Ukraynada həbs olunan qazimiz aclıq aksiyasına başlayır
Dərc olunub:
6-09-2022, 14:37
Bir müddət əvvəl Ukraynada qanunsuz olaraq həbs olunan qazi Misir Qasımlı bu gündən etibarən aclıq aksiyasına başlayır.
Axar.az xəbər verir ki, bununla bağlı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad məlumat yayıb.
Qeyd edək ki, Misir Qasımlı və Sübhan Quliyev Kiyevdə ərəb mənşəli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıblar. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri irəli sürülsə də, 1 ildir sübut olunmur.
M.Qasımlı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.