NATO-nun 4 ölkəsi Putinin tərəfindədir
Dərc olunub:
31-05-2022, 10:32
NATO və AB-nin dörd ölkəsi Ukraynaya yardım göstərmə fəaliyyətini iflic edir.
Bunu ABŞ-da yaşayan rusiyalı politoloq Andrey Piontkovski deyib.
O bildirib ki, Ukraynanın tərəfdarları və əleyhdarları artıq dönüş nöqtəsi gəldiyini, dünyanın taleyinin həll olunduğunu başa düşürlər:
“Ona görə də tamamilə yeni beynəlxalq strukturdan danışmağa başlayan Britaniya Baş naziri Boris Consonun reaksiyasını mükəmməl başa düşürəm. Bu, təbiidir. Dörd NATO ölkəsi - İtaliya, Fransa, Almaniya və Macarıstan - Putinin tərəfində oynayır. Beləliklə, onlar AB və NATO-nun Ukraynaya dəstək fəaliyyətini iflic edirlər”.