Mişelin eyhamı: Sülhməramlılar Qarabağı tərk edirŞarl Mişel Brüsseldə İlham Əliyev və Nikol Paşinyanla görüşüb. Hər şey adi görünürdü, amma bu görüşdən sonra biz Ermənistan-Azərbaycan münaqişəsində real irəliləyiş müşahidə etdik. Son aylarda demək olar ki, bu ilk əhəmiyyətli görüş oldu. Paşinyan və Əliyev sənədi imzalayan kimi dərhal sərhədin demarkasiyası üzrə komissiyaların yaradılması elan edilir, daha bir neçə saat keçir və bu komissiyaların rəhbərləri sərhəddə görüşür. Mişel buna necə nail oldu?

Axar.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Samvel Aqanesyan bölüşüb.

“Tamamilə məntiqli sual yaranır ki, Mişel Ermənistanın Baş nazirinin və Azərbaycan Prezidentinin ürəyinə nə cür yol tapa, konstruktiv dialoqa başlamaq üçün nə edə bilərdi? Prinsipcə, Əliyev dialoqun və əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əleyhinə deyildi, Paşinyan haqqında isə bunun əksini demək olar. Bəs o, Nikola nə təklif etdi ki, Paşinyan imtina edə bilmədi?” - erməni ekspert qeyd edib.

Onun sözlərinə görə, Rusiya ilə hər şey aydındır, o öz sərhədlərində “kənar adamları” sevmir. Eyni zamanda, o, münaqişə tərəflərinə heç nə vəd edə bilməz. Amma Qərb bir şey təklif etdi!

“Mən güman edə bilərəm ki, Paşinyana eyham vurulub ki, sərhəd münaqişəsinin həlli AB-də Ermənistan vətəndaşları üçün viza məsələsini onun tamamilə ləğvinə qədər xeyli sadələşdirə bilər. Ən əsası isə şübhəsiz ki, tərəflərə Rusiya sülhməramlılarının yaxın vaxtlarda regionu tərk edəcəyi vəd edilib”, - erməni ekspert qeyd edib.
"Niyə qaçmısınız dovşan kimi?""O ki qaldı, ermənilərin Azərbaycanda yaşamasına, bu tarixi də hər kəs yaxşı bilir. Rus-İran müharibəsindən sonra XIX əsrin əvvəllərində İrandan və Şərqi Anadoludan ermənilər kütləvi surətdə köçürülüb və Azərbaycanda, Qarabağda məskunlaşdırılıb. Bunu biz hamımız yaxşı bilirik".

Bunu Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib.

"O ki qaldı, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına, onun da heç bir əsası yox idi"- deyən dövlət başçısı qeyd edib ki, bu, qanunsuz bir addım idi, sadəcə olaraq, bir saat bombasını Azərbaycanın canına yerləşdirmək, istənilən an onu partlatmaq və xalqımızı məhv etmək məqsədi daşıyırdı: "Heç bir əsası yox idi ki, orada hansısa bir muxtar vilayət yaradılsın. Özü də Şuşanı da salmışdılar onun içinə.

Mən nə üçün bunu deyirəm, çünki Ermənistanda faşistlər hələ, necə deyərlər, baş qaldırmağa cəhd göstərirlər və onlara elə gəlir ki, əgər onlar hakimiyyətdə olsaydılar müharibənin nəticələri başqa cür ola bilərdi. Qətiyyən yox! Onlara elə gəlir ki, əgər onlar hakimiyyətə gəlsələr, nə isə əldə edə bilərlər. Qətiyyən yox! Əksinə, əgər istəmirlərsə ki, onların başı bir daha əzilsin, otursunlar və bu tərəfə heç baxmasınlar. Biz hələ ki, səbirlə bu mənzərəni izləyirik. Amma bunu Ermənistan faşistləri - bizə hürməyə çalışan faşistlər bilsinlər ki, hər an onların dərsini verməyə bir daha hazırıq, necə ki, İkinci Qarabağ müharibəsi zamanı. İndi kimdir Ermənistanda meydan sulayan? İkinci Qarabağ müharibəsi zamanı Qarabağdan dovşan kimi qaçan Sarkisyan-Köçaryan cütlüyü. Əgər onlar belə qəhrəman idilərsə, niyə qaçmışdılar? Oturardılar, vuruşardılar. Hər ikisi Xankəndidə idi, o cümlədən onların keçmiş müdafiə naziri. İndi bizi hədələməyə çalışırlar. Niyə qaçmısınız dovşan kimi? Axı, gərək bunu unutmasınlar. Bizim gücümüzü hər an görüb buna adekvat addım atsınlar".
Bəzi DSK-ların tərkibində dəyişiklik edildiMərkəzi Seçki Komissiyası (MSK) bəzi dairələrin seçki komissiyalarının tərkibində dəyişiklik edib.

