Gürcüstanda xəstəxana direktoru qətlə yetirilibGürcüstanın Kaxeti bölgəsində ötən gecə qətl hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, Telavi Mərkəzi Xəstəxanasının direktoru Zurab Saçişvili odlu silahla ölümcül yaralanıb.

Yayılan məlumatlara əsasən, hadisə İkalto kəndində ailələrdən birinin evində başlayan və daha sonra küçədə davam edən mübahisədən sonra baş verib.

Hadisə zamanı Telavi meriyasının əməkdaşının da yaralandığı bildirilir.

Faktla bağlı istintaq tədbirləri aparılır.
Türkmənistan prezidenti koronavirusun dərmanını açıqladıTürkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yeni nöbv koronavirusun müalicəsi ilə bağlı dünyanın yenidən düşünməli olduğunu deyib.

Avrasiya.net xəbər verir ki, o, biyan kökününü virusun yayılmasının qarşısını alacağını bəyan edib.

Biyan kökünün müsbət xüsusiyyətləri barədə danışan türkmən lider öz ölkəsində çap edilən “Türkmənistanın dərman bitkiləri” kitabının birinci cildində bu barədəd məlumat verdiyini qeyd edib: "Az miqdarda biyan bu infeksiyanın məhvində yaxşı nəticə göstərir”.
İsrail-Türkiyə yaxınlaşması: Bakı buna nail oldu - ŞərhNövbəti illərdə İsrail-Türkiyə-Azərbaycan arasında üçlü iqtisadi formatın yaradılması mümkündür. Bu, real bir yanaşmadır, çünki Azərbaycan nefti, Türkiyə hərbi sənayesi və İsrail maliyyəsi bir araya gələrək, geniş imkanlara malik formata çevrilə bilər.

Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu son günlər İsrail-Türkiyə münasibətlərinin yaxşılaşması haqda müzakirələri şərh edərkən deyib.

O bildirib ki, Fələstin ətrafında baş verən proseslər səbəbilə uzun müddətdir Türkiyə-İsrail münasibətlərində soyuqluq, bəzən isə gərginliklər yaşanmaqda idi:

“Bu soyuq münasibətlərə baxmayaraq, iki ölkə arasında ciddi bir iqtisadi münasibətlər qalmaqda idi. Digər tərəfdən, İsrail Azərbaycandan aldığı neft-qazı Türkiyə üzərindən daşıyırdı. Bildiyiniz kimi, İsrailin neftə olan tələbatının 40-50 faizini Azərbaycan ödəyir.

Ümumiyyətlə, İsrail-Türkiyə münasibətlərinin normallaşması gözlənilən idi. Çünki real yanaşsaq, hər iki ölkənin bir-birinə ehtiyacı var. Türkiyə yaxşı başa düşür ki, İsrail kiçik ölkə olsa da, dünya maliyyə sistemində, diaspor sahəsində kifayət qədər nüfuza sahibdir. Bundan başqa, İsrail bu regionun bir parçasıdır və istər-istəməz bu ölkə ilə də əməkdaşlıq vacibdir”.

Politoloq qeyd edib ki, İsrail regionun müsəlman ölkələri ilə münasibətləri bərpa etməkdə maraqlıdır:

“İsrailin Misir, İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Oman, hətta Mərakeşlə münasibətlərdə normallaşma mərhələsinə qədəm qoyub. Bu reallıqlar çərçivəsində niyə Türkiyə ilə normallaşma olmasın? Düşünürəm, hazırda iki ölkənin bir-birinə ehtiyacı var və bu yaxınlaşma gələn il də davam edəcək”.

Politoloq Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasında Azərbaycanın rolu haqda da danışıb:

“Türkiyə-İsrail münasibətlərinin pisləşdiyi dövrdə bu vəziyyətdən ən çox narahat olan Azərbaycan idi. Real mənzərə onu göstərir ki, Azərbaycanın səyləri bu gün bu iki ölkənin yaxınlaşmasında mühüm rol oynayır. Həm Türkiyə, həm İsrail Azərbaycanın strateji müttəfiqləridir. Hər iki ölkə ilə tarixi və çoxtərəfli münasibətlərimiz var. 44 günlük müharibə zamanı biz bunun bir daha şahidi olduq. Mən deyərdim, bu gün İsrail-Türkiyə münasibətlərinin yaxşılaşmasında Azərbaycan diplomatiyasının səyləri misilsizdir”.
Dünyada koronavirusa yoluxanların sayı 80 milyonu ötübDünya üzrə koronavirusa yoluxanların ümumi sayı 80 160 183 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 756 365 nəfərə çatıb.

Avrasiya.net xəbər verir ki, bu barədə koronavirus pandemiyasının statistikasını aparan “Worldometer” saytı məlumat yayıb.

Qeyd olunub ki, infeksiyaya yoluxan 56,4 milyon pasiyent sağalıb.

Hazırda koronavirusdan 21 971 032 nəfər müalicə alır, 105 889 pasiyentin vəziyyəti ağırdır.

AzTV-dəki hadisədə həlak olan gənc əməkdaşın FOTOSUDekabrın 25-də axşam saatlarında AzTV-nin binasındakı bədbəxt hadisə nəticəsində Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev vəfatb edib.

Avrasiya.net xəbər verir ki, telekanalın 24 yaşlı əməkdaşının dağıntılar altında qalmış meyitini FHN əməkdaşları çıxarıblar.

G.Gülverdiyevin fotosunu təqdim edirik.

Qarabağda itkin düşən 540 erməni hərbçisi axtarılırAzərbaycanın Dağlıq Qarabağ bölgəsinə yerləşdirilən Rusiyanın sülhməramlı kontingentinin yaratdığı “qaynar xətt”ə ümumilikdə itkin düşmüş 540 erməni hərbçi ilə bağlı müraciət daxil olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya sülhməramlı kontingentinin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, daxil olan məlumatlar yoxlanılıb və sülhməramlı kontingentin axtarış bölmələrinə ötürülüb.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi Qarabağ müharibəsindəki itkilərinin sayını gizlədir. Nazirlik döyüşlərdə həlak olan erməni hərbçilərinin sayını bu günə kimi açıqlamayıb.

Daha əvvəl Ermənistanın “Politik.am“ saytı Qarabağ müharibəsində ölənlərin, yaralıların, itkin düşənlərin və əsirlərin sayı barədə bu günə kimi rəsmi məlumat verilmədiyini vurğulayıb.

"Vəziyyəti Vatikanın Ermənistandakı keçmiş səfiri Mikael Minasyan aydınlığı ilə izah edib. O, müharibədə azı 4 750 nəfərin həlak olması haqqında bildirib. Hakimiyyət bilir və bu rəqəmi təkzib etməyə çalışır, ancaq sonrakı məlumatlar Minasyanın haqlı olduğunu sübut edib", - sayt yazıb.
Məktəb direktoru koronavirusdan öldüAzərbaycanda məktəb direktoru koronavirusdan vəfat edib.

Avrasiya.net "Qafqazinfo"ya istinadla xəbər verir ki, söhbət Lənkəran şəhər 10 saylı orta məktəbin direktoru Qadir Axundovdan gedir.

Qadir Axundov bu gün COVİD-19-dan müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Ermənilərdən növbəti təxribat: Ruslar "mina"ya düşdü - FotoBu gün bəzi yerli internet seqmentində Qarabağdakı Rusiya sülhməramlılarının Azərbaycana qarşı növbəti təxribata əl atması barədə xəbər yayılıb.

