Türkiyə NATO-dan çıxarıla bilər - Andelman
Dərc olunub:
17-05-2022, 12:32
İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə mane olması Türkiyənin Alyansdan kənarlaşdırılması ilə nəticələnə bilər.
Axar.az xəbər verir ki, bunu CNN-in analitiki Devid Andelman deyib.
“Xüsusilə Ərdoğan üç il əvvəl Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini aldıqdan sonra Türkiyənin NATO-dan çıxarılması ilə bağlı artıq fikirlər səslənib. Amma bu addım NATO-nun strateji vacib regionda mövqelərini zəiflədə bilər. Çox az adam NATO-da ABŞ-dan sonra ən böyük, xüsusən də strateji Bosfor boğazına nəzarət edən və Qara dənizə çıxışı olan ən böyük ordunu itirmək riskinə razı olardı”, - Andelman bildirib.