Sizin Reklam Burada

Belçika ermənilərin “dqr” arzusunu bu cür rədd etdi

Belçika ermənilərin “dqr” arzusunu bu cür rədd etdi17 dekabrda Belçika parlamentinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli və atəşkəsin əldə olunması üçün Belçikanın və beynəlxalq qurumların təşəbbüslərinə dəstək” adlı qətnamə layihəsi müzakirə olunub.

Bir həftə öncə Belçika Senatında müzakirə olunmuş qətnamə layihəsi bu dəfə Nümayəndələr Palatasında müzakirəyə çıxarılıb. Bu dəfə də ermənilərin Qətnamədə görmək istəmədiyi BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri qanun layihəsində yer alıb və bununla da Azərbaycan ərazilərinin erməni hərbi birləşmələri tərəfindən işğal olunması faktı öz əksini tapıb. Hər iki Palatanın xarici əlaqələr komissiyalarının sədrləri Els Van Hoof və Mark Demesmaeker, millətçiliyi və separatçılığı dəstəkləyən fraksiyanın rəhbəri Karl Van Luve, eləcə də “erməni soyqırımı” qətnaməsinin müəllifi Peter de Roover və bir sıra qatı ermənipərəst deputatlar BMT qətnamələri ilə bağlı bəndin layihədən çıxarılmasını təkidlə xahiş etsələr də, Nümayəndələr Palatası onların xahişini nəzərə almayıb.

Müzakirələr zamanı hər vəchlə ermənilərin arzusunu həyata keçirməyə çalışan və hər yerdən əli üzülən Georges Dalleman həmkarlarına müraciət edərək deyib: “...Fransa kimi cəsarətli olun, ermənilərin taleyinə biganə qalmayın”.

Dəfələrlə Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfərlər etmiş deputat Georges Dallemanın və onun tərəfdarlarının təkidli xahişlərinə baxmayaraq, qondarma rejimin tanınması və onunla diplomatik əlaqələr qurulması ilə bağlı təkliflər də müzakirə olunub və parlament üzvlərinin çoxluğu tərəfindən rədd edilib.

Xatırladaq ki, hələ bir həftə öncə Belçika xarici işlər naziri parlament qarşısında çıxışı zamanı 10 noyabr tarixli üçtərəfli Bəyanatı dəstəklədiyini bildirmiş və Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı çağırışların beynəlxalq hüquqa zidd olduğunu deputatların diqqətinə çatdırmışdı.

Beləliklə, Fransa siyasi rəhbərliyinin gözləntilərinin əksinə olaraq, Fransa Senatının və Nümayəndələr Palatasının mövqeyi Belçika parlamentində növbəti dəfə dəstək ala bilmədi. Erməni lobbi təşkilatlarının özlərini güclü hesab etdikləri Belçikada öz məqsədlərinə çata bilməməsi erməniləri və eləcə də bu ölkədə erməni lobbisi hesabına varlanmaq arzusunda olan ermənipərəstləri məyus etdi.

Müəllif: Cavanşir Feyziyev

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər