Rəcəbov Dubov üzərində möhtəşəm qələbə qazandı“Champions Chess Tour” çərçivəsində təşkil edilən onlayn “Airthings Masters” turnirində yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Avrasiya.net xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu mərhələdə rusiyalı Daniil Dubovla ilk qarşılaşmasını qələbə ilə başa vurub. Şahmatçımız Rusiya təmsilçisini 3:1 hesabla məğlub edib.

Qeyd edək ki, şahmatçımız yarışın dörddəbir final mərhələsində Rusiyanın digər təmsilçisi Yan Nepomnyaşini məğlub edərək yarımfinala yüksəlib.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.

Bakıda ata qızını boğaraq öldürdüBakıda qətl hadisəsi baş verib.

Bu barədə Xətai rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, dekabrın 30-u saat 12 radələrində Ələkbər Bağırovun Xətai rayonu 37-ci Polis Bölməsinə gələrək qızı İradə Paşayevanı öldürdüyünü bildirməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin atası Bağırov Ələkbər Qasım oğlunun aralarında yaranmış münaqişə zamanı İradə Paşayevanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Ələkbər Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
“Ermənistanda qarşıdurma dərinləşəcək”Ermənistanda siyasi böhran bu ölkənin Qarabağ müharibəsində acı məğlubiyyətinin nəticəsidir. Məhz 10 noyabr Ermənistan xalqının "Böyük Ermənistan" xülyasının sonu, bu dövlətin 30 il ərzində qalibiyyət pafosunun fiaskosu idi. Ermənistan prezidenti Armen Sarkisyanın bu tezisləri gündəmə gətirməsi, bundan sonra bir neçə on il ərzində bu ölkənin ağır məölubiyyət siondiromundan qurtulmayacağını göstərir.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

O, qeyd edib ki, bu məğlubiyyət ümumiyyətlə ümüm erməni toplumuna son100 ildə ən böyük zərbəoldu. Birinci Qarabağ müharibəsində özlərini qalib sayan xalq artıq məğlubiyyətin verdiyi acı siyasi-iqtisadi və mənəvi psixoliji deqredasiyaya məruz qalıb. Bu məğlubiyyət erməniləri içində parçalanmaya, siyasi düşmənçiliyə və dövlətçiliyinin zəifləməsinə gətirib çıxardı: “Birinci Qarabağ müharibəsi erməniləri birləşdirmişdi. İkinci Qarbağ müharibəsi erməniləri dərin bir tramvaya salaraq bir-birlərinə düşmən etdi. Ümumiyyətlə,Birinci Qarabağ müharibəsində Ermənistan Rusiyanın köməkliyi ilə döyüşü udmuşdu. Müharibəni isə Azərbaycan uddu. Ermənisanda vəziyyətin Armen Sarksiyan kimi dəqiq göstərən yoxdur. Bu ölkə o qədər uçurumun astanasındadır ki, bir cəmiyyət olaraq dağılmaq sürəcinə girir. Əslində ermənilərin bu məğlubiyyəti özlərinin işğalçı və faşizm idelogiyasından irəli gəlir. Əgər, onlar bu məğlubiyətdən dərs çıxarsa, normal qonşuluq münasibətlərinə gələrsə, bu ölkə dirçələr. Biz isə əksini görürük. Elə Armen Sarkisyanın bu çıxışı erməniləri yeni faciəyəyə aparır”.

Politoloq qeyd edib ki, əslində o, Türkiyə və Azərbaycana qarşı işğal siyasətinə son verməyi və bu acı vəziyyətin sülh müqaviləsi ilə bitəcəyni deməlidir. Amma, yenə də o, erməniliyin ruhundan və absurd idayelardan danışır. Nikol Paşinyanın Azərbaycanla normal münasibətlər qurmaq siyasətinə qarşı gəlir: “Bu gün Paşinyan açıq etiraf edir ki, sərhədlərin dəqiqləşməsi normal olmalı, ermənilər özsərhədlərinə çəkilməli və status məsləsini kənara qoyub inkişafa getməliyik. Amma, 30 il ərzində cinayətkar Koçaryan və Sarksiyan erməniləri Azərbaycana qarşı düşmənçilik ruhunda idarə ediblər. Bu gün Armen Sarksiyan Koçaryanın kadırıdır. O ağıllı adam olarsa Paşinyanın isrefasını deyil, ona dəstək verib Azərbaycanla sülh müqaviləsinə apara bilər”.

