Narkomaniya ilə bağlı layihəyə start verilir“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə sağlam həyat tərzinin təbliği, eləcə də narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyaları çərçivəsində “Narkomaniya: ağır və erkən ölüm”adlı növbəti layihəsinin icrasına başlayır.

Təşkilatdan verilən məlumata görə, layihədə narkomaniyadan əziyyət çəkən insanların bu bəladan xilas edilməsi üçün çıxış yollarının aranmasından, həmin şəxslərin sağlam cəmiyyətə dönməsinə dəstək olunmasından, gənclərə, yeniyetmələrə “ağ ölüm”ün fəsadlarının hansı problemlərə gətirib çıxaracağını diqqətə çatdırqmaqdan bəhs olunur.

Məlumdur ki, bu gün bəşəriyyətin qlobal problemlərindən biri də narkomaniyadır. Dünyada bu gün narkomaniyadan əziyyət çəkən insan kütləsinin sayı milyonlarla ölçülür. Ölkəmiz də bu problemlə rast gəlinir, narkomaniya durmadan yayılmaqdadır.Bəli, dövlətimiz bu bəla ilə həmişə mübarizə aparıb. Amma bununla tək dövlətimiz yox, hamılıqla mübarizə aparmalıyıq.

Təşkilatdan diqqətə çatdırılıb ki, Fəaliyyət Planına əsasən, layihə çərçivəsində Bakı, Gəncə və Hacıqabul şəhərlərində gənclər, tələbələrlə əyani görüşlərin keçirilməsi, həmçinin internet televiziyada ictimai müzakirənin keçirilməsi nəzərdə tutulub.

Layihənin icra müddəti 3 aydır.
"Biz hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışırıq.""Artıq 30 ildir ki, bizim insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik" - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı bu fikirləri demişdir.

Cənab Prezident dünyada yeni reallıqların fonunda yaranmış yeni dünya düzənində ölkəmizin qarşısında duran vəzifələrdən geniş söhbət açaraq vurğulamışdır ki, Azərbaycan artıq sabit siyasi mövqeyə malikdir, həmçinin iqtisadiyyatımız da sabitdir. Biz müstəqil olmaq üçün iqtisadi anlamda yatırımlar etmişik. Yoxsa biz özümüzü asılı hiss edərdik. Azərbaycan imperiyaların hissəsi olub, biz Sovet İttifaqının bir parçası olmuşuq. Artıq 30 ildir ki, bizim insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik. Bunun üçün biz güclü olmalıyıq. Bizim yaxşı dostlarımız olmalıdır.

Qeyd etməliyik ki, ölkəmizin yerləşdiyi region olduqca mürəkkəbdir. Belə çətin regionda qonşu dövlətlərlə əlaqələrin möhkəmlənməsi mütləqdir. Təbiidir ki, bu siyasət çətin görünə bilər. Lakin bu, bizim tariximizdir, bizim coğrafiyamızdır və biz bu coğrafiyada hər zaman yaşamışıq. Nə biz, nə də qonşularımız bu coğrafiyanı dəyişə bilməz. Düşünürəm ki, ölkəmizin uğuru siyasi inkişafda, müstəqilliyin gücləndirilməsindədir. Biz keçən il müstəqilliyimizin 30-cu ildönümünü qeyd etdik. Sovet imperiyasının dağılmasından sonra müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası müstəqilliyinin ilk illərində olduqca ağır və keşməkeşli dövr yaşamışdır. Mənfur düşmənimiz ölkə daxilində mövcud olan hərc-mərclikdən istifadə edərək əzəli torpaqlarımızı işğal etmiş və 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq hüququn tapdalandığı və ikiüzlü münasibətin nəticəsində uzun illər ədalətin bərpası istiqamətində yürütdüyümüz siyasət təssüf ki, nəticəsiz qalmışdır.

Yalnız Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz düşmənə ağır zərbə vuraraq torpaqlarımızı işğaldan azad etmiş və Azərbaycanın haqlı mübarizəsi qələbə ilə bitmişdir. Bundan sonrakı dövrdə də ölkəmiz hər zaman güclü olmalı və haqsızlığa qarşı mübarizə aparmağa hazır olmalıdır. Məhz Azərbaycanın milli maraqlar üzərində qurduğu xarici siyasətin də məqsədi bundan ibarətdir. Ölkəmiz hər zaman yerləşdiyi regionda qonşularla normal münasibətləri saxlamaqda maraqlıdır. Eyni zamanda, bizim ölkəmizdən çox böyük olan qonşularla da münasibətləri saxlayaraq öz milli kimliyimizi, müstəqilliyimizi və müstəqil siyasi mövqeyimizi qorumaq da mümkündür.

