Bakıda qadın sirkə turşusu içib özünü öldürdü
Dərc olunub:
31-05-2022, 14:56
Bakının Suraxanı rayonun intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, Maştağa qəsəbə sakini, 42 yaşlı Zümrüd Məmmədova yaşadığı evdə özünü öldürmək üçün sirkə turşusu içib. Ailə üzvləri hadisədən xəbər tutduqları üçün o dərhal xəstəxanaya yerləşdirilib.
Burada həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Z.Məmmədovanın hansı səbəbdən özünü öldürməsi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.