Britaniya kəşfiyyatının eks-şefi Putinin 2023-cü ildə öləcəyinə inanır
Dərc olunub:
24-05-2022, 12:13
Rusiya prezidenti Vladimir Putin tezliklə istefa verəcək. Onu Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev əvəz edəcək. Ola bilsin ki, işğalçı ölkənin başçısını sanatoriyaya göndərmək istəyirlər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının (Mi-6) keçmiş rəhbəri Riçard Dirlav bildirib.
Onun proqnozuna görə, yaxın ətrafı Putini vəzifədən uzaqlaşdıracaq və "yəqin ki, onu Rusiya Federasiyasının lideri kimi çıxmayacağı sanatoriyaya göndərəcək".
“Əgər mənim mülahizəm təsdiqlənsə və Putin sanatoriyada yoxa çıxsa, çox güman ki, Patruşev onun yerinə gələcək”, - keçmiş kəşfiyyatçı bildirib.
Riçard Dirlav Putinin 2023-cü ildə öləcəyinə inandığını deyib, lakin o, ehtimal olunan ölümün səbəblərini açıqlamayıb.