Avrasiya.net xəbər verir ki, bu barədə MSK sədrinin müavini Rövzət Qasımov, MSK katibi Arifə Muxtarova və MSK katibi Mikayıl Rəhimov məlumat veriblər.

Bildirilib ki, 61 saylı dairə seçki komissiyasının həlledici səs hüququ olan Araz Əhmədov, 93 saylı saylı Bərdə şəhər seçki dairəsinin həlledici səs hüququ olan üzvü Şakir Əliyev komissiyaların tərkibindən çıxarılıblar.

Bundan başqa, 13 saylı Xəzər-Pirallahı, 59 saylı Salyan 90 saylı Ağdaş və digər seçki dairələrinə daxil olan komissiyaların tərkibində də bir sıra dəyişikliklər edilib.
"Ermənilər tərəfindən darmadağın edilən yerlər dirçəldilir, yenilənir, canlanır"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri azad olunmuş ərazilərimizdə aparılan quruculuq-abadlıq işləri ilə yerindəcə tanış olunması, yeni tikililərin əsasının qoyulması və s. baxımından çox mühümdür.

Bunu "Xalq Cəbhəsi"nə Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

O, qeyd edib ki, bu səfər də bundan əvvəlki səfərlər kimi görülən işlərin birbaşa prezidentin nəzarəti altında olduğunu göstərir. Uzun müddət işğal altında qalan, ermənilər tərəfindən darmadağın edilən yerlər dövlətimizin qayğısı nəticəsində dirçəldilir, yenilənir, canlanır:

"Aparılan nəhəng quruculuq-abadlıq işləri bütün sahələri əhatə edir. Yollar, yeni binalar, məscidlər, elektrik və qaz xətləri, məktəblər, xəstəxanalar, yenidən salınan bütöv kəndlər və s. görülən işlər dosta güvən, düşmənə göz dağıdır.

Dövlət başçısı bu səfərində də əməli çalışmalarla Zəngəzur dəhlizinin reallaşması üçün işlər görüldüyünü nümayiş etdirdi. Zəngəzur dəhlizi nəinki beynəlxalq terminə çevrilib. Azərbaycan dəhlizin açılması və hər kəsin rahat istifadə edə biləcəyi avtomobil, dəmir və hava yollarının tikintisini müasir texnologiyaların vasitəsilə möhtəşəm bir şəkildə aparır. Füzuli hava limanının açılışından sonra Zəngilanda da yeni bir aeroportun əsasının qoyulması bölgəni mühüm nəqliyyat qovşağına çevirəcək. Bu nəqliyyat qovşaqları Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir".

Səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yalnız yol, bina və s. deyil eyni zamanda mənəvi dəyərlərimizin yaşadılmasında mühüm rola malik olan məscidlərimizin tikintisi və bərpasına da çox böyük diqqət ayırırlar: "Ötən ilin aprel ayında əsası qoyulan Zəngilan məscidinin tikintisi ilə dövlət başçısının şəxsən maraqlanması milli-mənəvi irsimizə qayğının, onun yaşadılmasına olan isti münasibətin göstəricisidir. Dini-mənəvi abidələrimizin, elm-təhsil müəssisələrimizin tikinti və bərpasında Heydər Əliyev Fondunun əvəzsiz rolu və böyük təcrübəsi var. Bu baxımından Zəngilan məscidinin də Fond tərəfindən inşa olunması faydalı nəticələr doğuracaqdır.

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Zəngilan rayonunda İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirakı diqqəti cəlb edir. İşğal muzeyi bizim faciəli tariximizi gələcək nəsillərə, əcnəbilərə çatdıracaq. Xalqımızın başına gətirilən müsibətlər, erməni vandalizmi əyani şəkildə, canlı tarix olaraq tanıtdırılacaq. Zəfər muzeyi isə xalqımızın, onun qəhrəman oğullarının şücaətini, mübarizliyini həm gələcək nəsillərə, həm də səfər edəcək qonaqlara təqdim edəcək.

