Ordumuza hücum edən 6 erməni məhv edildiDekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur.

Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.

Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcəkdir.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!
Ukrayna daha 6 vilayətini itirə bilər – MoskalUkrayna nəzarətində qalan ərazilərinin bir hissəsini itirə bilər.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Luqansk və Zakarpatiya bölgələrinin keçmiş qubernatoru Gennadi Moskal deyib. Onun sözlərinə görə, “Novorosiyya layihəsi” hələ də bitməyib.

O, Ukraynanın Xarkov, Dnepropetrovsk, Odessa, Zaporojets, Nikolayevsk, Xerson vilayətlərinin itirilməsi təhdidi ilə üz-üzə qaldığını söyləyib.
Rusiya Müdafiə Nazirliyi NATO-ya xəbərdarlıq etdi“NATO-ya məxsus aviasiya və dəniz qüvvələrinin aktivliyinin artması ciddi insidentlərə səbəb ola bilər”.

Publika.az “TASS”a istinadla xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib.

Onun sözlərinə görə, cari ilin avqust və sentyabr aylarında Rusiya sərhədləri yaxınlığında Amerikaya məxsus strateji bombardmançı B-52H və B-1B-nin 15-dən çox uçuşu qeydə alınıb, 13 oktyabrda Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin “Dragon” esminesi Xersones burnu istiqamətində Rusiya sularına daxil olaraq keçid edib, 24 noyabrda isə ABŞ-ın “Con Makkeyn” esminesi Böyük Pyotr körfəzinə daxil olub.

“Bu hərəkətlər açıq şəkildə təxribat xarakteri daşıyırdı. Hadisələrin qarşısı yalnız rus pilotlarının və dənizçilərinin yüksək səviyyədə hazırlığı sayəsində alındı. Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauerin Bundestaqda "Rusiya ilə güc dili ilə danışmaq lazımdır" ifadəsini düşünməməyi tövsiyə edirik

Güc təhdidi birbaşa BMT Nizamnaməsinin pozulmasıdır, bu cür hərəkətlər tərəfimizdən lazımi qaydada cavablandırılacaq. Lakin, biz hər zaman ən çətin problemlərin danışıqlar masasında həll edilməli olduğunu düşünürük”.

Rusiyada bir gündə koronavirusdan 552 nəfər öldüÖtən sutka Rusiyada 28 284 nəfərdə koronavirus (COVİD-19) aşkarlanıb.

Avrasiya.net xəbər verir ki, son 24 saatda ölkədə 552 nəfər infeksiyadan vəfat edib.

Bununla da, Rusiyada koronavirusa yoluxanların ümumi sayı 3 050 248-ə, ölənlərin sayı isə 54 778-ə yüksəlib. Hazırda ölkədə 544 641 aktiv COVİD-19 xəstəsi var.
ABŞ-da 340 min insan koronadan öldüABŞ-da son sutka ərzində daha 1031 nəfər koronavirusdan ölüb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Vörldometers” portalı məlumat yayıb.

Bununla da ABŞ-da COVİD-19 virusundan ölənlərin ümumi sayı 340 min 952 nəfərə çatıb.

Qeyd edək ki, ABŞ-da indiyədək 19 milyon 542 mindən çox insan koronavirusa yoluxub.

Bir əsgərimiz şəhid oldu, 6 erməni məhv edildi – Son dəqiqəBu gün Xocavəndin Tuğ kəndində erməni silahlıların təxribat törətdiyi haqda sosial şəbəkələrdə məlumat yayılıb.

Axar.az xəbər verir ki, ermənilərin təxribatı nəticəsində Beyləqanın Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüdlü, çavuş Elmir Rayil oğlu Qəmbərovun şəhid olduğu, daha bir əsgərimizin isə yaralandığı iddia edilir.

Buna cavab olaraq Ordumuzun xüsusi təyinatlıları dərhal anti-terror əməliyyatına başlayıb və Tuğ kəndində məktəbdə gizlənən 6 erməni silahlısı məhv edilib. Əməliyyatın hazırda da davam etdiyi barədə sosial şəbəkələrdə iddialar var.

Sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı rəsmi açıqlama hələlik yoxdur.
Ordumuz onlarla polisi bir zərbəyə necə məhv etdi? – DetallarOktyabrın 4-də Şuşanın Mədəniyyət Evində məhv edilən çoxsaylı polis birlikləri ilə bağlı erməni mediası bəzi detalları açıqlayıb.

Axar.az xəbər verir ki, erməni mediası bu zərbə və nəticədə məhv edilənlərlə bağlı hələ də rəsmi olaraq dəqiq məlumat yayılmadığını və bir çox məsələlərin gizli qaldığını açıqlayıb.

Belə ki, Şuşada yaşayan şahidlər hadisə barədə maraqlı sirri ictimailəşdiriblər.

Şahidlərdən biri deyib ki, səhər saatlarında mağazadan qayıdarkən həyəcan siqnalı işə düşüb və o, qonşuları ilə birgə binanın zirzəmisinə düşüb. Bu zaman binanın yanında bir neçə polis maşını dayanıb və polis formasında bir nəfər onlara yaxınlaşaraq, sığınacağın harada olduğunu soruşub. Sakinlər polislərə sığınacağı göstərib və hamısı ora doluşublar.

“Onlarla polis bizim sığınacaqda gizləndi, digərləri qonşu binaların zirzəmilərinə üz tutdu. Biz qonşularla onlara kofe hazırladıq”, - qadın şahidlərdən biri bildirib.

Qadının sözlərinə görə, polislərdən biri harada olduqlarını soruşub. “Şuşada” cavabını alanda isə çox təəccüblənib. “Bizi Noyamberyana sərhədi mühafizə etmək üçün gətirdiklərini deyiblər”, - polis bildirib.

Polis qrupunun rəhbəri kiminləsə rabitə əlaqəsi saxlayıb və ona deyiblər ki, olduğunuz yerdə qalın.

Qadın danışıb ki, bir müddətdən sonra öz evində olarkən həyətdə partlayış və qışqırıq səsləri eşidib:

“Yenidən zirzəmiyə düşəndə yaralı polisləri gördüm, digərləri beton-sement toz-torpağının içində idilər”.

Mədəniyyət Evi bu şahidlərin evindən 150 metrlikdə yerləşirmiş. Şahidlər danışıb ki, polislər Mədəniyyət Evinə iclasa toplaşıblar və bu vaxt zərbə endirilib:

“Tavan dağılıb polislərin üstünə tökülmüşdü. Onlarla ölən, yüzlərlə yaralı vardı. Yüngül yaralanan polislər bizim sığınacağa gəldilər və biz onlara ilkin tibbi yardım göstərdik”.

Qadın deyib ki, zirzəmilərə yerləşdirilən polislər 3 gün ordan çıxmayıblar, onlar yerlərinin bilinməsindən qorxublar və nə etmək lazım olduqlarını bilməyiblər.

Rəsmi versiyaya görə, bu zərbə nəticəsində 20 polis ölüb, 200 polis yaralanıb. Ümumilikdə isə Qarabağ savaşında 65 polisin öldüyü, 200-nün yaralandığı qeyd edilib.

Bu məlumatı erməni mediası şahid ifadələri səbəbindən sualla qarşılayıb və itkilərin bundan dəfələrlə çox olduğunu qeyd edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun diqqətindən yayınmaq üçün Mədəniyyət Evinə yığışan polsilərin əməliyyat müşavirəsi keçirdiyi, bu zaman endirilən zərbə nəticəsində isə 300-ə yaxın hüquq-mühafizə orqanı əməkdaşının məhv edildiyi bildirilirdi.

Maraqlı məqam isə həmin şəxslərin aldadılaraq Şuşaya gətirilməsidir. Onların “Bura haradır” soruşmalarından hiss olunur ki, həmin şəxslər bundan əvvəl heç vaxt Şuşada olmayıblar.

Niyə onlar Şuşaya gətiriliblər və hansı əməliyyata hazırlanırmışlar?

Bu suallara aydınlıq gətirilməsə də, Azərbaycan Ordusunun bu planın qarşısını necə aldığı hər kəsə bəllidir.

Yeri gəlmişkən, ötən gün o zərbədən sonrakı vəziyyətlə bağlı daha bir video yayılmışdı. Sözügedən videoda dağıntılar altında qalan erməni polislərin necə məhv edildiyi aydın görünürdü.
Ölkədə koronaya yoluxanların sayı azalırAzərbaycanda koronavirus infeksiyasına 1 428 yeni yoluxma faktı qeydə alınıb, 4 255 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 38 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 213 192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 164 500 nəfər müalicə olunaraq sağalıb, 2 454 nəfər vəfat edib. Hazırda 46 238 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 507, bu günə qədər isə ümumilikdə 2 141 798 test icra olunub.
Matviyenko təxribata əl atır"Sputnik Armeniya" saytına açıqlama verdiyi iddia olunan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko "Status üçün ayrıca danışıqlar olmalıdır. Çox mürəkkəb müzakirələr qabaqdadır. ATƏT, ABŞ və Fransanın dəstəyinə ümid edirik" kimi 10 noyabr Bəyanatının prinsiplərinə tamamilə zidd olan fikirləri həqiqətən də dilə gətiribsə, biz buna yalnız və yalnız təəssüf edirik və bunu təxribatçı fikir kimi qiymətləndiririk.

Bu ya "Sputnik Armeniya"nın təxribatıdır, ya da Rusiya Federasiya Şurasının sədrinin özünün açıq mövqeyidir. Bəlkə də bu açıqlama məqsədyönlü şəkildə verilib. Nəzərə almalıyıq ki, Matviyenko heç də sıradan bir şəxs deyil. O, Kreml rəhbərliyinin ən yaxın çevrəsinə daxildir və kifayət qədər məlumatlıdır. Yəni ki, Matviyenkonun mövqeyi əslində Kremlin mövqeyi kimi də qəbul edilə bilər. Bu mənada, ola bilsin ki, Matviyenkonun bu çıxışı status məsələsində Fransa və ABŞ-a da yer vermək və Minsk Qrupunu yenidən prosesə qoşmaq niyyətlərindən irəli gəlir.

Lakin bu niyyət Azərbaycanın maraqları ilə toqquşur. Rəsmi Bakı status məsələsini ABŞ və Fransa ilə, eləcə də digər ölkələrlə müzakirə etmək fikrində deyil. Çünki bu məsələ Azərbaycan üçün qapanıb. Prezident İlham Əliyev statusla bağlı dəfələrlə öz mövqeyini bildirib: Qarabağda status ola bilməz. Hər kəs də Azərbaycanın bu mövqeyinə hörmətlə yanaşmalıdır. İndi heç kim qaşınmayan yerdən, qan çıxarmağa cəhd göstərməməlidir. Əksinə, hər kəs konstruktivlik nümayiş etdirməyə çalışmalıdır.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri