Yaponiya Ukraynaya əlavə 300 milyon dollar məbləğində kredit verəcək
Dərc olunub:
19-05-2022, 11:47
Yaponiya hökuməti Ukraynaya əlavə 300 milyon ABŞ dolları məbləğində maliyyə yardımının göstərilməsi haqqında qərar qəbul edib.
“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli NHK nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Yaponiyanın Baş naziri Kisida Fumio bu qərarı ABŞ Prezidenti Cozef Bayden ilə görüşdə rəsmən açıqlamağı planlaşdırır.