Bütün bu amillərdən sonra əminliklə deyə bilərik ki, xalqımız bütün maneələrə rəğmən torpaqlarını işğaldan azad etməyi, ona sahiblənməyi, orada qurub-yaratmağı və gələcəkdə azad-firavan şəkildə yaşamağı bacarır və bunu artıqlamasıyla haqq edir".
Hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdırBiz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşük. Siyasi cəhətdən tam müstəqilik. Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Azərbaycan özünə hörmət edən dövlətdir və hər kəsdən bu hörməti tələb edir və bunu əldə edir.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən deyib.

Azərbaycanın iqtisadi cəhətdən müstəqil ölkə olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunu yaxın tarix göstərir. Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq və heç bir yardıma, kreditə ehtiyacımız yoxdur. Əksinə, biz özümüz indi bəzi ölkələrə kreditlər veririk. Məhz iqtisadi müstəqillik nəticəsində bu gün, bax, bu Ağalı kəndi deyə bilərəm ki, dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilib. Bunu biz etmişik, öz gücümüzlə və azad edilmiş bütün digər torpaqlarda öz gücümüzlə bərpa işlərini aparırıq və indi nəhəng layihələr icra edilir. Bu haqda Azərbaycan xalqı müntəzəm olaraq məlumatlandırılır”.
Eyni amal uğrunda ortaq taleyi bölüşənlər Bakıda ehtiramla yad edilibBeynəlxalq Türk Akademiyası Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə Bakıda Əhməd Baytusunulının 150, Hüseyn Cavidin 140 və Əhməd Cavadın 130 illik yubileylərinə həsr olunmuş konfrans keçirib.

AMEA-nın vitse-prezidenti və Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli, TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı, Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA Hüseyn Cavid Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı, Qazaxıstanın L.Qumilev adına Avrasiya Milli Universitetinin professoru Amantay Şarip, tanınmış şair, tərcüməçi Kadırbek Kunipiyaulı, Qazaxıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri, qardaş ölkələrdən bir sıra alimlər və ziyalılar iştirak ediblər.

Tədbir iştirakçıları totalitar rejimin repressiyalarının qurbanları - qazax dilçiliyinin banisi Ə.Baytursınulı, görkəmli şair, dramaturq və filosof Hüseyn Cavidin, Azərbaycan himninin müəllifi Əhməd Cavadın faciəli taleyi ilə bağlı fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində Hüseyn Cavidin Türk Akademiyası və ədibin Ev Muzeyi tərəfindən rus dilində nəşr edilmiş “Seçilmiş pyesləri”nin təqdimatı da baş tutub.

Görüşdə vitse-prezident F.Məcidli akademik İsa Qəbbibəyliyə Türk dünyasında elmi, ədəbi əlaqələrin inkişafındakı xidmətlərinə görə Türk Akademiyasının “Əlişir Nəvai” Qızıl medalını təqdim edib.

Akademik İsa Həbibbəyli də öz növbəsində Türk Akademiyasına və təşkilatın rəhbəri Darxan Kıdırəliyə təşəkkürlərini çatdırıb.
QHT-dövlət münasibətlərinə həsr olunmuş növbəti Respublika zona konfransı Gəncə şəhərində keçirilibAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının keçirilməsinə başlayıb. Bu gün növbəti konfrans Gəncə şəhərində keçirilib.

Gəncə, Mingəçevir, Kəlbəcər, Göygöl, Samux, Daşkəsən, Goranboy və Naftalan şəhərlərinin iştirakı ilə keçirilən konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahov, Gəncə Rayon İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri Azər Allahverənov və Nurəddin Mehdiyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsul əməkdaşları, adları çəkilən rayonların icra hakimiyyəti başçılarının müavinləri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, habelə yerli qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Gəncə şəhəri Heydər Əliyev Mərkəzində təşkil edilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Açılış nitqi ilə başlayan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva konfransın proqramı haqqında geniş məlumat verərək bildirib ki, ikinci dəfə keçirilən bu konfrans region QHT-lərinin və ictimai şuraların birgə fəaliyyətində dönüş yaradacaq. A.Əliyeva bildirib ki, 7 iqtisadi rayonu əhatə edəcək bu konfrans QHT-lərin fəaliyyətinə öz müsbət təsirini göstərəcək.