Qonşularımızla münasibətlərə gəldikdə isə biz hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışırıq. Problemli sahələri və yaxud da fərqli mövqelərimiz olan məsələləri hər zaman ifadə etmişik. Biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Bundan sonra da çalışmalıyıq ki, dövlətimiz güclü, müstəqilliyimiz isə əbədi, dönməz və sarsılmaz olsun.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
Uğurlu müstəqil siyasət Prezident İlham Əliyevin İtaliyaya iki günlük işgüzar səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ açır. Azərbaycanla İtaliya arasında yaxınlığın, əlaqələrimizin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu vaxta qədər müstəqil Azərbaycanla İtaliya arasında 28 sənəd imzalanmışdır.

Cənab Prezident İlham Əliyev cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı bildirdi ki, Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. Dövlət başçısı qeyd etdi ki, “bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür”. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur;

Qeyd etməliyik ki, həqiqətən, İtaliya zəngin mədəniyyətə, böyük dövlətçilik tarixinə, güclü iqtisadiyyata, dünya siyasətində özünəməxsus yerə malik olan bir ölkə kimi həmişə mühüm maraq kəsb edir. Azərbaycanda da bu ölkəyə xüsusi maraq mövcuddur. Buna görə də ölkəmizdə İtaliya ədəbiyyatı, tarixi və mədəniyyəti böyük maraqla izlənilir.

Qoyulan möhkəm təməlin nəticəsidir ki,Azərbaycan-İtaliya münasibətləri hələ də uğurla davam etməkdədir. Prezident İlham Əliyevin İtaliyaya ikigünlük işgüzar səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ açır. Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə Çernobbio şəhərində keçirilən beynəlxalq forumda əsas qonaq qismində iştirakı, həmçinin dövlətimizin başçısının forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etməsi ölkəmizə və onun liderinə olan böyük hörmətin nümunəsidir.

Azərbaycan keçən il müstəqilliyinin 30-cu ildönümünü qeyd etdi. Azərbaycan hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışır. Azərbaycan heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb.

Artıq 30 ildir ki, bizim insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik. Azərbaycan artıq sabit siyasi mövqeyə malikdir, həmçinin iqtisadiyyatımız da sabitdir. Müstəqil olmaq üçün əsaslı maliyyə yatırımları edilib. Azərbaycan heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb.

Pikə Əhmədova,
Xətai rayonundakı 59 saylı tam orta məktəbin direktoru
"Əgər yeni problemlərlə üzləşmək istəmiriksə..."Hər il yeni dərs ilinin başlanması ərəfəsində bir dərsliklərlə, birdəki məktəbli formaları ilə bağlı çox ciddi fikir ayrılıqları ortaya çıxır, ictimai müzakirələr səngimək bilmir. Bu il də istisna deyil. Belə ki, “məktəbli formalarına ehtiyac varmı” və yaxud, “məktəbli formaları ləğv edilsinmi” səpkisində qoyulan suallar ətrafında müxtəlif təhsil ekspertləri, pedaqoqlar, blogerlər və eləcə də bir sıra deputatlar öz fikirlərini bildirir, fərqli mövqelərdən çıxış edirlər.

Maraqlıdır ki, məktəbli formasının olmasına ehtiyac yoxdur deyənlərin sayı get-gedə artır. Onlar öz mövqelərini bununla əsaslandırırlar ki, məktəbli formaları üzərindən biznes qurmaq olmaz. Əslində bu mövqe müəyyən mənada doğru mövqedir. Bəli, maddi sıxıntılarla üzləşən bəzi valideynlərin öz övladlarına məktəbli geyimi almaq imkanı aşağı olur. Ancaq buna görə məktəbli geyimlərinin ümumiyyətlə, ləğv edilməsi fikri zənnimcə, heç də doğru yanaşma deyil.

