Atletika idman növü üzrə rayon birinciliyi keçirilib
Mayın 24-də şəhər stadionunda Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən sektorunun birgə təşkilatçılığı ilə 28 May Müstəqillik günü və Milli Olimpiya Komitəsinin yaranmasının 30 illik yubileyi münasibəti ilə atletika üzrə 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında rayon birinciliyi keçirilib.
Yeniyetmə və gənc idmançıların vətənpərvərlik ruhunun yüksəldilməsi, atletika idman növlərinin Siyəzəndə inkişaf etdirilməsi və kütləviliyinə nail olunması, yeniyetmə və gənclərin idmanın bu növünə marağının artırılması, olimpiya dəyərlərinin və sağlam həyat tərzinin təbliği, perspektivli idmançıların üzə çıxarılması, həmçinin iyun ayında atletika idman növü üzrə 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında Azərbaycan birinciliyində iştirak edəcək rayon komandasının tərkibinin müəyyənləşdirilməsi məqsədi daşıyan yarışda 40-a yaxın atlet qüvvəsini sınayıb. Açılış mərasimində birinciliyin məqsəd və qaydaları haqqında məlumat verildikdən sonra yarışa start verilib. Nəticələr isə aşağıdakı kimi olub.
100 metr məsafəyə qaçış üzrə:
I yer - Salman Salmanov
II yer - Rəvan Səlimov
III yer - Uğur Mustafayev
200 metr məsafəyə qaçış üzrə:
I yer - İlham Qasımov
II yer - Nihad Babayev
III yer - Səccad Bəşirzadə
400 metr məsafəyə qaçış üzrə:
I yer - Cavidan Hüseynov
II yer - Nicat Ağamuradov
III yer - Murad Məlikov
800 metr məsafəyə qaçış üzrə:
I yer - Təhmin Hüseynalıyev
II yer - Gülbala Manafov
III yer - Ələsgər Dostuyev
Yarışın ümumi nəticəsinə görə şəhər 1 saylı tam orta məktəbin komandası I, şəhər 2 saylı tam orta məktəbin komandası II, Böyük Həmyə kənd tam orta məktəbin komandası III olub.
I, II və III yerləri tutan idmançılar Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif ediliblər.
#28May #MüstəqillikGünü #MilliOlimpiyaKomitəsi30 #atletika #SiyəzənGİİ #Gənclərİdman
#Azərbaycanİdmanı #AZEsport #idman #sağlamhəyat