Reznikov: Rus ordusu artıq müdafiəyə hazırlaşır
Dərc olunub:
18-05-2022, 09:21
Rusiya uzunmüddətli müharibəyə hazırlaşır.
Bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.
"Rusiya bir çox cəhətdən uzunmüddətli hərbi əməliyyata hazırlaşır. Müharibə uzunmüddətli fazaya keçir. Xerson, Zaporojye vilayətlərində rus işğalçılarının necə fəal şəkildə mühəndis-istehkam işləri apardığını görürük. Bunlar zərurət yaranacağı təqdirdə müdafiəyə keçmək üçündür”, - deyə nazir bildirib.