Teymur Rəcəbov heç-heçələrlə yarımfinala yüksəldiOnlayn blits şahmat üzrə “Airthings Masters” turnirində nokaut mərhələsi başa çatıb.

Dairəvi sistemlə keçirilən birinci mərhələdə ilk 8 yeri tutan şahmatçılar 1/4 finalda üz-üzə gəliblər.

Bu gün raundun ikinci matçları keçirilib. Yarışda iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 1/4 finalda rusiyalı Yan Nepomnyaşi ilə növbəti görüşdə üz-üzə gəlib. İlk qarşılaşmada olduğu kimi, yenə 2:2 hesabı qeydə alınıb.

Hesab bərabər olduğundan şahmatçılar blitsdə zəkalarını yoxlayıblar. 2 oyundan ibarət mübarizədə də qrossmeysterlər “sülh” bağlayıblar – 1:1.

Qalibi müəyyənləşdirmək üçün armageddon oynanılıb. Rəcəbov qara fiqurlarla heç-heçə etdiyindən yarımfinala yüksəlib.

O, bu mərhələdə norveçli dünya çempionu Maqnus Karlseni yarışdan kənarlaşdıran rusiyalı Danil Dubovla oynayacaq. Şahmatçılar finala vəsiqə üçün 2 gün – dekabrın 31-də və yanvarın 1-də qarşılaşacaqlar.

Digər yarımfinal cütündə isə Levon Aronyanla (Ermənistan) Maksim Vaşye-Laqrav (Fransa) mübarizə aparacaq.

Qeyd edək ki, turnir 2021-ci il yanvarın 3-də yekunlaşacaq.
Ölkəmizdə 5 günlük tətil başladıBu gündən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 5 günlük tətil başlayıb.

Avrasiya.net xəbər verir ki, bu gün - dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramıdır.

Yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən yanvarın 4-ü də istirahət günüdür. Eyni zamanda yanvarın 3-ü bazar günüdür.

Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq Azərbaycanda 5 gün - 2020-ci ilin dekabrın 31-i, 2021-ci ilin yanvarın 1-i, 2-si, 3-ü və 4-ü qeyri-iş günləridir.
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Həmrəylik gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Sonrakı il Azərbaycan parlamenti Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə bağlı qərar qəbul edib.

1993-cü ildə isə Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunub.

31 dekabr Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlı tərəfindən qeyd olunur. Artıq həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib.


“Fit müxalifəti”nin “qarın ağrısı”Müharibədə hər şey aydındır... Düşmən qarşındadır. Hətta dünyanın ən şərəfsiz, dəyər tanımayan, insanlıqdan anlayışı olmayan, vəhşi, qaniçən zümrəsini təmsil etsə də, onun səninlə eyni kimliyi, eyni mədəniyyəti, eyni əxlaq normalarını daşımadığını bilirsən, kəsəyən kimi min bir yerdən lağım atıb arxana keçsə də belə... onu qarşında görürsən! Çünki düşmənçiliyini açıq şəkildə edir, özünü “dost”, “qardaş”, “həmvətən” adlandırmır, niyyətini və hədəfini bəlli edir. Nə qədər ləyaqətsiz olsa da, yenə düşmən olduğunu gizlətmir.

Amma bəzən özünü bu xalqdan sayan, yaxud azərbaycanlı olduğunu, Azərbaycanı sevdiyini iddia edənlərin dirçələn qürurumuzu əzmək, haqqımızın əlimizdən almaq, milli birliyimizi sarsıtmaq, mübarizə əzmimizi zədələmək cəhdlərini görəndə, düşmənin sərhəd, ölçü tanımayan layaqətsizliyinə təəccüblənə bilmirsən. Donub qalırsan...

44 günlük Vətən müharibəsi dövründə candərdi, “xala xətri qalmasın” üslubunda açılamalar verən, hikkələrindən və ölkədəki misli görünməmiş siyasi qatarın fitinə belə yetişməyəcəklərini anlayıb sosial şəbəkələrdə qaçaraq düşən “fit müxalifəti”nin klassik nümayəndələri Ordumuzun qələbəsindən sonra yenə “qarın ağrısı”na düşüblər. Müharibədən öncəki düşmənçiliklərini aldıqları sifarişin “doza”sından dəfələrlə artıq bir şəkildə davam etdirməklə, 44 günlük müharibə dövründə zorən cızıqdan kənarda qoyduqları ayaqlarının izini silməyə çalışırlar.

Şübhəsiz ki, bu, Azərbaycanın qələbəsinin şokundan indi-indi çıxmağa başlayan xaricdəki SOROS fondu kimi mərkəzlərin, güclü, öz qüdrətinə inanan, dövlətinə arxalanan xalqın qələbəsini əlindən almaq, onu sarsıtmaq istəyən qüvvələrin sifarişidir. Məhz bunun üçün xalqa və Azərbaycan dövlətinin maraqlarına, nüfuzuna qarşı cəbhə açılır. Və bu missiyanın icrası yenə əvəzolunmaz “liderlərə” – Kərimli, Həsənli, Hacıyeva, Yaqublu kimilərə həvalə olunub.

Bu gün Ermənistan prezidenti Armen Sarkisyandan başlamış davamlı etiraz aksiyaları keçirən erməni müxalifətinə qədər – bütün erməni cəmiyyəti - 44 günlük müharibədə sarsıdıcı məğlubiyyətə uğradıqlarını, minlərlə itki verdiklərini, darmadağın olduqlarını, hərbi və iqtisadi kollapsla üz-üzə qaldıqlarını, hakimiyyətsizlik, anarxiya və vətəndaş qarşıdurmasına sürükləndiklərini etiraf edirlər.
Təcavüzkar ölkənin ənənəvi himayəçiləri, işğalın 30 illik dəstəkçiləri, erməni diasporunun, lobbisinin təmsilçiləri və onların təsiri altında olan çeşidli qütblərin siyasiləri Azərbaycanın möhtəşəm qələbəsindən sarsıldıqlarını, Ermənistanın bir dövlət kimi dalana dirəndiyini açıq şəkildə dilə gətirir, çaşqın bir şəkildə qəbul etdikləri “qətnamə”lərdən başqa çıxış yolu tapa bilmirlər.
Dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələri, beyin mərkəzləri, hərbi və siyasi ekspertləri Azərbaycanın apardığı 44 günlük müharibənin hələ uzun illər araşdırılacağını, təhlil ediləcəyini və bir çox ölkələrin bu təcrübədən yararlanacağını deyirlər...

Amma Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu, Gültəkin Hacıyeva və daha bir neçə şəxs hamını inandırmağa çalışır ki, Azərbaycan qələbə qazanmayıb. Maraqlıdır, o zaman nə qazanıb Azərbaycan?
44 gün ərzində dünyaya mücadilə əzmi, döyüş ruhu, vətənpərvərlik nümunəsi göstərən hansı ordunun əsgərləridir?

İşğal altında olan Azərbaycan torpaqlarını – hər qarışına şəhidlərimizin müqəddəs qanı hopmuş yurd yerlərimizi kim azad edib?

Bəs Cəbrayılda, Füzulidə, Zəngilanda, Mincivan, Ağbənd və Bartazda, Xocavənddə, Hadrutda, Qubadlıda, Şuşada, Laçında, Kəlbəcər, Ağdam və Laçında, azad edilən digər qəsəbə və kəndlərdə dalğalanan üçrəngli, müqəddəs bayraq hansı ölkənin bayrağıdır?
Bəlkə özgə bayraqlarının və maraqlarının kölgəsində Azərbaycan bayrağının rənglərini də unudublar?
Görünür Ermənistan və və bu işğalçı ölkənin himayəçiləri ilə yanaşı adlarını sadaladığım və sadalamadığım “fit müxalifəti” nümayəndələrinin də itirdikləri var. Vətən müharibəsindən öncə itirdiklərini, onsuz da bilirik, təkrarlamayacağam. O zaman Azərbaycanın öz ərazilərini yenidən qazandığı 44 günlük Vətən müharibəsindən bu adamların itirdikləri nədir?

İllər boyu Qarabağ mövzusu ilə manipulyasiya etmək, gündəmdə qalmaq imkanlarını, bu müstəvidə saysız-hesabsız iddia və bəhanələrini itiriblər.

İctimai nüfuzları Yerlə bir olan bu şəxslər Azərbaycan ordsunun şanlı Zəfərindən sonra birdəfəlik siyasi səhnədən silinmək təhlükəsini hiss edirlər və çaşqınlıq içərisindədirlər. Dövlətimizin bu illər ərzində həyata keçirdiyi tədbirlərin mahiyyət üzrə ardıcıllığını, görülən işlərin təməl fəlsəfəsini dərk edə bilmədikləri üçün durmadan üyütdükləri yalan və böhtanlarının ən böyük bəhanəsi – tutarğacı əllərindən çıxıb...

Və bu manipulyasiya mövzusunu itirməmək, eyni müstəvidə siyasi mövcudluqlarını qoruyub saxlamaq üçün Azərbaycan Ordusunun rəşadəti, minlərlə şəhidin qanı bahasına, onminlərlə əsgər və zabitimizin misilsiz şücaəti, əzmi, fədakarlığı hesabına qazanılan qələbəni xalqın əlindən oğurlamağa cəhd etməkdən belə çəkinmirlər. “Dur” deyə bilmirlər, çünki durduqları yer özgə maraqlarının keşikçi “postları”dır.

Bu adamlar nifrət, kin, aqressiya, başqalarının əzabı, göz yaşları ilə qidalanırlar. Xalqın ruh yüksəkliyi, sevinc və fərəh hissinin olduğu yer onların siyasi varlıqları üçün edam kötüyüdür. Məhz bu səbəbdən də qarşıya bir məqsəd qoyulublar – qələbəmizi gözdən salmaq, insanlarımızda minlərlə şəhidin və qazinin qanı və sağlamlığı bahasına qazanılmış zəfərlə bağlı tərəddüd, şübhə yaratmaq, sevinc hissini narahatlıq hissi ilə əvəz etdirmək. Azərbaycanın bütövlüyü kimi Azərbaycan xalqının birliyi, həmrəyli də bu şəxslər üçün göz dağıdır. O səbəbdən ki, əldə olunan Böyük Zəfər nəticəsində cəmiyyətimizdə sarsılmaz ruh yüksəkliyi, özünəinam və yüksək yaradıcı potensial formalaşıb. Bu potensialla və yaradıcı enerji ilə çox böyük uğurlara imza atmaq olar. Azərbaycan xalqı və dövləti özünün yeni inkişaf mərhələsi ərəfəsindədir.

Bu mərhələ isə mövcudluqlarını sosial şəbəkələrə və digər internet resursları üzərinə daşıyan “siyasi bayquşlar”ın bütün iddialarının qarşısına layiq olduqları durğu işarəsini qoyacaq. “Qarabağ Azərbaycandır” şüarının qarşısına əbədiyyətədək qoyulan nida işarəsi kimi, onlar da “siyasi fəqərələri”nə uyğun əyri belli sual işarəsinə layiq görüləcək, incəldikləri yerdə, siyasi səhnənin “unudulmuşlar” köşəsində “dincələcəklər”.
Qeyd edim ki, “fit müxalifəti”nin Zəfərimizi gözdən salmaq cəhdləri, onların fəaliyyətində nəzərə çarpan yeni üslub deyil. Daha öncə də onlar Azərbaycan üçün taleyüklü və önəmli məsələləri həmişə əhəmiyyətsizləşdirməyə, ucuzlaşdırmağa, yükünü, çəkisini azaltmağa cəhd göstəriblər. Vaxtilə regionun geosiyasətini dəyişən qlobal enerj və nəqliyyat layihələrini, Bakıda keçirilən dünya əhəmiyyətli siyasi və ya idman tədbirlərini “mənasız”, “perspektivsiz”, “gərəksiz” kimi təqdim edənlər bu gün Ordumuzun zəfərini də eyni üslubda və eyni rəzilliklə gözdən salmağı düşünürlər.

Belələri vaxtilə Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsini “demokratiyanın təntənəsi” kimi təqdim edir və belə iddialar irəli sürürdülər ki, Azərbaycanda da guya “demokratiya olmayınca” Ermənistan-Azərbaycan münaqişəsini həll etmək, torpaqları qaytarmaq mümkün olmayacaq. O zaman sual olunur: bəs nə oldu, paşinyansevdalılar? Oxunuz yaydan çıxmamış daşa dəydi?

Deyiləcək, yazılacaq söz yoxdur artıq... Təəssüf...
Baş verənlər bu insanların bütün mənəvi sərhədləri keçdiyinin daha bir göstəricisidir – bu, yalnız xalq-hakimiyyət qarşıdurması yaratmağa cəhd deyil, bu, həm də minlərlə şəhidin ruhuna hörmətsizlikdir. Və yalnız buna görə təəssüflənirəm.

Elçin Mirzəbəyli
Əməkdar jurnalist, “Xalq cəbhəsi” qəzetinin Baş redaktoru
Onlara "Şöhrət"və "Şətəf" ordenləri verilibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Elman Məmmədov,
ictimai həyatında səmərəli fəaliyyətinə görə Tənzilə Rüstəmxanlı, jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Teymur Əhmədov, diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Həsən Həsənov "Şöhrət", elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Kamal Abdullayev, elmin inkişafında böyük xidmətlərinə görə Nailə Bəlixanlı, milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Mənsum İvrahimov “Şərəf” ordeni ilə təltif ediliblər.
Birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsini başa çatdırılıbƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkəmizdə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin köçürülməsini başa çatdırıb.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndərilib. SMS-i aldıqdan sonra onlara verilmiş bank kartları vasitəsilə vəsaitlərini müvafiq bankın bankomatlarından əldə edə bilərlər.

Xatırladaq ki, bu ilin aprel-may aylarında işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı 600 min şəxsə, sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3-cü, 4-cü və 5-ci dəfə birdəfəlik ödəmələr verilib. Bu dəfəki ödəniş sayca 6-cıdır.

