Ruslar Luqanskın mərkəzini ələ keçdi - Hazırda döyüş gedirRusiya Ukraynanın Luqansk vilayətinin inzibati mərkəzi olan Severodonetsk şəhərinin böyük hissəsinə nəzarət edir.

Avrasiya.net xəbər verir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday teleqram kanalında məlumat yayıb.

O, şəhər daxilində döyüşlərin getdiyini bildirib: "Rusiya, təəssüf ki, şəhərin böyük hissəsinə nəzarət edir".

Qayday şəhərin hələlik mühasirədə olmadığını vurğulayıb. O qeyd edib ki. Rusiyanın şəhəri atəşə tutması humanitar yüklərin çatdırılmasını və insanların evakuasiyasını mümkünsüz edib.
İyun ayının qeyri-iş günləri açıqlandıİyun ayında bayramlarla əlaqədar qeyri-iş günləri məlum olub.

Avrasiya.net xəbər verir ki, iyunun 15-i Azərbaycan xalqının Milli Qurtuluş Günü, iyun ayının 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür.

İyunun 26-sı bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 27 iyun qeyri-iş günü olacaq.

Beləliklə, iyunun ayının 15-i və 27-si bayramlarla əlaqədar qeyri-iş günüdür.
Bərdə rayonunda 1 iyun Uşaqların Beynəxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilibBərdə Regional Mədəniyyət İdarəsi Bərdə Dövlət Rəsm Qalereyasının qarşısında 1 iyun Uşaqaların Beynəxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilib.

Tədbirdə regional idarənin rəisi Vəsilə Möhsümova, Bərdə rayon İcra Hakimiyyətinin başçısı, Hüquq Mühafizə orqanlarının rəhbərləri, Bərdə və Tərtər rayonlarından, Mingəçevir və Yevlax şəhərlərindən olan mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak edib.
Öncə tədbir iştirakçıları 1 iyun Uşaqalrın Beynəxalq Müdafiəsi günü münasibətilə təşkil olunmuş sərgiyə baxış keçiriblər.

Tədbirdə çıxış edən regional idarənin rəisi Vəsilə Möhsümova qeyd edib ki, dünyada bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da geniş şəkildə qeyd edilir. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir.

Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.

İdarə rəisi bildirib ki, Azərbaycanda uşaq siyasətinin əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur.
Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır. Bu mühüm kampaniya çərçivəsində respublikamızda uşaq hüquqları sahəsində ardıcıl və məqsədyönlü xarakter daşıyan tədbirlər həyata keçirilmişdir.

Sonra tədbir Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib. Sonda uşaqların da iştirakı ilə səmaya sülh rəmzi olan göyərçinlər buraxılıb.

SOCAR-da GÖZLƏNTİ! Adnan Əhmədzadə kabusu da bitəcək

SOCAR-a yaxın mənbədən maraqlı bilgi almışıq. Demokratik.Az-a adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ən aparıcı "kabus" isimlərindən olan Adnan Əhmədzadə tutduğu postundan uzaqlaşdırıla bilər. Hazırda SOCAR şirkətinin Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun müavini olan ünlü məmurun sözügedən qurumdan birdəfəlik uzaqlaşdırılması çoxdanın gözləntisidir və bugünlərdə onun istefası baş verəcək.

Bildiyiniz kimi, prezident İlham Əliyev 2019-cu ildə aparıcı dövlət qurumunun idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Müşahidə Şurasının sədri təyin olunub.

Son illərin müşahidələri göstərir ki, məlum fərmandan bu yana ictimaiyyət arasında SOCAR-ın imici müsbətə doğru xeyli dəyişib, idarəetmədə müsbət dəyişikliklər ölkə iqtisadiyyatının gələcəyinə təsirsiz ötüşməyəcək. Və bu sırada SOCAR daxilində kadr islahatlarının qaçılmazlığı yaşanır.



Rövnəq Abdullayevin iqtisadiyyat nazirliyinə transferindən sonra adıçəkilənin qeyri-leqal işlərində aparıcı isim kimi diqqətə gələn ilk adlardan biri Adnan Əhmədzadədir. Adnan Əhmədzadə adı mətbuata yaxşı tanışdır. SOCAR-da ölkə neftinin xarici bazarlara satışı ilə bağlı baş verən bütün qaranlıq məsələlərdə onun və Rövnəq Abdullayevin dayısı oğlu Anar Əlizadənin adı çox keçir. Sonuncular təkcə yerli mətbuatda deyil, beynəlxalq mediada xeyli qalmaqallı olaylarla, milyonlara sahib olub kef çəkən oliqarxlar kimi manşet olublar.

