Rus ordusu ölkəmizi tərk etməlidir - Sandu
Dərc olunub:
18-05-2022, 19:39
Rusiya hərbçiləri Dnestryanı bölgədən çıxarılmalıdırlar, çünki onların orada olması Moldovanın neytrallığını pozur.
Bunu Moldova Prezidenti Maya Sandu deyib.
O qeyd edib ki, hökumət Dnestryanı münaqişənin Moldovanın suverenliyi və ərazi bütövlüyünü nəzərə alacaq dinc siyasi həll yolunu axtarır.