Qərbin Putini devirmək planı alt-üst oldu – PATRUŞEV
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib ki, Qərbin Rusiyadakı siyasi rejimi dəyişmək planları iflasa uğrayıb.
Ria Novosti xəbər verir ki, Nikolay Patruşev bunu Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının nəzdindəki elmi şuranın iclasında deyib.
“Ukraynada aparılan xüsusi əməliyyat Qərbin Rusiyada idarə olunan rejim yaratmaq planlarını pozdu”,- Patruşev vurğulayıb.
Onun sözlərinə görə, Qərbin Ukraynada və bir sıra digər ölkələrdə olduğu kimi, Rusiyada da öz nəzarəti altında rejim qurmaq planları vardı:
"Qərb Rusiyada öz nəzarətində olan rejimin qurulması üçün şərait yaratmağa çalışır, çünki bu, Ukraynada və bir sıra digər dövlətlərdə artıq işlənib həyata keçirilib. Xüsusi hərbi əməliyyat bu planları puça çıxarıb".
“Milli təhlükəsizliyə təhdidlərin səviyyəsi, ölkəmizin maraqlarına etinasızlıq Rusiyanın dövlətçiliyini və onun mövcudluğunu təhdid edən səviyyəyə çatdığından, biz bu tədbiri qabaqlayıcı şəkildə görməyə məcbur olduq”, - Patruşev vurğulayıb.