Azərbaycanda QHT-lərlə bağlı qanunvericiliyə dəyişiklik təklifləri açıqlanıb
Dərc olunub:
19-05-2022, 12:15
Hər il Qeyri-Hökümət təşkilatları (QHT) ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün Milli Məclisə layihə təklifləri verilir.
Bunu Prezident Administrasiyasının Qeyri hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Qeyri-Hökumət Təşkilatlarına Dovlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev
deyib.
O bildirib ki, bu il də müxtəlif təkliflər verilib:
"Təkliflər QHT-lərə qeydiyyatın sadələşdirilməsi, onların maliyyə əldə etməsi və regionlarda tədbirlərin keçirilməsi və başqa məsələləri əhatə edib".