Meymunçiçəyinə yoluxma halları ARTIR
Böyük Britaniyada meymunçiçəyi xəstəliyinə təsdiqlənmiş yoluxma hallarının sayı 56-ya yüksəlib.
Bu barədə Birləşmiş Krallığın Səhiyyə Sahəsində Təhlükəsizlik Agentliyinin saytında məlumat yerləşdirilib.
Məlumata əsasən, mayın 21-i üçün ölkədə 20 yoluxma halı qeydə alınıb. Son 2 gün ərzində daha 36 yoluxma halı aşkarlanıb.