Səfərli ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüldü
Dərc olunub:
23-05-2022, 15:12
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərli saxlanıldığı Penitensiar Xidmətin Müalicə müəssisəsindən cəzaçəkmə müəssisəsinə köçürülüb.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, V.Səfərli 2021-ci ilin yanvarında həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.