Prezident Zəngilan sakinləri ilə görüşdüMayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər və burada yaradılan şəraitlə tanış olublar.

Sonra dövlətimizin başçısı və birinci xanım Ağalı kənd sakinləri ilə görüşüblər.
Bu gün əfv sərəncamı imzalanacaqBu gün 28 May - Müstəqillik Günü münasibətilə əfv sərəncamı imzalanacaq.

Bu günə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının keçirdiyi iclaslar başa çatıb.

Ümumilikdə iclaslarda 600-dən çox müraciətə baxılıb. Yekun siyahı Prezident İlham Əliyevə təqdim olunub.

Dövlət başçısı 28 May - Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamı imzalayacaq.
Bakı sakini döyüb, 2000 manatını əlindən aldılarYasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə mayın 25-də saat 3 radələrində üç nəfərin paytaxt sakini E.Məmmədovu döyərək 2000 manatını almaları barədə müraciət daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ü.Hacıyev, Lənkəran rayon sakini R.Əhmədzadə və Cəlilabad rayon sakini S.Əsgərov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.
Sosial şəbəkədə yalan məlumat yayanlar həbs olunacaqTürkiyədə sosial mediaya nəzarət tədbirləri gücləndirilir.

Sosial şəbəkələrə hüquqi nəzarətin təmin edilməsi ilə bağlı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyası (MHP) tərəfindən hazırlanan 40 maddəlik təkliflər paketi parlamentə təqdim olunub.

Dezinformasiya ilə mübarizə tədbirlərinin əks olunduğu təkliflər rəsmən qəbul olunarsa, insanlar arasında təşviş, yalan məlumat yayan şəxslər 1 ildən 3 ilədək həbs cəzasına məhkum olunacaqlar.

Bundan əlavə, təkliflər paketində saxta hesablar açaraq insanların şərəf və ləyaqətini alçaldan, yalan məlumatlar yayan şəxslərin cəzalandırılması ilə bağlı müddəalar yer alıb.
Conson Zelenski ilə AB kimi yeni birlik yaratmaq istəyirBritaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Vladimir Zelenskiyə Rusiyaya qarşı yeni beynəlxalq alyans yaratmağı təklif edib.

Axar.az xəbər verir ki, bu barədə “Corriere Della Sera” qəzeti məlumat yayıb.

Bildirilib ki, London Brüssel və Almaniyanın Moskvaya qarşı siyasətindən narazı olan ölkələri AB-yə alternativ olacaq yeni siyasi, iqtisadi və hərbi ittifaqda birləşdirməyi təklif edib:

“Baş nazir bu təşəbbüsü ilk dəfə Vladimir Zelenski ilə aprelin 9-da Kiyevdə görüşərkən irəli sürüb. Boris Consonun modeli Böyük Britaniyanın rəhbərlik etdiyi yeni Avropa Birliyinin yaradılmasını nəzərdə tutur. Bura Ukrayna, Polşa, Estoniya, Latviya və Litva ilə yanaşı, sonradan Türkiyə də daxil ola bilər”.

Qəzet iddia edir ki, Kiyev Britaniya liderinin təklifi ilə bağlı hələ də mövqe bildirməyib:

“Zelenski yəqin ki, Ukraynanın təşkilata üzvlüyə namizəd kimi tanınması ilə bağlı qərar verəcək AB ölkələrinin sammitini gözləyir. Avropa liderlərinin hökmü Kiyevin gələcək addımlarına təsir edə bilər”.
Partiya sədri xalqı Müstəqillik Günü münasibətilə təbrik edibFuad Əliyev Azərbaycan xalqını 28 May Müstəqillik günü münasibətilə təbrik etdi

Əziz həmvətənlər!

Azərbaycanın milli bayramı - Müstəqillik günü münasibətilə ürəkdən təbrik edirəm.

1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Xalq Cümhuriyyətinin yaranması tarixi bir hadisə idi. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaranmışdı, Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Ölkəmizin dünya birliyinin üzvü kimi tanınması prosesi başlanmışdı. Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini və onun qurucularının xidmətlərini həmişə yüksək qiymətləndirmişdir. Ancaq Xalq Cümhuriyyəti cəmi iki ilə yaxın zaman ərzində yaşaya bildi. Sonra Cümhuriyyət süqut etdi və Azərbaycan xalqı öz dövlət müstəqilliyindən məhrum olundu. Yalnız Sovet İttifaqı dağılandan sonra, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi.

Əziz həmvətənlər!

Sizi Azərbaycan xalqının tarixində unudulmaz günlərdən biri olan 28 May Müstəqillik günü münasibətilə təbrik edirəm. Arzu edirəmk ki, Azərbaycanımız daha güclü, bütöv və iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdən biri olsun.

Fuad Əliyev
Azərbaycan Liberal Demokrat Partiyasının sədri
Rusiya bu üstünlüklə irəliləyə bilmədi – PentaqonBöyük say üstünlüyünə baxmayaraq, Rusiyanın 110 operativ batalyon taktiki qrupları Ukraynaya qarşı müharibədə az irəliləyiş əldə etdilər.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynada 110 operativ batalyon taktiki qrupları yerləşdirib. Onların əksəriyyəti Ukraynanın cənubunda, qalanları isə Donbasda yerləşir. Qoşunların üstünlüyünə baxmayaraq, Rusiya qüvvələri Ukrayna ordusunun digər döyüş meydanlarında, xüsusən də Xarkov ətrafında məhdud nailiyyətlər əldə edib.
Ukrayna cəbhədəki son durumu açıqladıUkrayna Silahlı Qüvvələri ötən gün Rusiya qoşunlarının 12 hücumunun qarşısını alıb, 5 artilleriya sistemini, 5 piyadaların zirehli döyüş maşınını və 5 avtomobilini məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələri son sutkada Rusiyanın “Ka-52” helikopterini, “Orlan-10” tipli PUA-sını və Çernovtsk vilayətində Rusiyanın qanadlı raketinin məhv edib.

Məlumata görə, Rusiyanın ilhaq etdiyi Krım yarımadasından Zaporoje istiqamətində canlı qüvvə və hərbi texnika göndərilir.

Rəsmi informasiyaya əsasən, Qara və Azov dənizlərində Rusiya gəmiləri Ukraynaya məxsus mülki su nəqliyyatı vasitələrini blokadada saxlamaqda davam edir.