Ümumilikdə cari ildə 190 manat birdəfəlik ödəmələrin verilməsi üçün 450 milyon manat vəsait sərf olunub.

Daha 34 nəfər koronadan öldüAzərbaycanda son sutkada koronavirus infeksiyasına 1 052 yeni yoluxma faktı qeydə alınıb, 4 067 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 34 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 217 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 180 295 nəfər müalicə olunaraq sağalıb, 2 609 nəfər vəfat edib, aktiv xəstə sayı 34 732 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 904, ötən müddət ərzində isə ümumilikdə 2 185 247 test aparılıb.

Şəhidlərimizə ucaldacağımız ən böyük abidə BÜTÖV AZƏRBAYCANDIR!BAXCP sədri dünya azərbaycanlılarını təbrik edib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan xalqına 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ili münasibəti ilə təbrik müraciəti ünvanlayıb.

Müraciətdə deyilir:
“Əziz həmvətənlər,

Tarixin amansız və ədalətsiz rüzgarlarının dünyanın dörd bir yanına səpələdiyi, öz dədə-baba torpaqlarında, yaxud başqa dövlətlərin ərazilərində yaşayan soydaşlarım,

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, qarşıdan gələn 2021-ci ildə hər birinizə möhkəm cansağlığı diləyir, xoş arzu və niyyətlərinizin həyata keçməsini arzulayıram.

2020-ci il hər birimizin yaddaşında və tarixdə çətin sınaqlar, məhrumiyyətlər və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin yenidən bərpa edildiyi şərəfli və ziddiyyətli il kimi qalacaq. Bu il ərzində əldə etdiyimiz ən böyük uğur müzəffər Azərbaycan Ordusunun işğalçını geriyə otuzdurması, erməni əsgərinin məğubedilməzlik mifinin Ermənistan ordusu kimi darmadağın edilməsi, qəhrəman Azərbaycan övladlarının öz Vətənlərinin hər qarışı üçün öldürməyə və ölməyə hazır olduğunun, döyüşkən ruhumuzun, cəsarətimizin, mücadilə əzmimizin bütün dünyaya nümayiş etdirilməsi, milli birliyimiz, həmrəyliyimizdir. 44 günlük Vətən müharibəsi ərzində iki dövlətin bir millətinin - Azərbaycan və Türkiyə türklərinin, minillərdən bəri bizimlə eyni taleyi, eyni Vətəni bölüşən qardaş xalqların, dünya azərbaycanlılarının həmrəyliyi 2020-ci ildə və bütün uzaq, yaxın tarix ərzində əldə etdiyimiz ən böyük nailiyyətdir. Bu birliyi Vətənimiz kimi qorumalı, sarsılmasına heç bir halda imkan verməməliyik. Çünki qarşıda çox böyük hədəflərimiz var. Vətən müharibəsində nümayiş etdirdiyimiz birlik, mübarizə əzmi, döyüş ruhu, soyuqqanlılıq, cəsarət bizim bütün hədəflərimizə varmaq gücündə olduğumuzun təsdiqidir. Şəhidlərimizin müqəddəs ruhu bizdən bu birliyi qorumağı, onların, uğrunda canlarını fəda etdikləri ali məqsədlərə çatmağımız üçün ağlımızla, ürəyimizlə, iradəmizlə çiyin-çiyinə dayanmağı tələb edir.

2020-ci ilin son günlərində tarix boyu Azərbaycanın bütövlüyü uğrunda canından keçən, müqəddəs üçrəngli bayrağımızı enməyə qoymayan şəhidlərimizi, milli məfkurə və dövlət adamlarımızı sayğıyla anırıq. Onların bizə miras qoyduğu Vətənə və hədəflərə sahiblənməli, mücadilə əzmimizə, milli birliyimizə kölgə düşməsinə imkan verməməliyik!

Şəhidlərimizə ucaldacağımız ən böyük və əbədi abidə BÜTÖV AZƏRBAYCANDIR!

Bu yolda hər birinizə uğurlar diləyirəm!

Tanrı yardımçımız olsun!

Allah Azərbaycanı qorusun!”
Qarabağda 1133 erməni meyiti tapıldıQarabağdakı axtarışlar zamanı son sutkada daha 22 erməni əsgərin meyiti tapılıb.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bununla da Qarabağda 14 noyabrdan bəri axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1133-ə çatıb.

Bildirilib ki, axtarışlar Hadrut, Cəbrayıl, Qubadlı və Zəngilanda aparılıb.

“Bu gün daha bir qrup Füzulidə axtarış aparacaq. Bundan sonra axtarışların aparılıb-aparılmayacağı Azərbaycan tərəfdən asılıdır”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, erməni əsgər ailələrinin də cəlb olunduğu və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin qatıldığı axtarışlara Azərbaycan Ordusu şərait yaradır.