"Əgər NATO haqsız cəzalar və sanksiyalar törədərsə biz niyə bu cür ədalətsiz bir yerdə olaq?"

"Əgər NATO haqsız cəzalar və sanksiyalar törədərsə biz niyə bu cür ədalətsiz bir yerdə olaq?""ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları biz Gürcüstan Azərbaycanlıları Konqresi olaraq qınayırıq, çünki Gürcüstan bizim vətənimizdir, Azərbaycan və Türkiyə isə bizim üçün mühim dövlətlərdir. Milli dövlətimiz 21-ci əsrin tələblərinə uyğun olaraq öz hərbi strategiyasını və öz əsgər nizamını qurur. Məlumdur ki, hava üstünlüyü olmayan dövlət döyüşdə məğlub olur".

Bu barədə Aktual.ge xəbər portalına ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalara münasibət bildirən Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov deyib.

O xatırladıb ki, Türkiyə öz hava müdafiə sistemini qorumaq üçün ilk dəfə patriotlarla əlaqədar Amerikaya müraciət etdi, ancaq Amerika Birləşmiş Ştatları bundan üz döndərdi.

"Türkiyə özünü qorumaq üçün patriotları almalı və özünü qorumalı idi. Əgər özünü qorumaq üçün silah alırsa və onun müttəfiqi olan ABŞ onu cəzalandırırsa, cəza bilirik ki, günahın qarşılığında verilir, burda günah yoxdursa cəza varsa bu o deməkdir ki, burada ədalətsizlik var, haqq ədalət tapdalanıbdır. Buna görə də biz Amerika Birləşmiş Ştatlarını Gürcüstan Azərbaycanlıları Konqresi olaraq qınayırıq. Mən siyasi həyatım dövründə həmişə Gürcüstanı NATO-nun və Avropa İttifaqının tərkibində görmək istəmişəm. Amma bu gün düşünürəm ki, əgər NATO da haqsız cəzalar və sanksiyalar törədərsə biz niyə bu cür ədalətsiz bir yerdə olaq? Mən Gürcüstan vətəndaşlarını da bu haqda düşünməyə dəvət edirəm. Biz düşünməliyik ki, bizim vətənimiz haqq ədalət olmayan bir mühitdə olmamalıdır",-GAK sədri qeyd edib

Sizcə Türkiyə ABŞ-ın bu addımını necə dəyərləndirəcək?

"Dünya düzəni belədir ki, sənə qarşı atılmış bir addıma ona bərabər dəyərdə bir cavab verilməlidir. Standart vəziyyət belə tələb edir, amma bunlar müttəfiq olduğuna görə mən hesab edirəm ki, hələ oturub birlikdə müzakirə edə bilərlər. Amerikanın belə bir şansı hələki var. S400-lərin NATO müdafiə sisteminə nə dərəcədə uyğunlaşıb uyğunlaşa bilməməsi, məsələnin texniki tərəflərini müzakirə etsinlər və ondan sonra qərar versinlər. Tələsik qərarlar da həmişə ziyan gətirər",-deyə H.Yusubov deyib.