Bəs, Adnan Əhmədzadə kimdir, onun adı niyə şirkətin bütün önəmli işlərinin içində keçir?

A.Əhmədzadə 1978-ci ildə Bakıda anadan olub.
O, 2006-2007-ci illərdə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Nəqliyyat-Ekspedisiya şöbəsinin rəis müavini, 2007-2008-ci illərdə Ticarət əməliyyatlarında kommersiya risklərinin idarə edilməsi və Logistika şöbələrinin rəisi, 2008-2010-cu illərdə İxrac əməliyyatları departamentinin rəisi, 2010-ci ildən isə İdarənin rəisi vəzifələrində çalışb.
A.Əhmədzadə Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə rəhbərlik isə Adil Məmməd oğlu Vəliyevə həvalə edilib. A.Vəliyev 1980-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasını "Neft və qaz emalı" üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib, 2017-ci ildə isə İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin "Master of Business Administration" (MBA) proqramını ("Neft-qaz biznesinin idarə olunması") müvəffəqiyyətlə başa vurub. 2003-cü ildən SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində işləyir, 2010-cu ildən İdarənin İxrac əməliyyatları departamentinin rəis müavini vəzifəsində çalışıb.



Eləcə də, Əhmədzadə 2006-cı ildən SOCAR-ın Marketing və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi olub, “SOCAR-Trading”ə rəhbərlik edib. Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və İspaniyada biznesmen kimi tanınır. SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun yazınıdır. Əhmədzadə SOCAR-dakı fəaliyyəti sayəsində özünə böyük biznes şəbəkəsi qurub. Ölkədəki “Rahat” supermarketlər şəbəkəsinin, “Xoxo” gecə klubunun, Rusiya, Ukrayna Gürcüstan, Qazaxıstan və Polşada iri layihələr həyata keçirən “Caspian Service” tikinti şirkətinin də ona məxsus olduğu deyilir. Binə qəsəbəsindəki atçılıq fermasında bahalı “Throughbred” atları var. Onun bahalı avtomobillərinin, qiyməti 1 milyon dollara çatan “Jacob & Co Astronomia” saatının, “Palm Cümeyrada” daşınmaz əmlakının hansı pullarla alındığı kimsəyə sirr deyil. Jurnalist Cavanşir Həsənlinin araşdırmalarından məlum olur ki, İngiltərə və Uelsdə əmlak qeydiyyatını aparan HM Land-ın məlumat bazasında Adnan Əhmədzadənin 2016-cı ilin fevralında Londonda qiyməti 6 milyon 50 min funt sterlinq olan mənzil aldığı haqqında sənəd yerləşdirilib.