Paşinyan çalışır ki, sürəci bu istiqamətə aparsın. Amma, Armen Sarkisyan Robert Koçaryanın siyasətinə sadiq qalıb, onun istefasını tələb edir. Əgər, Paşinyan hakimiyyətdən gedərsə, ermənilər daha dərin bir böhrana girəcək. Azərbaycanla düşmənşçilik aparıb, sərhədlər qapalı olub, dərin iqtisadi böhranda yaşayacaqlar. Bu gün prezidentin və müxalifətin xalqa təqdim etdiyi siyasətin alt qatında bu durur. Xalq da bunu yaxşı bildiyi üçün müxalifətə dəstək vermir. Paşinyanın hakimiyyətdə qalması üçün mitinqlərə çıxmır. Bir sözlə, Ermənistanda növbəti aylarda qarşıdurma dərinləşəcək: “Paşinyan hakimiyyətdə qala biləcəksə, müxalifəti sıradan çıxaracq. Tükrkiyə və Azərbaycanla normal münasibətlər qurmağa çalışacaq. Əgər, faşizm ideyalarının daşıyıcıları hakimiyyətə gələrsə, Azərbaycan və Ermənistan arasında sülh olamayacaq. Ermənilər Azərbaycana qarşı terror və təxriabtda maraqlı olacaqlar”.

Bu şəxslərin ailələrinə aylıq 500 manat veriləcəkƏfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri (valideynləri, dul arvadı) üçün verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği artırılıb.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri (valideynləri, dul arvadı) üçün ayda 500 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü veriləcək.

Daha əvvəl həmin təqaüdün məbləği 300 manat idi.

Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 064 yeni yoluxma faktı qeydə alınıb, 4 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 32 nəfər “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 218 700 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 184 422 nəfər müalicə olunaraq sağalıb, 2 641 nəfər vəfat edib, aktiv xəstə sayı 31 637 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 219, bu günə qədər isə ümumilikdə 2 195 466 test icra olunub.
Ermənistan atəşkəsi pozur - İlham ƏliyevGələn il bizim üçün böyük quruculuq ili olacaq, ilkin tapşırıqlar verilib.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 31-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, eyni zamanda, erməni silahlı qüvvələri tərəfindən ara-sıra atəşkəs pozulur və əfsuslar olsun ki, müharibədən sonra da şəhidlərimiz var:

“Deyə bilərəm ki, bizdə olan məlumata görə, azad edilmiş bəzi torpaqlarda hələ də mövcud olan erməni silahlı birləşmələri Ermənistan siyasi rəhbərliyinə tabe deyillər, onların bir çoxu zərərsizləşdirilib, bir çoxu həbs edilib. Onlar müharibə əsirləri sayıla bilməz, onlar terrorçudurlar. Onlara imkan verildi. O cümlədən Rusiya sülhməramlı qüvvələri bu işlərə qoşularaq, imkan verildi ki, onlar o bölgələrdən çıxsınlar. Bu təklifə riayət edənlər çıxdılar və Ermənistan tərəfinə təhvil verildilər, ancaq bir qisim hələ də qalır və bizə qarşı terror aktları törədir. Buna baxmayaraq bütövlükdə atəşkəs saxlanılır və hesab edirəm ki, bu, noyabrın 9-dan 10-a keçən gecə imzalanmış Bəyanatın müsbət tərəfidir".
İTV fərqli bir yeni il proqramı hazırlayıb2020-ci il Azərbaycan və xalqımız üçün kifayət qədər çətin və eyni zamanda uğurlu il oldu. İctimai Televiziya və Radio Yayımları Şirkəti il ərzində sevincli və qüssəli hadisələri nəzərə alaraq tamamilə fərqli bir yeni il proqramı hazırlayıb.

Bizim verilişlərin Sizi düşündürəcəyinə, kövrəldəcəyinə və eyni zamanda üzünüzdə təbəssüm yaradacağına ümidvarıq. Ən əsası isə Sizə bizim proqramları izləmək maraqlı olacaq.

