Sizin Reklam Burada

Hərəkatın beynəlxalq konfransına 3 qitədən diaspor nümayəndələri qatıldı

Hərəkatın beynəlxalq konfransına 3 qitədən diaspor nümayəndələri qatıldıAzərbaycan Vətəndaş Hərəkatı (AVH) “Azərbaycan diasporunun bu günü və sabahı” mövzusunda zoom üzərindən beynəlxalq konfrans keçirib.

AVH İdarə Heyətinin üzvü Azər Həsənsoyun sədrliyi ilə keçirilən konfransda, AVH İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü çıxış edib. M.Göyüşlü Hərəkatın yaradılma məqsəd və məramından, gördüyü işlərdən, keçirdiyi tədbirlərdən, ziyalıların fəaliyyətini koordinasiya etməsindən, verdiyi bəyanatlardan, etdiyi müraciətlərdən ətraflı bəhs edib. O, konfransın məqsədinin indiyə qədər görülən işlərə qısa nəzər salmaq, bundan sonrakı fəaliyyətlərdə bir-birinə yardım edə bilmək üçün koordinasiya qurmaq olduğunu bildirib.

Ukrayna Azərbaycanlıları Radasının Dnepr təşkilatının sədri Eldar Tağıyev təmsil etdiyi ölkədə koordinasiyanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə həyata keçirildiyini söyləyib. O, Qarabağ məsələsindən söz açaraq, daim bu mövzuda təbliğat apardıqlarını, aktiv çalışmalar həyata keçirdiklərini qeyd edib.

QALA Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov 44 günlük II Qarabağ müharibəsiylə bağlı apardıqları təbliğatdan, diaspor işinin görülməsi üçün maddi və mənəvi dəstəyin vacibliyindən söz açıb. R.Məmmədov ümumi diaspor birliyini saxlamaq, Azərbaycanın inkişafına dəstək olmaq üçün əllərindən gələni edəcəklərini söyləyib.

Türkiyədə Çağdaş Azərbaycan Dərnəyinin sədr müavini Mürtəza Karaçanta Qarabağ mövzusunda Azərbaycan diasporunun qardaş ölkədə aktiv fəaliyyət göstərdiyini qeyd edib. O, birlikdə həyata keçirilən çalışmaları gücləndirməyin, diaspor işini genişləndirməyin vacibliyindən söz açıb.

Antalya-Azərbaycan Mədəniyyət və Həmrəylik Mərkəzinin sədr müavini Ceyran Səttarova fəaliyyət göstərən qurumların bir-birinə rəqib deyil dəstəkçi olmasının vacibliyindən danışıb. O, səfirlik və konsulluqla, Azərbaycanın rəsmi qurumları ilə əlaqələri sıxlaşdırmağın önəmini vurğulayıb.

Qazaxıstanın Nursultan şəhərindən tələbələr Raya Salahlı və Nihal Kərəmova gördükləri işlərdən danışaraq, təbliğat üçün hazırladıqları videoroliki göstəriblər.

ABŞ-da fəaliyyət göstərən Azərbaycan Birliyi təşkilatının prezidenti Fərhad Ələkbərzadə diasporun Azərbaycan dövlətindən maliyyə almasına qarşı çıxaraq öz daxili imkanları ilə bunu etməli olduğunu qeyd edib. O, Amerikada Azərbaycana dəstək istiqamətində tvitterdə, mediada apardıqları aktiv təbliğatdan və gördükləri işlərdən danışıb.

ABŞ-da San-Fransisko şəhərində yaşayan Saleh Kazımov Azərbaycandakı 44 günlük Vətən müharibəsindən, ABŞ-da azərbaycanlıların aktivləşməsi istiqamətində məsələlərdən söz açıb.