Əksinə, biz elə etməliyik ki, işbazlar, oliqarxlar məktəbli geyimini öz biznes maraqlarını təmin etmək üçün qazanc vasitəsinə çevirməsinlər və hər bir valideyin öz övladına əlçatan qiymətə məktəbli geyimi almaq imkanına malik olsun. Beş-üç nəfər işbaza görə məktəbli geyimlərinin üzərindən birdəfəlik xətt çəkmək təklifi ilə çıxış edənlər bəlkə də bununla problemi kökündən həll edəcəklərini düşünürlər. Ancaq onlar yanılırlar.

Məktəbli geyimlərinin ləğv edilməsi bir problemi çözəcəksə, əvəzində başqa problemlər ortaya çıxacaq. Əgər yeni problemlərlə üzləşmək istəmiriksə, dünyanın əksər ölkələrində olduğu kimi bizim də ümumtəhsil müəssisələrimizdə məktəbli forması ənənəsi davam etdirilməlidir. Məktəbli formalarının keyfiyyəti və qiyməti ilə bağlı məsələləri isə ətraflı müzakirə etmək olar. Elə etmək lazımdır ki, valideynlər qiymətlərdən, şagirdlər isə keyfiyyətdən narazı qalmasınlar.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Zelenski: “Rusiya hər raket zərbəsinə görə layiqli cəzasını alacaq”“Rusiya hər raket zərbəsinə görə layiqli cəzasını alacaq”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram səhifəsində yazıb.

“Kimsə gizlənə bilməyəcək. Biz torpaqlarımızı addım-addım azad etməyə davam edəcəyik. Biz məhv ola bilmərik”, - o yazıb.

Qeyd edək ki, bu gün Ukraynanın Krivoy-Roq və Xarkov şəhərlərində, Nikolayev və Zaporejye vilayətlərində partlayışlar olub.
Mətbuat Şurasının qurultay vaxtı məlum olduAzərbaycan Mətbuat Şurasının növbəti qurultayının keçiriləcəyi tarix məlum olub.

Avrasiya.net xəbər verir ki, qurultay sentyabr ayının 24-nə təyin olunub.

Növbəti qurultayda Mətbuat Şurasına yeni sədrin seçilməsi gözlənilir.

Qeyd edək ki, Mətbuat Şurasının sonuncu qurultayı 2018-ci ildə keçirilib.
Papaya Kiyev və Moskvaya getmək qadağan edildiDizimdə problem yarandığı üçün həkim indiyədək Kiyev və ya Moskvaya getməyi qadağan edib. Bununla belə, hər iki prezidentlə daimi təmasda oluran.

Bunu Roma Papası Fransisk deyib.

"Səfər dəqiq deyil. Hələ ki, bilmirəm. Sabah Prezident Zelenski ilə telefon danışığım var. Amma gedə bilmirəm, çünki Kanadaya səfərdən sonra dizimin sağalması bir qədər yavaşladı və həkim mənə qadağan etdi. Amma telefonla əlaqə saxlayıram və bacardığımı edirəm. Hər kəsdən də bacardığını etməyi xahiş edirəm", - bildirib.

Papa Fransisk müharibə ilə bağlı dialoq yolunun çətin olduğunu etiraf edib.
Lukaşenko bu şəxsləri vətəndaşlıqdan məhrum edirÖlkəni tərk edən və bununla da Belarusla əlaqəsini kəsən insanlar vətəndaşlıqdan məhrum edilə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Belarusiya Prezidenti Aleksandr Lukaşenko deyib.

Prezidentin sözlərinə görə, məsələ ilə bağlı artıq qanun layihəsi hazırlanıb:

“Qanun layihəsində xaricə gedib dövlətin və xalqın ziyanına fəaliyyət göstərən, cinayət törədənlərin vətəndaşlıqdan məhrum edilməsi təklif olunub”.
Ukraynada həbs olunan qazimiz aclıq aksiyasına başlayırBir müddət əvvəl Ukraynada qanunsuz olaraq həbs olunan qazi Misir Qasımlı bu gündən etibarən aclıq aksiyasına başlayır.

Axar.az xəbər verir ki, bununla bağlı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad məlumat yayıb.

Qeyd edək ki, Misir Qasımlı və Sübhan Quliyev Kiyevdə ərəb mənşəli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıblar. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri irəli sürülsə də, 1 ildir sübut olunmur.