Bu sənəddə Adnan Əhmədzadənin yaşayış ünvanının Dubayda Palm Jumeirahdakı Oceana Residence (Argean Building PH2) olduğu əksini tapıb. Bu rezidensiyada 3 otaqlı mənzilin qiyməti 3.9 milyon dirhəmdən 7.7 milyon dirhəmə qədər (1.1 milyon dollardan 2.1 milyon dollara qədər) dəyişir. Londonda da onun “AA PROPERTIES 2000 LTD” adlı şirkəti qeydiyyatdan keçib. Şirkət daşınmaz əmlak alışı ilə məşğuldur. Əhmədzadələrin İngiltərədə daha bir şirkətləri var. Londonda fəaliyyət göstərən PS ASSETS LİMİTED şirkəti 2 oktyabr 2013-cü ildə qeydiyyatdan keçib. Adnan Əhmədzadənin qardaşı Xəyal Əhmədzadə də SOCAR rəhbərliyində təmsil olunur. O, qardaşının prezidenti olduğu “SOCAR-Trading”də biznesin inkişafı üzrə vitse-prezident vəzifəsini icra edib. Adnan Əhmədzadənin daha bir şirkəti İspaniyadadır. SIMPLEMENTA2000 SL 11 oktyabr 2018-ci ildə Malaga Ticari Qeydiyyat Bürosunda (Registro Mercantil de Málaga) SOCAR-ın idarə rəisinin öz adına qeydiyyatdan keçib. Siyahını bir az da uzatmaq istərdik, amma çox uzundur, bizim kimi, sizin də gözləriniz qaralar. Əhmədzadə bu qədər əmlakı Rövnəq Abdullayevə hansı xidməti sayəsində yığıb görəsən? Onu Abdullayevin bütün çirkli işlərini həyata keçirdiyi, gecəsi bir milyona başa gələn bahalı “partiləri”ni təşkil etdiyi, “kassası” rolunu oynadığı haqqında deyilənlər təsdiqini tapır artıq. Bir müddət əvvəl SOCAR-da vergi və yeyinti şübhələri əsasında yoxlamalar aparılanda Əhmədzadənin həbs olunduğu xəbəri yayılmışdı. Sonra adam qalmaqaldan sağ çıxıb öz işinin başına qayıtdı. Prezidentin bugünkü təyinatı nə anlam ifadə edir? Onu şirkətdə öz qohumunun yanına, müavinin müavini vəzifəsinə təyin etməklə cəzalandırmaq istəyirlər, yoxsa mükafatlandırmaq? Suallar çoxdur, Əhmədzadəni müavinin müavini təyin etməklə məsələ bitmir, problemi kökündən həll etmək lazım.

Antalyanın və Londonun daşınmaz əmlak bazarında ilk addımlar

Dövlət şirkətində işləmək qırx bir yaşlı Ədnana şəxsi biznesini qurmağa mane olmayıb, bəlkə də kömək edib. Britaniya şirkətlər reyestrinə təqdim etdiyi məlumatlarda Ə. Əhmədzadə Birləşmiş Ərəb Əmirliklərinin vergi ödəyicisi ödəyicisi olduğunu açıqlayıb. Bu, 2015-ci ildə Londonda özəl biznesə girişərkən baş verib. Bunadək isə o, Antalyada daşınmaz əmlak bazarında özünü sınamışdı.
2006-cı ilin avqustunda Ədnan Bakı şəhəri, Bakıxanov qəsəbəsində yaşayan Qərib Orucovla birlikdə “Ahmadzada Turizm Gida Petrol Ticaret Sanayi Limited” şirkətini yaradır.



Sənəd
Mənbə: Türkiyə Ticarət Reyestri qəzeti
30 min lirəlik ilkin kapitalın 21 minini Ədnan (Vergi ödəyicisi nömrəsi: 0100396070 ) yatırır. Sonralar ortaqlığa Zaur Səmədov və Fərəh Hacıyeva da qoşulurlar. Nəticədə şirkətin kapitalı 1 milyon türk lirəsinə qaldırılır. 2012-ci ilin yanvarında isə Ədnan bu şirkətdəki nominal qiyməti 175 min lirə olan 70 ədəd payının hamısını Z. Səmədova açıqlanmayan qiymətə satır. Dörd ay keçər-keçməz Z. Səmədov və F. Hacıyeva şirkətin ləğvi barədə qərar verirlər.
2015-ci ilin dekabr ayında Ədnan Əhmədzadə Britaniyada 100 funtluq kapitalla “AA Properties 2000 Ltd” şirkətini (qeydiyyat nömrəsi: 09903368 ) təsis edir.




Mənbə: AA Properties 2000 Ltd şirkətinin reyestr məlumatı
(mənbə - Meydan TV)

İki ay sonra Ədnan Londonda, Lanterns yolu, Denison House, ev 20 ünvanında yerləşən 409 nömrəli mənzili satın alır. İnvestisiya əmlakının satın alınmasını “SG Hambros Bank (Channel İslands) Limited” ofşor bankı maliyyələşdirir. Kredit Bakı şəhəri, Nəcəf bəy Vəzirov küçəsi, ev 11D, mənzil 22 ünvanında qeydiyyatda olan Ədnanın adına rəsmiləşdirilsə də, mənzil onun şirkətinin adına qeydə alınır və kreditin təminatı kimi həmin mənzil girov qoyulur. 577,6 min funt məbləğində qiymətləndirilən bu əmlak 2016-cı ilin avqustunda Battle House, 1-dən (poçt ünvanı EN48RR) Old Burlington küçəsi, 32 ünvanına (W1S 3AT) köçürülən “AA Properties 2000 Ltd” şirkətinin yeganə aktividir. 2016-2017-ci illərdə Ədnan Əhmədzadə ipoteka öhdəliklərinin bağlanmasından ötrü 22,4 min funt ödəyir. 2017-ci ilin yanvarından etibarən bu daşınmaz əmlak şirkətinə 25 yaşlı Nigar Kərimli rəhbərlik edir. N. Kərimli müxbirimizə şirkətin daşınmaz əmlak bazarında fəal əməliyyatlar apardığını bildirsə də, Ədnan Əhmədzadənin bu şirkətin idarə olunmasında iştirakı haqda suala cavab verməyib.
Əhmədzadələr ailəsinin Londonun əmlak bazarına ikinci gəlişi
Əhmədzadə ailəsinin Britaniyada əmlakı bununla məhdudlaşmır. “SOCAR Trading” və İsveçrədə təsis olunmuş digər bir şirkətin (“STL Oil and Gas SA”) menecmentində təmsil olunan böyük qardaşı Xəyal 2018-ci ilin noyabr ayında “PC Assets Limited” şirkətinə (şirkət nömrəsi: 08715209) nəzarət etməyə başlayıb. “Bloomberg” agentliyinin məlumatına görə, Xəyal Əhmədzadənin SOCAR-a gəlişi 1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda təhsil illərinə təsadüf edir. O, SOCAR-da 1995-ci ildən işləyir.
Kapitalı 1 milyon funtdan çox olan “PC Assets Limited” şirkətində payların 25 faizdən az olmayan hissəsi Əhmədzadə qardaşlarının atasına məxsusdur. Ötən ilin dekabrında 70 yaşını qeyd edən Azəri Əhməd oğlu Əhmədzadə uzun illər Mədəniyyət Nazirliyində rəhbər vəzifələrdə çalışıb. “PC Assets Limited” şirkətinə “SOCAR Trading” şirkətinin daha iki azərbaycanlı əməkdaşı: Toğrul Rzayev və Elmir Ağamalıyev də sərmayə qoyublar.
Əhmədzadə qardaşlarının Bakıda da bir çox kommersiya əmlakının olduğu bildirilir. Onların arasında Xəyal Əhmədzadənin direktor olduğu “Valentis” şirkəti də var.

Demokratik.Az
""Teknofest" gələcək inkişafımıza yeni bir dinamika gətirdi"Sözün hər mənasında möhtəşəmliyi ilə diqqət çəkən və yaddaşlarda iz buraxan “TEKNOFEST Azərbaycan” festivalı artıq üç gündür başa çatsa da, lakin bu festival hələ də ölkə gündəminin əsas müzakirə mövzularından, təqdir edilən hadisələrindən biri olaraq qalmaqda davam edir. Bu da təbiidir. Çünki paytaxtımızda ilk dəfə keçirilən “TEKNOFEST” Aerokosmik və texnologiya festivalı iki qardaş ölkənin - Azərbaycan və Türkiyənin birgə əsəri, ortaq layihəsi kimi araya-ərsəyə gəldi.

İnsanlarımızın, xüsusən də gənclərimizin sözügedən sərgiyə bunca dərindən maraq göstərmələri də məhz bu amillə bağlıdır. Azərbaycan və Türkiyə iki dost qardaş ölkə olaraq bu festivalı gerçəkləşdirməklə sübut etdilər ki, gələcəkdə bundan da böyük ortaq layihələrə birgə imza atmaq gücünə malikdirlər. Bu layihə bir ilk idi. Amma bunun davamı mütləq gələcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu faktı təsdiqlədi.

Qardaş ölkənin lideri festival törənindəki çıxışında qeyd etdi ki, Azərbaycan ilə birlikdə hələ neçə layihələrdə gənclərimizə yeni üfüqlər açmağı və milli texnoloji həmləmizi birlikdə reallaşdırmağı planlaşdırırıq. Qarşıda çox böyük hədəflərimiz var.