Dekabrın 31-i saat 19.45-də 3D proqramında Dadaş Dadaşlinski ilin yadda qalan simalarına mükafatlar təqdim edəcək. Kiçik büdcəli təqdimat mərasimi Dadaş Dadaşlinskinin üslubunda təşkil edilib, ümidvarıq ki, heç kim ondan inciməyəcək.

Saat 20.15-də İTV-nin çəkdiyi “Xarıbülbül” konserti efirdə olacaq. Amma bu fərqli konsert proqramıdır. Səhnədə Siz cəbhədə döyüşə gedərkən və ya istirahət zamanı oxuduqları mahnılarla sosial şəbəkədə məşhurluq qazanan və hamının sevimlisinə çevrilən əsgərlimizi görəcəksiniz.

Onlarla birlikdə həmin mahnıları populyar müğənnilər ifa edəcək. Konsertdə tamaşaçılar şəhid Xudayar Yusifzadə və Babək Səmidlinin də sənətçilərlə virtual duetlərini görəcəklər. İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycan Respublikası Müdafiə Nazirliyinə bu layihənin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirir.

Saat 21.45-də isə İctimai Televiziyanın efirində “Sən demə” tragikomediyası nümayiş olunacaq. Ssenariyə görə filmin baş qəhrəmanı Şuşadan olan məcburi köçkün koronavirus infeksiyası səbəbindən koma vəziyyətinə düşür və Qarabağdakı qələbələrimizdən xəbərsiz qalır. Komadan ayılandan sonra isə ürəyi Şuşa həsrəti ilə döyünən, yaxınlarını birinci Qarabağ müharibəsində itirmiş filmin baş qəhrəmanına qələbə xəbərini çatdırmağa həkim icazə vermir. Xəstənin ürəyi bu qəfil xəbərə dözməyə bilər, amma bu sevinci necə gizlətmək olar?! Qəhrəmanın yaxınları və kənd sakinlərinin hansı yollara əl atacaqlarını, bunun nəyə gətirib çıxaracağını filmdə görəcəksiniz.

Bundan əlavə, bayram günlərində Sizə yayıma lisenziya hüququnu əldə etdiyimiz dünyada məşhur “Cirque du Soleil” sirk proqramını, yeni xarici filmləri təqdim edəcəyik. İTV-nin efirində “Azərbaycanfilm” kinostudiyasının yeni il mövzusunda çəkdiyi “Hədiyyə” və “Yoxdur belə söhbət” filmlərinin televiziya premyerası baş tutacaq. Klassik musiqi həvəskarları isə ənənəvi “Vyana filarmoniya orkestrinin qış konserti”ni canlı izləyə biləcəklər.

Eyni zamanda tamaşaçılara tövsiyyə edirik ki, cənab Prezident İlham Əliyevin ənənəvi müraciətini də İctimai Televiziyadan izləsinlər. Çünki müraciətdən sonra 2020-ci ilin sonuncu dəqiqəsində sizə sürprizimiz olacaq.
İctimai Televiziya və Radio Yayımları Şirkəti bir daha Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə xalqımızı təbrik edir, xoş seyrlər arzulayır.

Mehriban Əliyeva xalqımızı təbrik etdiBirinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edilib.

Avrasiya.net apylaşımın mətnini təqdim edir:

"Əziz həmvətənlər!

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, hər birinizə xoş arzularımı çatdırıram. Yola saldığımız il yaddaşımıza Şanlı Zəfər ili kimi əbədi həkk olunacaq. Bu Zəfərin qazanılmasında xalqımızın sarsılmaz birliyi, həmrəyliyi, qətiyyəti və iradəsi müstəsna rol oynayıb. Qoy bütün məsələlərin öhdəsindən uğurla gəlməyimizə imkan yaradan birliyimiz günü-gündən möhkəmlənsin! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, Vətənimizə - sülh, əmin-amanlıq və tərəqqi diləyirəm!".
Müharibə qəhrəmanlarına Prezident təqaüdü veriləcəkPrezident İlham Əliyev Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında fərman imzalayıb.

Avrasiya.net fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği 2000 (iki min) manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü:

2.1. ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə, həmin şəxsin aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir:

2.1.1. dul arvadına (ərinə), valideynlərinə;

2.1.2. 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;

2.1.3. birinci növbədən digər qohumları olmayan baba və nənələrinə;

2.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.