İlham Əliyev iranlı həmkarına başsağlığı verdiPrezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə başsağlığı verib.

Avrasiya.net başsağlığı mətnini təqdim edir:

"Hörmətli cənab Prezident,

Abadan şəhərində onmərtəbəli binanın çökməsi nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!".
Etirazçılar dövlət televiziyasının canlı yayımını dayandırdıAbadan əhalisinin antidövlət şüarları İran Dövlət Televiziyasının canlı yayımını kəsməsinə səbəb olub.

Bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Abadan əhalisi İran Ekspertlər Şurasının Xuzestan əyalətindəki üzvü Möhsün Heydəri Əlikəsirin Dövlət Teleradio Şirkətində canlı olaraq yayımlanan çıxışına mane olub.

Belə ki, onun çıxışı zamanı ətrafdakı insanlar hökumətə qarşı "bişərəf, bişərəf" şüarları səsləndirməyə başlayıblar. Bu zaman canlı yayım məcburiyyət qarşısında yarıda dayandırılıb.

"Həmşəhri" saytının məlumatına görə, yerli əhali "fit, alqış, şüarlar və dövlət kanalının kameralarına hücumlarla" hakimiyyətə kəskin etirazlarını bildiriblər.

Əlikəsirin çıxışı dayandırıldıqdan sonra təhlükəsizlik qüvvələrinin etirazçılara hücum etdiyi və əhalini zorla dağıtmağa çalışdığı bildirilir.

Ərdoğan bu gün Putin və Zelenski ilə danışacaqTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ukrayna və Rusiya prezidentləri ilə telefon danışığı aparmağı planlaşdırır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə lideri tərəfləri Ukraynaya sülh gətirmək üçün dialoq və diplomatiya kanallarını saxlamağa təşviq edəcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Ərdoğanla bu gün danışacağını təsdiqləyib.

“Əgər Rusiya prezidenti bu danışıqlarda iştirak etməyə hazırdırsa, Ukrayna prezidenti Vladimir Zelenski də təklifə razıdır”, - deyə Zelenskinin mətbuat katibi Sergey Nikiforov bildirib.
Bərdədə oğul atasını öldürdüBərdə Rayon Polis Şöbəsinə mayın 29-da saat 23 radələrində Mirzəcəfərli kəndində Bulud Fərzəliyevin öldürülməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) Avrasiya.net-ə verilən məlumata görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla B.Fərzəliyevi oğlu, əvvəllər məhkum olunmuş Kənan Fərzəliyevin sərxoş vəziyyətdə münaqişə zəminində yaşadığı evin həyətində tüfəngdən açdığı atəşlə öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində K.Fərzəliyev tutularaq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi “İJ-16” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Meymunçiçəyinə yoluxanların sayı AÇIQLANDIDünyada 23 ölkədə 257 təsdiqlənmiş və 120 şübhəli meymunçiçəyi xəstəliyinə yoluxma halı qeydə alınıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Bildirilib ki, xəstəlik üçün endemik olmayan bir neçə ölkədə yoluxma hallarının qəfil və eyni vaxtda ortaya çıxması virusun "müəyyən müddət ərzində aşkar edilməmiş" formada mövcud ola biləcəyini göstərir.

ÜST əksər hallarda xəstəlik və endemik ərazilərə səyahət arasında heç bir əlaqə aşkar edilmədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, mayın 13-dən etibarən meymunçiçəyi xəstəliyi 23 qeyri-endemik ölkədə aşkar edilib. ÜST qeyri-endemik ərazilərdə müşahidə genişləndikcə yeni halların ortaya çıxacağını gözləyir.
Çexiya Ukraynaya 30 milyon dollarlıq hərbi yardım göstərəcəkÇexiya Müdafiə Nazirliyi Ukraynaya hərbi yardım üçün daha çox vəsaitin ayrılması tələbi ilə tezliklə hökumətə müraciət edəcək.

"Report" "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bunu Çexiyanın müdafiə naziri Yana Çernoxova deyib.

Məbləğ təxminən 600-700 milyon çex kronu (30 milyon ABŞ dollarına qədər - red.) olmalıdır.

"Yardımın davamlı olması çox vacibdir. Çexiya uzun müddətdir yardım göstərən ölkələrdən biridir", - nazir bildirib.

Müharibə başlayandan indiyədək Çexiya Ukraynaya silah, o cümlədən tank və helikopter, 140 milyon avroluq hərbi avadanlıqlar verib.
ABŞ-da festivalda atışma olub, ölən və yaralananlar varABŞ-ın Oklahoma ştatında açıq havada keçirilən festivalda atışma nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə bazar günü şahidlərə və ştatın İstintaq Bürosuna istinadən "Associated Press" agentliyi məlumat yayıb.

Büronun məlumatına görə, yaralananlar arasında iki azyaşlı da var. Zərərçəkənlərin vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur.

Agentlik aydınlaşdırıb ki, hazırda atəş açan şəxs saxlanılmayıb. AP şübhəlilərin olub-olmaması barədə məlumat verməyib.
Ukrayna komandası "Avroviziya" mükafatını satdıUkraynanın “Kaluş Orkestra” qrupu “Avroviziya - 2022” musiqi yarışmasında qalibiyyət nəticəsində əldə etdiyi mükafatı – kristal mikrofonu auksionda satıb.

Kult.az xəbər verir ki, bu barədə qrupun İnstaqram səhifəsində məlumat yayılıb.

25 may tarixində auksion elan edilib, gərgin mübarizə səbəbindən final 28-dən 29 maya keçirilib.

İlk rəqəmi “Kaluş” sahibləri səsləndirib. Onlar 28 min dollar təkliflə çıxış ediblər. Lakin 29 mayda canlı efir zamanı təklif edilən qiymət 45 mindən 900 min dollara qədər qalxıb.

Komanda hərraca görə iştirakçılara təşəkkür edib.

Əldə edilən gəlir Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına sərf ediləcək.
ABŞ: Ukraynadakı qırğınlarda Lukaşenkonun əli var!Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukraynadakı qırğınlarda əli var. Minsk kütləvi qırğınlarda iştirakçıdır.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken Tvitter səhifəsində yazıb.

“Belarusla Həmrəylik Günündə biz Lukaşenko rejiminin insan haqlarını tapdaması, beynəlxalq normaları rədd etməsi və Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakının yaratdığı iztirabları xatırlayırıq”, - o bildirib.