4-cü Sənaye inqilabının gətirdiyi böyük elmi-texniki dəyişikliklər prosesində biz də Azərbaycan və Türkiyə olaraq öz layiqli yerimizi tutmalıyıq. “TEKNOFEST Azərbaycan” festivalı bu istiqamətdə görülən işlərə böyük bir təkan sayıla bilər. Festival iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafına da yeni bir dinamika gətirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan və Türkiyə qarşıda duran istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Xalqlarımız fədakarcasına öz milli qürurunu müdafiə etmək üçün, təmin etmək üçün hər zaman hər bir addıma hazırdır. Festival çərçivəsində yarışlara qatılan gənclərimizin d'gələcəkdə öz böyük elmi kəşfləri və ixtiraları ilə ölkəmizi və bütün Türk dünyasını hər yerdə ləyaqətlə təmsil edəcəklərinə əminik.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Hər şeyi mikroba oxşayan Əli Həsənov elədi - BalayevKinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədliyim təklif olunanda öncə çəkindim. Amma sonra İttifaqın ümumi işi baxımından razılıq verdim. Rüstəmdən (İbrahimbəyov – red.) sonra işləmək asan deyil. Məni seçən hər kəsə təşəkkür edirəm.

Kult.az xəbər verir ki, bu sözləri Kinematoqrafçılar İttifaqının yeni sədri Rasim Balayev deyib.

“Hamının birgə iştirakı ilə işimizi qurmağı arzulayıram. Kino İttifaqını dağıtdılar. Dedilər, digər ittifaqa keçməsən, işdən çıxaracaqlar. Hər şeyi mikroba oxşayan Əli Həsənov korladı. Rüstəmə qarşı oyunlar oynanıldı, Əkrəm Əylisini məhv elədilər. Rüstəm möhkəm adam idi. Dedi, mən bütün bunlara dözəcəm, sən özünü gözlə. Nəhayət sonradan hər şey üzə çıxıdı. Ən böyük itkimiz onu itirməyimiz oldu. Rüstəm kimi adam tapılmayacaq. Mikroba oxşayan adamdan isə çox olacaq”, - o söyləyib.
İranda din xadimi güllələndiİranda Sistan-Bəlucistan vilayəti Sərbaz şəhərinin imamı naməlum silahlı şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.

Axar.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Mövləvi Məhəmmədkərim Həməli Pirməhəmməd oğlu mayın 30-u axşam saatlarında Kəlat və Hənquri kəndləri arasında güllələnib.

Hələlik qatillərin kimliyi və qətlin səbəbləri məlum deyil.
Bakıda qadın sirkə turşusu içib özünü öldürdüBakının Suraxanı rayonun intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, Maştağa qəsəbə sakini, 42 yaşlı Zümrüd Məmmədova yaşadığı evdə özünü öldürmək üçün sirkə turşusu içib. Ailə üzvləri hadisədən xəbər tutduqları üçün o dərhal xəstəxanaya yerləşdirilib.

Burada həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Z.Məmmədovanın hansı səbəbdən özünü öldürməsi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.
Rasim Balayev sədr seçildiAzərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı başlayıb.

Kult.az xəbər verir ki, toplantıda xalq artisti Rasim Balayev ittifaqın yeni sədri seçilib.

Bundan başqa, iclasda Rüstəm İbrahimbəyovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlərin keçirilməsi, onun məqalələrinin toplusunun dərci, barəsində sənədli filmin çəkilməsi, Kino Muzeyinin yaradılması məsələləri də müzakirə olunacaq.
İrəvanda etirazçılar hökumət binasına hücum çəkdilərİrəvanda erməni müxalifəti növbəti etiraz aksiyalarına başlayıb.

RİA xəbər verir ki, etirazçılar hökumət binasına yaxınlaşıblar.

Hökumət binasının qarşısında isə onları dəbilqə və qalxanlarla xüsusi təyinatlılar qarşılayıb. Güc strukturları hökumət binasına yalnız orada çalışan məmurları buraxırlar.

Müxalifətdən olan deputatlar binaya daxil olmaq üçün güc strukturları ilə danışıqlar aparır. Bildirirlər ki, müxalifətin Qarabağla bağlı mövqeyini nazirlərə izah edəcəklər.

Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan etirazçıları polislə qarşıdurmaya getməməyə çağırıb.

Qeyd edək ki, hökumət binası qarşısında aksiyaçılarla polis arasında vaxtaşırı toqquşma yaşanır.