Hollandiya Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimlidən sonra Türkiyədə yaşayan jurnalist Oktay Hacımusalı çıxış edib. O.Hacımusalı media qurumlarının aktiv təbliğat aparmasından, qarşılıqlı koordinasiyanın vacibliyindən, ictimai rəyə daha çox təsir etmək imkanlarından danışıb.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi ictimai birliyinin sədri Fuad Hüseynzadə ermənilərin II Qarabağ müharibəsini uduzduqdan sonra da aktiv şəkildə çalışmalar apardıqlarını deyib. F.Hüseynzadə bu səbəbdən təbliğat üçün yeni strategiya müəyyən olunmasının vacibliyindən, media imkanlarının gücləndirilməsindən, siyasi və akademik elita ilə aktiv işləməyin vacibliyindən söz açıb.

Rusiyada, Moskva vilayətində fəaliyyət göstərən Nicat İlyas burada diaspor işinin çətinliyindən, daha çox iş görülməli olmasının vacibliyindən bəhs edib.

Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının sədri Emin Rüstəmov İtaliyanın ölkəmizə dəstəyinin artdığını qeyd edib. O, təmsil etdiyi qurum və oradakı diasporumuz tərəfindən İtaliyada aparılan təbliğatdan danışıb.

Polşadakı Azərbaycan diasporunun rəhbərlərindən olan Saleh Sabili gördükləri işlərdən, xüsusilə tələbələrlə həyata keçirilən fəaliyyətlərdən bəhs edib. O, görülən işlərə əcnəbilərin cəlb edilməsinin vacib olduğunu söyləyib.

Ukraynanın Krivoy-Roq şəhərindəki Azərbaycan diaspor rəhbəri Kəmaləddin Ağayev gördükləri işlərdən, Türkiyənin Sakarya Universitetinin müəllimi Ahmet Yeşil diaspor və lobbi fəaliyyətlərinin qarışıq salınmasının yanlışlığından bəhs ediblər.

AMEA-nın əməkdaşı Pərviz Qasımov 11 il əvvəl müzakirə edilən məsələlərin hələ də gündəmdə olmasını yanlış addım kimi qiymətləndirib. Alim təklif edib ki, fərqli strategiya seçilsin, fərqli taktika ilə fəaliyyət həyata keçirilsin.

AVH-nin Məclis üzvü, tarixçi alim Taleh Cəfərov diaspor təşkilatı üzvlərinin olduqları ölkələrin cəmiyyətinə inteqrasiya olunmalarından, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı İlqar Məcidli səslənən önəmli təklif və fikirləri qeyd etdiyini, AVH-nin İdarə Heyətinin üzvü, tarixçi alim Hacı Həsənov dəyərli təkliflərin qeyd edildiyini bildiriblər. H.Həsənov təklif edib ki, Vətəndaş Hərəkatının təşkilatçılığı ilə diaspor fəallarının iştirak etdiyi Koordinasiya Mərkəzi yaradılsın.

Qeyd edək ki, tədbirdə eyni zamanda Antalya-Azərbaycan Mədəniyyət və Həmrəylik Mərkəzinin üzvü, Kanal B-nin “Sizə salam gətirmişəm” proqramının rejissoru və aparıcısı Sevil Çakar, Mərkəzin baş katibi Yusif Sadıqov, Mərkəzin üzvü, sənətçi Vüsalə Alıçı, Türkiyədən tələbələr Sürəyya Qasimi, Əli Həmzəzadə, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyinin sədri Musa Hacıyev, AVH-nin İdarə Heyətinin üzvü Aydın Allahverdiyev, Məclis üzvləri Fərman Salmanlı, Elçin Xalidbəyli, Ceyhun Bayramlı, Azər Sərxanoğlu, Asim Kazımlı, Türkiyənin Sakarya Universitetinin doktorantı Allahverdi Mehdiyev, İstanbuldan Adil Hüseynov, Polşanın Varşava şəhərindən Kamal Babayev də iştrak və çıxış ediblər.

Yekunda bu cür tədbirlərin davamlı olaraq keçirilməsi, müxtəlif problemlərin və məsələlərin müntəzəm şəkildə müzakirəyə çıxarılması, gələcəkdə fəaliyyətlərin koordinasiyasının həyata keçirilməsi qərarlaşdırılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər