Dərman daşıyan yük maşını yandıŞəmkir rayonunda avtomobildə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, rayon ərazisində “Scania” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan dərman preparatları yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Topçu Vüsalı təhqir edən direktor cəzalandırıldı - FotoBir müddət əvvəl Vətən Müharibəsində iştirak etmiş 19 yaşlı Vüsal Şahkərimov döyüşlər zamanı ağır artilleriyadan atəş açdığına dair görüntülərlə tanınmışdı. Həmin görüntülər sosial şəbəkələrdə geniş müzakirələrlə səbəb olmuşdu.

Lakin 102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılovanın Feysbukda topçunu təhqir edəcək rəy yazmışdı.

Avrasiya.net xəbər verir ki, məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.az-a bildirilib ki, Bakı şəhəri 102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılovanın sosial şəbəkələrdə əsgər Vüsal Şahkərimovun görüntülərinə dair yazdığı və sosial şəbəkə istifadəçilərinin geniş müzakirəsinə səbəb olmuş şərhlə bağlı aparılmış araşdırma zamanı məktəb direktoru məsələ ilə bağlı izahatında yazdığı şərhin diqqətsizlik və texniki səhv nəticəsində qeyd olunan şəklin altına yazıldığını bildirib:

“O, bununla bağlı həm sosial şəbəkələrdə üzrxahlıq etdiyini, eləcə də, əsgər V.Şahkərimovun valideynindən şəxsən üzrxahlıq etdiyini qeyd edib.

M.İsmayılovaya sosial şəbəkə istifadəçiləri ilə münasibətdə müəllim adına yaraşmayan davranışlara yol verərək, “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna görə Təhsil nazirinin əmri ilə töhmət verilib”.

Azərbaycan Ermənistana elə bir ağır zərbə vurub ki...44 günlük müharibənin Azərbaycanın qələbəsi bu gün Ermənistan hakimiyyətini hələ də qorxu, çaxnaşma, qarşıdurma içində saxlamaqla yanaşı, acı etiraflara səbəb olub. Erməni xalqı baş nazir Paşinyanı dalana dirəyib, istefasını tələb edir. Səbəb – acı məğlubiyyət, minlərlə erməni gəncin ölümü, itkilər, Paşinyanın xalqını aldatması, üstəgəl sosial-iqtisadi durumun gündən-günə ağırlaşmasıdır. 30 il özünü “qalib” kimi hiss edən işğalçı ölkə 44gün içində Azərbaycan qarşısında diz çökdü. Bu acı məğlubiyyət Ermənistanı parçalnmaya gətirib çıxarıb, ölkə yeni ili faciələrlə qarşılayır.

Başda Paşinyan olmaqla, hakimiyyət rəsmiləri Ermənistanda əsaslı sosial, iqtisadi böhranın, xalqın gərgin mənəvi-psixoloji duruma düşdüyünü, ölkədə daxili qarşıdurmanın pik həddə çatdığını etiraf edirlər.

Mövzuyla bağlı Azərbaycan Liberal Demokrat Partiyasının sədri (ALDP) Fuad Əliyev BayMedia-ya açıqlamasında bildirib ki, Azərbaycanın müzəffər ordusunun işğalçıya üzərində qələbəsi bu gün bütün dünya erməniləri və onların havadarlarını hələ də şokda saxlamaqdadır: “İnanmırdırlar, ağıllarına belə gətirə bilmirdilər ki, Azərbaycan 44 gün ərzində işğal edilən bütün ərazilərini terrorçulardan təmizləyəcək. Okeanın o tayında da, bu tayında da rəsmi Bakının münaqişənin hərb yolu ilə həll edə biləcəyinə və bu məqsədlə riskə gedəcəyinə inanmırdılar. Amma Azərbaycan bunu sübut etdi, gücünü, iradəsini ortaya qoydu. Xalq-hakimiyyət-ordu birliyinin, həmrəylinin nəticəsində 30 il işğal altında saxlanılan bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalandı. Bu qələbə uzun illər Ermənistanı və onu himayə edən dövlətləri təşvişdə saxlayacaq”.

ALDP sədri qeyd edib ki, Sovet İttifaqı dağılandan bu yana işğalçı Ermənistanda həyat heç də öz axarıyla getməyib. Ölkə iqtisadi, sosial çətinliklərlə üzləşib, demoqrafik balans kəskin pisləşib. Ermənistanda gənclər arasında işsizlik yüksək səviyyədə olub, əhalinin artım tempi isə azalıb. Ermənistan əhalisinin sayı növbəti illərdə daha da azalacaq. Buna səbəb ölkədə yoxsulluğun səviyyəsinin artması, ölkə iqtisadiyyatının çökməsidir. Hazırda Ermənistanın xarici dövlət borcu ümumi daxili məhsulun 60 faizindən çoxdur. Bu isə ölkə iqtisadiyyatının tənəzzülü deməkdir. Bundan başqa, Azərbaycanla müharibədə Ermənistana bir neçə milyard ABŞ dolları civarında ziyan dəyib və bu da ölkə iqtisadiyyatını tamamilə dalana sürükləyib. Ölkə əhalisi vəziyyətdən çıxış yolunu yenə də ölkədən qaçmaqda, başqa dövlətlərdə iş axtarmaqda görür.

Müharibədəki məğlubiyyət və cəmiyyətdə yaranmış xaos, qorxu insanların xaricə axınını daha da artırıb: “Həmişə xalqına yalan vədlər verən hakimiyyət indi acı həqiqətləri etiraf etməyə başlayıb. Ermənistan prezidenti Armen Sarkisyan minlərlə gəncin ölümünün həm cəmiyyət, həm də onların ailələri üçün faciə olduğunu dilə gətirib. Bu faicə təkcə insan itkisi ilə deyil, bütün sahələrdə Ermənistanı cənginə alıb. Səhiyyə, maliyyə, iqtisadi, psixoloji, humanitar və s. - bütün sahələrdə böhrandır. Ağır məğlubiyyət yükünü təkcə Ermənistanın bugünkü nəsli deyil, gələcək nəsil də daşıyacaq. Ermənistana elə bir ağır zərbə vurulub ki, 15-20 ilə çətin özünə gələ bilsin. Ermənistanın bu duruma düşməsinin əsas səbəbi isə onun rəhbərlərinin apardığı işğalçılıq siyasəti, Azərbaycanın məqsədyönlü siyasi kursu və möhtəşəm qələbəsidir”.

Fuad Əliyev bildirib ki, bu vaxtadək Ermənistana demokratik düşüncəli insan rəhbərlik etməyib. Onun sözlərinə görə, terror siyasəti yürüdən ölkənin rəhbərləri də heç vaxt azad fikirli, humanist, sülhpərvər ola bilməzlər: “Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan1988–ci ildən Qarabağı Azərbaycandan qoparmaq üçün erməni millətçilərinin yaratdığı "Qarabağ komitəsi"nin üzvü və "Erməni İctimai Hərəkatı"nın rəhbərlərindən biri olub.

Robert Köçəryan da 1988-ci ildən Qarabağda erməni millətçilərinin başlatdığı “Miatsum” hərəkatına qoşulub və bir müddət sonra separatçıların liderlərindən birinə çevrilib.

Köçәryan azərbaycanlı əhaliyə qarşı qırğınlar törədən Qarabağ ermənilərinin və erməni diasporunun təşkil etdiyi silahlı dəstələrə başçılıq edib.
Köçəryandan sonra Ermənistanda hakimiyyətə gələn Serj Səkisyan da 1989-cu ildən 1993-cü ilə kimi separatçı "Dağlıq Qarabağ Respublikası"nın özünümüdafiə qüvvələri komitəsinə rəhbərlik edib. Bu gün isə işğalşı ölkənin başında Paşinyan durur. Həbsdə olan bu adam inqilab yolu ilə hakimiyyəti ələ keçirib. Paşinyan da Ermənistanda Qarabağ hərəkatı zamanı 1988-ci ildə tələbə etirazları, yürüşləri və nümayişlərini təşkil edib. Fikir verin, bu şəxslər nə ölkələrinə, nə də ermənilərə bir xeyir gətirməyiblər. İnsanların faciəsi üzərindən hakimiyyəti ələ keçiriblər, Azərbaycan torpaqlarının işğalında iştirak ediblər, azərbaycanlılara qarşı soyqırım həyata keçiriblər. Belələri heç vaxt dövləti demokratik yolla idarə edə bilməzdilər. Çünki təfəkkürlərinə terror, işğalçılıq siyasəti hopub. Bu gün Ermənistanın acınacaqlı duruma düşməsində onların rolu böyükdür”.

Fuad Əliyevin fikrincə, terrorçu, küçədən gətirilən “lider”lərin hakimiyyəti zəbt etməsi bu gün Ermənistanı fəlakətlə üz-üzə qoyub: “Çıxış yolu, məğlubiyyətdən nəticə çıxarmaqdır. Ölkədə demokratik seçkilər keçirilməlidir, Ermənistan qonşularla münasibətlərini normallaşdırmalıdır, işğalçılıq siyasətindən, torpaq iddialarından əl çəkməlidir, kölə olmamalıdır, başqa dövlətin əlinə baxmamalıdır. Amma fikrimcə, bu Ermənistan üçün ağır prinsiplərdir. Çünki, ermənilər başqa dövlətlərin qoltuğuna sığınmadan ayaq üstə dura bilməzlər”.