İranda qar uçqunu: 6 nəfər öldü, 16-sı itkin düşdü
Dərc olunub:
26-12-2020, 20:23
İranın paytaxtı Tehranda qar uçqunu nəticəsində 6 nəfər ölüb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı İSNA yayıb.
Məlumata görə, İran Qızıl Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının rəhbəri Mehdi Vəlipur Şəmiranat rayonu ərazisinə qar uçqunu olduğunu və ən azı 16 nəfərin itkin düşdüyünü bildirib.