Türkiyə Almaniya və Fransaya nota verdi
Dərc olunub:
31-05-2022, 12:09
Türkiyə Almaniya və Fransaya nota verib.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu”ya müsahibəsində deyib.
“Son günlərdə PKK simvollarının əks olunduğu əski parçaları ilə keçirilən aksiyalara gəlincə, ötən gün Almaniya və Fransa səfirlərini Xarici İşlər Nazirliyinə çağıraraq sərt reaksiyamızı bildirdik və hər ikisinə notanı təqdim etdik”, - XİN başçısı bildirib.
Xatırladaq ki, Avropanın bir sıra ölkələrində, o cümlədən Fransa və Almaniyada PKK terror təşkilatının tərəfdarları aksiya keçiriblər.