İrəvanda etirazçılar hökumət binasına hücum çəkdilər
Dərc olunub:
31-05-2022, 14:29
İrəvanda erməni müxalifəti növbəti etiraz aksiyalarına başlayıb.
RİA xəbər verir ki, etirazçılar hökumət binasına yaxınlaşıblar.
Hökumət binasının qarşısında isə onları dəbilqə və qalxanlarla xüsusi təyinatlılar qarşılayıb. Güc strukturları hökumət binasına yalnız orada çalışan məmurları buraxırlar.
Müxalifətdən olan deputatlar binaya daxil olmaq üçün güc strukturları ilə danışıqlar aparır. Bildirirlər ki, müxalifətin Qarabağla bağlı mövqeyini nazirlərə izah edəcəklər.
Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan etirazçıları polislə qarşıdurmaya getməməyə çağırıb.
Qeyd edək ki, hökumət binası qarşısında aksiyaçılarla polis arasında vaxtaşırı toqquşma yaşanır.