Ukraynada 800 diversant saxlanıldı
Dərc olunub:
31-05-2022, 12:01
Müharibə başlayandan bəri Rusiyanın 88 təxribat və kəşfiyyat qrupu aşkar edilib. Ümumilikdə isə 800-ə yaxın diversant saxlanılıb.
Bunu Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin deyib.
“Rus agentləri hələ də partizan müharibəsi aparır, məlumat toplayır. Onlar dayanmır. Biz bir sıra regionlar üzərində işləyirik. Rusiyayönlü hərəkatları və qrupları axtarırıq. Odessa vilayətində axtarışlar nəticəsində böyük silah arsenalları və hətta təxribat və kəşfiyyat fəaliyyətləri üçün təlimatlar aşkar edilib. Digər bölgələrdə də belə qrupların olub-olmadığını öyrənəcəyik”, - o bildirib.