Sonra çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev qeyd edib ki, ölkəmizdə qeyri-hökumət təşkilatları bir neçə mərhələdə inkişaf yolu keçib, QHT-dövlət münasibətləri sahəsində müsbət nümunələr formalaşdırılıb. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması, QHT-lərə maliyyə, metodiki, konsultativ, təşkilati dəstəyin göstərilməsi və s. bunun bariz nümunəsidir. Bu gün isə QHT-dövlət münasibətlərində yeni mərhələ başlayıb, təşkilati-hüquqi forması, fəaliyyət istiqaməti və idarəetməsi ilə fərqlənən yeni təsisat kimi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb.

Vüsal Quliyev bildirib ki, bu gün QHT-lər dövlət qurumları ilə birgə ictimai əhəmiyyət kəsb edən bir çox sahələrdə yüksək təşəbbüskarlıq nümayiş etdirməli, nəticəyönümlü layihə və proqramlar həyata keçirməlidirlər.

O, konfransda iştirak edən ixtisaslaşmış təşkilatların diqqətinə məişət zorakılığı, ailə dəyərlərinin qorunması və digər istiqamətlərdə səmərəli layihələrin reallaşdırlmasının vacibliyini çatdırdı.

Vüsal Quliyev icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuralarn fəaliyyətinə toxunaraq, QHT-lərin həmin təsisatlara cəlb edilməsi məsələsinin vacibliyini vurğuladı. Qeyd etdi ki, ictimai şuraların fəaliyyətinin daha da gücləndirilməsinə, bunun üçün üzvlərə müvafiq təlim proqramlarının təşkil edilməsinə ciddi ehtiyac var.

Çıxış edən digər natiqlər Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova, Əli Pənahov və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov bildiriblər ki, zona toplantısı QHT nümayəndələri, ictimai şuraların üzvləri, habelə dövlət qurumları üçün faydalı olacaq və bu sahənin daha da təkmilləşməsinə böyük töhvə verəcək. Qeyd edilib ki, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə ardıcıl tədbirlər təşkil edilməli, bu xüsusda sosial medianın imkanlarından istifadə edilməlidir.

Çıxışlardan sonra konfrans interaktiv müzakirələr əsasında davam edib, onların təklifləri dinlənilib, sualları cavablandırılıb. İctimai şura üzvləri mütəmadi olaraq təlimatlandırıcı seminarların keçirilməsinin vacibliyini vurğulayıblar.

#QhtAgentliyi #Gəncə #Respublikazonakonfransı
Şəhid statusunun verilməsi bu qurumlara aiddirŞəhid statusunun verilməsi səlahiyyəti güc strukturlarına aiddir.

Avrasiya.net-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, həlak olan əsgər heyətinə şəhid statusunun verilməsi səlahiyyəti Səfərbərlik Xidmətinə, zabit heyətinə şəhid statusu verilməsi Müdafiə Naziriyinə aiddir:

“Status verildikdən sonra imtiyazların həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şamil olunub”.
QHT layihəyə yekun vurub"Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə" ictimai birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstək Agentliyinin maliyyələşdirdiyi "Dini radikalizm və ekstremizm – milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi" layihəsini yekunlaşdırıb.

QHT-dən verilən məlumata görə, 4 aylıq (01.02.2022-01.05.2022) layihə çərçivəsində dini radikalizm və ekstremizmlə mübarizə ilə bağlı yerli mediada 12 maarifləndirici yazı dərc edilib. İnternt tv-də 6 veriliş hazırlanıb.

Maarifləndirici layihə çərçivəsində gənclərimizə elmi, hüquqi və islamı baxımdan düzgün məlumatlar verilib, radikalizm və ekstremizmin təhlükələrindən, radikalizm və ekstremizmin bütün dünya ölkələri və insanları üçün təhlükəli olduğu faktlarla, elmi əsaslarla ictimailəşdirilib, Azərbaycanın tolerant, multikultural, mədəni müxtəliflik bir ölkə olduğunu çatdırılıb, din-dövlət anlayışını elmi əsaslar, qanunlarla izah edilib.
Əsgərimiz Ağdamda minaya düşdüDaxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarov Ağdam rayonunda minaya düşüb.

Bu barədə Avrasiya.net-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ə.Umarov Çəmənli kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşərək xəsarət alıb.

Faktla bağlı Ağdam Rayon Prokurluğunda araşdırma aparılır.