M.Qasımlı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
“Forest Education” konsepsiyası və qeyri-formal təhsilQeyri-formal təhsil formal məktəb sistemindən kənarda baş verən təhsilə aiddir. Qeyri-formal təhsil tez-tez icma təhsili, böyüklər təhsili, ömür boyu təhsil və ikinci şans təhsili kimi terminlərlə bir-birinin əvəzində istifadə olunur. Bu evdə təhsildən tutmuş hökumət sxemlərinə və icma təşəbbüslərinə qədər cəmiyyətdəki geniş təhsil təşəbbüslərinə aiddir. Buraya köklü institutlar tərəfindən idarə olunan akkreditə olunmuş kurslar, eləcə də az maliyyə ilə yerli əsaslı fəaliyyətlər daxildir.

Qeyri-formal təhsil müxtəlif olduğundan, bu elementin digər elementlərlə, xüsusən də ömürboyu təhsillə ortaq cəhətləri çoxdur. Bu təlimatların məqsədləri üçün bu element adi məktəb sistemindən kənar uşaqlar və gənclər üçün qeyri-formal təhsilə diqqət yetirir. Bununla belə, qeyri-formal təhsil işçiləri bilməlidirlər ki, qeyri-formal təhsil marjinallaşmanı gücləndirir, ona görə də mümkünsə, bu əlilliyi olan uşaqlar üçün yeganə təhsil variantı kimi təklif edilməməlidir. Adi məktəbə daxil olmaq hər bir uşağın hüququ kimi prioritet olmalıdır.

Qeyri-formal təhsil çox vaxt formal təhsilin ikinci ən yaxşı variantı hesab edilsə də, qeyd etmək lazımdır ki, o, rəsmi məktəblərdə mövcud olandan daha yüksək keyfiyyətli təhsil verə bilər. Qeyri-formal təhsil bütün uşaqlar üçün formal təhsilə hazırlıq, əlavə və ya əla alternativ (lazım olduqda) ola bilər.

Qeyri-formal təhsil "Forest Education Azerbaijan" konseptinin təlim-tədriz mexanizminin mərkəzində dayanmalı olan əsas prinsipləri ifadə edir. Qeyri-formal təhsil aşağıdakıların hamısıdır.

Üzvlərimizin həyatına və cəmiyyətin ehtiyaclarına uyğundur və gələcəkdə də belə olacaqdır. Uşaqların, valideynlərin və yerli icmaların, eləcə də pedaqoq-öyrədənlərin tədris olunanların məzmununun həllinə cəlb edilməsi mexanizmləri qeyri-formal təhsilin icmaların ehtiyaclarına uyğun olmasını və yerli resurslardan və kadrlardan istifadə edilməsini təmin edir.

Öyrənənlərin öz öyrənmələrinin fəal iştirakçıları olmasında və onların, ailələrinin və icmalarının qeyri-formal təhsil proqramının icrasına cəlb olunmasında iştirak edir. Uşaqların zərərdən qorunması, onların yaşamaq və inkişaf hüquqlarının qorunması: Qeyri-formal təhsil yerləri, düşərgə əraziləri sağlam və təhlükəsiz olmalı, düzgün qidalanma, sanitariya və zərərdən qorunma təmin edilməlidir. Mənşəyindən və bacarığından asılı olmayaraq bütün uşaqları əhatə etməklə, onlar arasındakı fərqlərə hörmət edərək və tədris və öyrənmə üçün mənbə kimi istifadə edir. Keyfiyyət: qeyri-formal təhsil proqramları son dərəcə yüksək keyfiyyətli olmaq potensialına malikdir, çünki bu fərdlərin və cəmiyyətdəki xüsusi qrupların ehtiyaclarına daha asan cavab verə bilirlər.

Bir çox ölkələrdə milli təhsil sistemləri qeyri-formal təhsilə formal təhsili qiymətləndirdiyi kimi qiymət vermir. Qeyri-formal təhsil proqramları müxtəlif və daha çevik kurikulumlardan və tədris metodlarından istifadə etməyə meyllidir ki, bu da öyrənənlərin faydalanmasına imkan yarada bilər. Formal və qeyri-formal təhsil sistemləri arasında sistematik əlaqələr olmadan, qeyri-formal təhsil əlilliyi olan insanların seqreqasiyasına kömək edə bilər.

Məhz bizim məqsədlərimiz qeyri-formal təhsilin qayəsinə uyğundur və övladlarınız üçün ən gözəl formada təhsilalmanı təmin etmək bizim başlıca motivasiyamızdır.

ÜLVİ MƏMMƏDOV
“Forest Education Azerbaijan” qeyri-formal təhsil birliyinin tədris üzrə meneceri