Avrasiya.net-in Musavat.com-a istinadən məlumatına görə, yayılan xəbərdə qeyd olunub ki, sülhməramli qüvvələrin gündəlik brifinqi zamanı otaqda Rusiya bayrağı ilə yanaşı, ermənilərin müharibədən sonra birdəfəlik itirdikləri xəyali arzuları - qondarma “dqr”in “bayrağı” da asılıb.

Əlbəttə ki, yayılmış xəbəri araşdıranda məlum oldu ki, əslində söhbət heç də Rusiya Sülhməramlı Mərkəzin rəsmi informasiya mərkəzindən getmir. Əgər həqiqətən də Rusiya tərəfi gündəlik yayılan rəsmi informasiya bülletenində bu cür təxribat etsəydi, bu çox ciddi skandal olardı.

Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyinin rəsmi saytında sülhməramlı missiyanın gündəlik məlumatı Moskvadan yayımlanır. Bu brifinq isə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kommunikasiyalar Departamentinin rəhbəri general Konaşenkoya həvalə edilib.

Qarabağdakı sülhməramlılardan alınmış məlumatları məhz o, gündəlik elan edir. Yalnız istisna hallarda bu işi Qarabağdakı sülhməramlıların rəhbəri general-leytenat Rüstəm Muradov və ya müavini polkovnik Dmitri Perepelkina görür. Bəs yayılmış şəkil və Rusiya sülhməramlıları?

Qısa araşdırmadan sonra məlum oldu ki, sözügedən qondarma “bayraq” Xankəndidəki bir məktəbdə lentə alınıb.

Bununla bağlı sülhməramlı qüvvələrin bülletenində xəbər və müvafiq fotolar var. Xəbərdə bildirilir ki, Dağlıq Qarabağdakı Humanitar Minalardan Təmizləmə Mərkəzinin hərbi qulluqçuları Xankəndidə (xəbərdə Stepanakert yazılıb) orta məktəbin şagirdləri üçün məşğələ keçiblər. Burada şagirdlərə partlayıcı obyektləri aşkar edərkən təhlükəsizlik tələblərinə riayət olunması ilə bağlı danışıblar. Həmçinin mütəxəssislər məktəblilərə ilk tibbi yardım qaydalarını nümayiş etdiriblər.

Təlimlərdə ümumilikdə 80-dək şagird, müəllim və məktəblilərin valideynləri iştirak ediblər.

Şübhə yoxdur ki, ermənilər bu “parça oyunu” ilə əvvəl azərbaycanlıların əsəblərinə toxunmağa, sülhməramlı qüvvələrin reputasiyasını korlamağa, onların ermənilər tərəfdə olduğunu göstərməyə çalışıblar. Belə görünür ki, rusiyalı təlimçilər də ermənilərin bu cılız oyununa ya bilərəkdən, ya bilməyərəkdən alət olublar. Əks halda, gorbagor “dqr”in “bayrağının” rus bayrağı ilə qoşa asılmasının fotolarını heç olmasa, bülletenlərində yerləşdirməzdilər.

Görünən budur ki, rusiyalı minaaxtaran təlimçiləri ermənilərin qurduqları “mina”ya düşüblər.


AzTV-də otağın tavanı çökdü: ölən varAzərbaycan Televiziya və Radio Verilişləri QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

Avrasiya.net xəbər verir ki, bu barədə QSC-nin mətbuat xidməti məlumat yayıb.

Belə ki, QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin bir hissəsində tavan çöküb, nəticədə bir əməkdaş xəsarət alıb:

"Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan əməkdaşımızın çıxarılması istiqamətində iş aparılır".

***

AzTV-nin dağıntılar altında qalan əməkdaşı dünyasını dəyişib.

Qeyd olunub ki, videomateriallar şöbəsinin texniki işçisi, 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev həlak olub.

Allah rəhmət eləsin!

Paşinyan: İstefa verməyə hazıram!Xalqın qərarına uyğun olaraq baş nazir postunu tərk etməyə hazıram.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan, həmçinin 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı siyasi qüvvələri müzakirəyə dəvət edib.