Ərdoğan: "İsveç tamamilə terror yuvasıdır"
Dərc olunub:
19-05-2022, 13:31
“NATO təhlükəsizlik təşkilatıdır. Alyansın daxilində terror təşkilatlarının olmasını qəbul edə bilmirik. Bu ölkələr (Finlandiya və İsveç) PKK/YPG-yə ev sahibliyi edir. Biz bir daha dalana dirənməyi düşünmürük”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“İsveç tamamilə terror yuvasıdır. Bir ölkə “yox” deyərsə, hər hansı namizəd ölkəni NATO-ya qəbul edə bilməzlər. Keçmişdə təşkilata daxil olanlar olub. Bunun içində Almaniya, Fransa da var. Yunanıstan və Fransa onsuz da təşkilata qoşulub sonra çıxmışdılar”, - o bildirib.