Türkiyədə koronavirus xəstəxanasında partlayış - 8 nəfər öldü
Dərc olunub:
19-12-2020, 11:11
Türkiyənin Qaziəntəp şəhərində koronavirus xəstəxanasında oksigen cihazından qaynaqlanan partlayış baş verib.
Avrasiya.net xəbər verir ki, hadisə bu gün səhər saatlarında Sanko Universitetinin xəstəxanasında qeydə alınıb.
Nəticədə oksigen cihazına bağlı olan 8 nəfər koronavirus xəstəsi dünyasını dəyişib. Reanimasiyada olan 14 ağır xəstə isə başqa xəstəxanaya köçürülüb.