Sizin Reklam Burada

Yeni qütbün adı Avrasiyadır: Rusiyanın arzusu reallaşa biləcəkmi?

Yeni qütbün adı Avrasiyadır: Rusiyanın arzusu reallaşa biləcəkmi?Bu günlərdə Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərinin sammiti keçirildi. Yerli və dünya siyasətşünaslarının əsas diqqəti bu sammitdə Ukrayna müstəvisində Qərblə bağlı qərarlarının hansı şəkildə olacağına dair şərhlər üzərində qurulmuşdu. Əslində də yanılmamışdılar, KTMT-nin bəyanatında əsas xətt Ukrayna və burada aparılan hərbi əməliyyatlara özünəməxsus şəkildə haqq qazandırmaq oldu. Müşahidələrim göstərdi ki, hərbi icmalçılar, politoloqlar, siyasətşünaslar bu sammitdə bir məqamı diqqətdən qaçırdılar.

Bunu Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi-siyasi şərhçi Ramil Məmmədli deyib.

O. qeyd edib ki, bu dünyada yeni hərbi-siyasi ideologiyanın rəsmi şəkildə və yüksək tribunadan açıqlanması idi. Hələ 1990-cı illərin sonlarına yaxın Qazaxıstanın keçmiş prezidenti, türk dünyasının liderlərindən olan Nursultan Abış oğlu Nazarbayev SSRİ-nin süqutundan sonra postsovet məkanında yeni iqtisadi formatın yaradılması təşəbbüsü ilə çıxış etdi. Bu, Avrasiya iqtisadi zonası idi. Təbii ki, Nursultan Nazarbayev bu ideyanı yenicə müstəqillik qazanmış, qazax dövləti ilə reallaşdıra bilməzdi: “Ona bu məsələnin icrasında daha güclü və sabit siyasi-ideoloji sütunları olan müttəfiq lazım idi. Həmin illərdə isə postsovet məkanında belə bir müttəfiqin tapılmasının mümkünsüzlüyünü hər birimiz yaxşı bilirik. Təbii ki, Nazarbayev üçün bu müttəfiq yalnız və yalnız Rusiya ola bilərdi. Nəhayət bu da reallaşdı. Vladimir Putinin Rusiya “taxt-tacı”na yiyələnməsindən sonra Avrasiya iqtisadi zonasının formalaşmasında yeni dövr başladı. Bu missiyanı isə öz üzərinə Rusiya götürdü. Avrasiya İqtisadi Birliyinin rəsmi yaradılması tarixi isə xüsusi araşdırılmalı mövzudur. Lakin qısaca bu məqama da toxunmaq istəyirəm. Kiyevdəki “Maydan” hərəkatının qələbəsindən, yəni Qərbin Ukrayna zəfərindən bir neçə ay sonra postsovet məkanında bölgə üçün daha cəlbedici bir formatın təməli qoyuldu”.

Avrasiya İqtisadi Birliyi - 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə rəsmi şəkildə fəaliyyətə başladı. Tarixə diqqət yetirin, 2013-cü ilin oktyabr-dekabr ayları Ukraynada Qərbin zəfər yürüşü, 2014-cü ilin yanvar-mart aylarında Rusiyanın Krım və Donbas həmləsi, ardınca isə yəni həmin ilin may ayında qurulan siyasi və iqtisadi təşkilat - Avrasiya İqtisadi Birliyi. Bu SSRİ dağıldıqdan sonra Rusiya və onun müttəfiqlərinin açıq güc nümayişi idi. Əlbəttə ötən 8 ildə - 2014-2022-ci illərdə Avrasiya İqtisadi Birliyi adından da göründüyü kimi iqtisadi əməkdaşlıq formatında özünün varlığını nümayiş etdirməyə çalışdı. Lakin bu yalnız 8 il çəkə bildi. Nəhayət, 2022-ci ilin mayın 16-da bu Birlik öz xitin (bəzi canlılarda qoruyucu və ya təhlükəsizlik funksiyasını yerinə yetirən qoruycu dəri qatı) örtüyünü açdı və siyasi iddiasını ortaya qoydu: “Bu iddia isə KTMT formatında meydana çıxarıldı. Məhz, mayın 16-da KTMT-yə üzv ölkələrin liderlərinin sammitinin bəyanatında açıq şəkildə bəyan olundu. KTMT-nin bəyanatının bu hissəsində qeyd olunur: “Avrasiya regionunda davamlı sülhün təmin edilməsində öz məsuliyyətimizi dərk edərək, biz qitədə gərginliyin azaldılmasının vacibliyini vurğulayır və NATO ilə əməli əməkdaşlıq qurmağa hazır olduğumuzu bir daha təsdiqləyirik”. Bu uzun illərdən sonra (SSRİ-nin süqutundan) Rusiyanın Avrasiya məkanına hərbi-siyasi iddiasının açıq təzahürüdür. Əslində sirr deyildi ki, Putin Rusiyası bölgədə Avrasiyaçılıq ideologiyasının siyasi ixracına çoxdan start verib. Türk-slavyan (rus) birliyinin regionun xilası kimi təqdim etməklə, dünyada yeni qütbün bünövrəsini qoymağa çalışır. Məhz, “Böyük Tartariya” dövlətinin ortaq türk və slavyan ölkəsi kimi təbliği, bu haqda fundamental elmi əsərlərin yazılmasını həyata keçirməklə, tarixi meşə (slavyan) – çöl (türk) mübarizəsinə son qoymaq və bu hərbi birliyi yenidən reallaşdırmaq istəyir. Türkiyənin əvvəlcə Avrasiya İqtisadi Birliyinə, bu günlər də isə KTMT-yə dəvət olunması haqda yayılan xəbərlərə də məhz bu konteksdə yanaşmaq lazımdır”.

Coğrafi baxımdan Avrasiya məkanının tərkib hissəsi olan Azərbaycanın bu qütbləşmədə tutduğu mövqe isə ayrıca araşdırma mövzusudur. Dünya dəyişir və bunun hər birimiz fərqindəyik. Lakin bu dəyişlikdə dalğanın üstündə qalmağı kimin bacaracağı isə böyük sualdır. Yalnız görünən odur ki, artıq hər kəs açıq oynayır və digər tərəfdən də mövqe nümayiş etdirməsini tələb edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər