ABŞ prezidentliyinə namizəd saxlanıldı
Dərc olunub:
29-04-2024, 10:30
Yaşıllar Partiyasının 2024-cü il ABŞ prezidentliyinə namizədi Cill Şteyn Fələstin tərəfdarı etiraz aksiyasında saxlanılıb.
Bu barədə Amerika mətbuatı məlumat yayıb.
"Cil Şteyn, onun kampaniya meneceri Ceyson Call və seçki kampaniyası üzrə menecer müavini Kelly Merrill-Kyer Sent-Luisdəki Vaşinqton Universitetində Qəzzadakı müharibə ilə əlaqəsinə qarşı etiraz aksiyasını dəstəkləyərkən saxlanılıb", - KİV-lərdən biri qeyd edib.