Bayraqdardan “dron taksi” açıqlaması
Dərc olunub:
31-05-2022, 13:00
İnşallah, üzərində çalışdığımız “Qızılalma” gələn il ilk uçuşunu həyata keçirəcək. TB3 də ilk uçuşunu bu ilin sonu, ya da gələn ilin əvvəlində edəcək.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraqdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Səlcuq Bayraqdar deyib.
O, uzun müddətdir “dron taksi” üzərində çalışdıqlarını, bunun üçün daha yüksək səviyyədə avtonom texnologiya inkişaf etdirmələri gərəkdiyini bildirib.
Onun sözlərinə görə, bu texnologiya şəhər nəqliyyatında inqilab edəcək.