Sizin Reklam Burada

Avropadakı tərifli diasporumuz harada ölmüşdü?

Avropadakı tərifli diasporumuz harada ölmüşdü?“Almaniyadakı diaspor təşkilatları etiraz bəyanatı yayıblar”- deyirsiniz. Gecikmiş bəyanat kimə lazımdır?

Bu, toydan sonra nağara məsələsinə bənzəmirmi? Fuad Muradova deyin onlara medal versin. Çünki onlar Atomu tanıtmağı bacarırlar, bizim kimi xalqımızı, dövlətimizi, mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı yox. Mən bir şeyi başa düşə bilmirəm, Diasporla Atomun nə əlaqəsi var axı? Dünən bir neçə nəfər antmillilərlə keçirilən həmin "aksyanın" videosu bütün elektron seqmentlərdə yayılıb. Diasporla iş üzrə Dövlət Komitəsi qabaqlayıcı tədbirlər görərək diasporlara göstəriş verib 26 aprel 2024-cü il tarixində Berlindəki Federal Kansler binasında keçirilən etiraz aksiyasının qarşısını almalı idi.

Yüz cürə bəhanələr gətirərək ozlərini vətənpərvər kimi sırımağa çalışmalı deyildilər. “Azərbaycan icması Federal Kanslerin ofisinin qarşısında aksiya keçirmək üçün müraciət etsə də, Berlin polisindən iki etnik icma arasında mübahisəyə yol verilməməsi əsas gətirilərək imtina cavabı verilib” - demək də əsassız və məntiqsiz bəhanədir. Belə bir bəhanəni ancaq savadsızlar gətirə bilər. Vəsilə xanım, həmin icmamız (əgər varsa) demokratiya prinsiplərinə istinad edərək Almaniyanın müvafiq qurumlarından aksiyanın keçirilməsini tələb etməli idilər. Çünki Almaniya özünü demokratiyanın beşiyi hesab edir.

Tələb əsaslandırılmış qoyulanda heç bir qurum qanunlara zidd gedərək aksiyanın keçirilməsinə imtina edə bilməzdi. Deməli bu bəhanə də əsassızdır.
Axı, biz özümüzü xaricdə Prezidentimizin dayaqları hesab edirik. Belə də var. Fuad Muradov isə həmin dayaqları kəsməklə məşquldur. 26 aprel 2024-cü il tarixində Berlindəki Federal Kansler binasında keçirilən etiraz aksiyasının qarşısının alınmamasının da əsas səbəbi məhz budur

Mən bir fəal fond rəhbəri olaraq bəyan edirəm: Fəal diasporlar Diasporla iş üzrə Dövlət Komitəsinin apardığı dağıdıcı siyasətindən uzaqlaşaraq, birləşib Prezidentimizin xaricdə əyilməz dayaqlarına çevrilməlidir. Belə xoşagəlməz hallar baş verəndə özümüz, heç kəsdən göstəriş almadan onların layiqli cavabını yerində və vaxtında verə bilərik. Buna kifayət qədər gücümüz də, qüdrətimiz də var. Biz, həmişə Müzəffər Ali Baş komandanımızın yanında olmuşuq və həmişə də Onun yanında olacağıq.

Fuad Muradov, sizdən isə bir xahişimiz var; Prezidentimizin yanında olan diasporları vurmağa çalışmayın. Necə ki dələduzlarla, cibgirlərlə, antimillilərə, Prezidentimizi sevməyənlərlə işbirliyi qurursunuz, beləcə də işinizə davam edərək, onlarla şəkil çəkdirib mətbuatda paylaşıb özünüzü piar edin. Onsuz da sizin "bacarığınız" ancaq buna çatır.

Təki, bizim kimi xalqını, dövlətini, Prezidentini deyilişi gözəl sloqanlı sözlərlə yox, əməldə sevənlərə mane olmayın. Bu, xalqımızı, dövlətimizi, Prezidentimizi sevən diasporların tələbidir!!! Son qoyun apardığınız bu dağıdıcı siyasətə. Liposakşin üçün pul ayırdığınız nərmənazikləşmişlərlə baş başa qalın. Ancaq bizlərə mane olmayın.

Nüsrət Məmmədov

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Prezidenti

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər