Sizin Reklam Burada

Əməkdar məşqçidən əhəmiyyətli tövsiyələr

Əməkdar məşqçidən əhəmiyyətli tövsiyələr
Asif Abdullayev
Cüdo üzrə əməkdar məşqçi

Bugünkü gündə ölkəmizdə idmana olan maraq, qayğı çox yüksək səviyyədədir. Dövlət başçımızın əməyi və səyi nəticəsində, xalqımızın mübariz ruhu sayəsində idmançılarımız son zamanlar fantastik nəticələrə və uğurlara sahib olurlar. O cümlədən mənim işlədiyim doğma və əziz olan cüdo idman növü də populyarlığa və uğurlara görə ölkəmizdə yüksək reytinqə malikdir. Həmçinin cüdo idman növü artıq regionlarda da geniş yayılmışdır və inkişaf edir. Bu gün hər bir məşqçi işini böyük həvəslə davam etdirir. Bu məqaləni yazmaqda bir məsələni xatırladıb və qeyd etmək istərdim.
Uşaq və yeniyetmə idmanının qarşıya qoyduğu əsas vəzifə və həll etdiyi məsələ sağlamlığın möhkəmlənməsi, orqanizmin xarici faktorlara qarşı müqavimətinin artırılması və hormonik fiziki inkişafa nail olunmasıdır.

Amma məşqçi-müəllimlərin qarşısına qoyulan iş prinsipi, maraq, konkret nəticənin tələb olunması ona gətirir ki, Ümumi Fiziki Hazırlıq həcminin azalmasının sayəsində erkən yaşlardan belə sırf ixtisaslaşma, yarışa hazırlanma istiqamətində məşqlər aparılır. Bunun da nəticəsində gələcəkdə hərtərəfli fiziki inkiafın keyfiyyəti azalır.

Misal üçün belə bir cədvəli təqdim edək:

Azyaşlı uşaqlarda və yeniyetmələrdə ürəyin həcmi və frontal sahəsi
13 yaş 105,8 sm2 ------ --- 443 sm3±10
14 yaş 113 sm2 --------- 530 sm3±15
15 yaş 135 sm2 --------- 548 sm3±20
16 yaş 143,5 sm2 -------- 698 sm3±13,6

10 yaşında olan uşağın ÜRƏK HƏCMİ isə 138 sm3-dir. Fərqə baxın, dostlar. Artıq 13 yaşında ürəyin həcmi 443 sm3-ə çatır. Demək olar ki, 3 il ərzində ürəyin həcmi 3 dəfəyə yaxın artır. Ürəklə bərabər digər daxili orqanlar da böyüyür. Amma bu zaman daxili orqanları qanla təmin edən damar sistemi lazımi səviyyədə inkişaf etmir. Bunun nəticəsində isə ürəyi, əzələləri, fəaliyyətdə olan orqanları qidalandırıcı maddələr və oksigenlə tam təmin edə bilmir ki, bu da öz növbəsində gələcəkdə mənfi fəsadlar yarada bilər. İnkişaf dövrü artıq fiziki yükün verilməsi məqsədə uyğun deyil. Onu dəqiq bilirəm ki, istər paytaxt Bakıda, istərsə də regionlarda cüdo sahəsində fəaliyyət göstərən peşəkar, məndən də artıq biliklərə sahib olan məşqçi-müəllimlər çoxdur və onlar mənim nə demək istədiyimi çox gözəl bilirlər.

İnkişaf dövrü yaşayan uşaqların və yeniyetmələrin aerob istiqamətində məşq etmələri məqsədə müvafiqdir. Cüdo idman növünün gözəlliyi ondan ibarətdir ki, məşq prosesinin təşkili nəticəsində, məsələn, kəmər sisteminin öyrədilməsi, orta templi dinamik Uçi-komi adlanan hərəkətlərin üzərində işlənməsi, Ne-vadza texniki fəndlər və s. məşq prosesində geniş idmançı kütləsinin cəlb olunmasına və onların düzgün, sağlam inkişafına imkan yaradır. Yarışlarda tələb olunan enerji təmin olunma anaerob mexanizmi istiqamətində aparılan məşqlər inkişaf dövründə minimuma endirilməlidir.

