Ermənistanda kapitan intihar edib
Dərc olunub:
19-05-2022, 12:12
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin kapitanı intihar edib.
Bu barədə Ermənistan KİV məlumat verib.
Məlumata görə, mayın 19-da səhər saatlarında polisə yaşayış binasının həyətində kişi meyitinin tapılması barədə məlumat daxil olub.
Araşdırmalar nəticəsində onun 32 yaşlı təhlükəsizlik xidməti kapitanı olduğu müəyyən edilib.
Onun özünü altıncı mərtəbədən ataraq intihar etdiyi deyilir.