Uşaqlar vaxtaşırı həkim müayinəsindən keçməli, “İdmançı” ürəyi sindromuna diqqət yetirilməlidir. Hamımız bilirik ki, məşq zamanı ürəkdə “L” və “D” gipertrofiyası baş verir. Məşqin hansı istiqamətdə təşkil olunması hansı növdə gipertrofiyaya gətirə bilər. Çalışmaq lazımdır ki, aeorob enerji təmin etmə mexanizmi nəticəsində, məşqlər hesabına ürəyin daxili həcminin böyüsün.

Bu da gələcəkdə yüksək idman nəticələrinin əldə olunmasına gətirəcək. Pubertal inkişaf dövründə (cinsi inkişaf dövrü) əzələlər sürtlə inkişaf etsə də, ürək hələ də lazım olan səviyyədə inkişaf etmir. Və bu zaman yarış intensivliyində anaerob enerji təmin etmə mexanizmi inkişafı istiqamətində verilən məşq ürəkdə hüceyrələrin, yəni kardiomiositlərin ölməsinə səbəb olur, gələcəkdə də idman nəticələrinin zəifləməsinə gətirə bilər. Astenik konstitusiyaya malik olan uşaq və yeniyetmələr də var. Onlara fiziki yükün verilməsi son dərəcə ehtiyyatla həyata keçirilməlidir.

Azyaşlı uşaqların və yeniyetməlirn yarışlarında son zamanlar elə bir səs-küy, mübahisələr yaranır ki, bu da heç məqsədə uyğun deyil. Həmin uşaqlardan nəsə nəticə tələb etmək çox tezdir. Onlar hələ inkişaf yolundadırlar.

2000-ci illərdə gənc yaşlarımda Sumqayıt şəhərində yarış zamanı maraqlı faktla üzləşdim. Korifey məşqçi-müəllim Əhməddin Rəcəblinin məktəbini keçmiş övladı, bu günkü gündə Respublikanın Əməkdar məşqçisi Zaur Rəcəbli hansısa bir gənc kolleqamıza deyirdi: “Ağacı budaqlarından yuxarı dartıb böyütmürlər.

Çox dartdıqda, kötüyü boşalar, sonra ağac quruyar, böyüməz.” İlk baxımdan sadə görünsə də bu sözlərdə dərin məna və məntiq var. Misal üçün onu deyim ki, Azərbaycanın ilk və yeganə dünya çempionu Elxan Məmmədov erkən və yeniyetmə yaşlarında böyük bir idman uğuru əldə etməsə də, dünya çempionu adına orta yaşlarında yiyələnib. Elxan Rəcəbli son illərə qədər güləşirdi və bugünkü gündə də əmisi Fərhad Rəcəbli ilə birlikdə veteran cüdoçuların yarışlarında da uğurla çıxış edir.

Bu günkü gündə region və respublika yarışlarında uğur və nəticə əldə etməyən komandalar, məşqçi-müəllimlər ona dəlalət etmir ki, onalar zəifdirlər, nəticə əldə etmək üçün morfo-funksional, fizioloji quruluşa, fiziki inkişafa, müəyyən istedada, qavrama və qabiliyyətə malik olan uşaqların ələ düşməsi və eyni zamanda maddi-texniki bazanın olması böyük rol oynayır.

Hazırda hər hansı məşqçi müəllim hansısa bir regionda ətrafına müəyyən sayda uşaqları toplayıb onları pis vərdişlərdən, mənfi əməllərdən çəkindirir, cüdo idman növünün elmini və sirlərini öyrədirsə, yarışlara uşaqları hazırlayırsa, aparıcı klubların, cəmiyyətlərin, məktəblərin qarşısına çıxara bilirsə, rəqəbat yaradırsa bu özü özlüyündə artıq böyük nəticədir.

Hər birimiz, istər gənc, istər yaşlı, istər titullu, istərsə də titulsuz belə məşqçi-müəllimlərə hörmətlə yanaşmalı, əməklərinə qiymət verməyi bacarmalıyıq. Hər bir valideynin arzusu, övladının sağlam, gümrah böyüməsidir. Bizim də başlıca vəzifəmiz dövlətimizə, cəmiyyətimizə sağlam, vətənpərvər ruhda böyümüş, xalqına, dövlətinə sadiq, sabahkı xoş gələcəyimiz olan gənclər yetişdirməkdir. Ən böyük nəticə budur!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər