Sizin Reklam Burada

"Biz hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışırıq."

"Biz hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışırıq.""Artıq 30 ildir ki, bizim insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik" - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı bu fikirləri demişdir.

Cənab Prezident dünyada yeni reallıqların fonunda yaranmış yeni dünya düzənində ölkəmizin qarşısında duran vəzifələrdən geniş söhbət açaraq vurğulamışdır ki, Azərbaycan artıq sabit siyasi mövqeyə malikdir, həmçinin iqtisadiyyatımız da sabitdir. Biz müstəqil olmaq üçün iqtisadi anlamda yatırımlar etmişik. Yoxsa biz özümüzü asılı hiss edərdik. Azərbaycan imperiyaların hissəsi olub, biz Sovet İttifaqının bir parçası olmuşuq. Artıq 30 ildir ki, bizim insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik. Bunun üçün biz güclü olmalıyıq. Bizim yaxşı dostlarımız olmalıdır.

Qeyd etməliyik ki, ölkəmizin yerləşdiyi region olduqca mürəkkəbdir. Belə çətin regionda qonşu dövlətlərlə əlaqələrin möhkəmlənməsi mütləqdir. Təbiidir ki, bu siyasət çətin görünə bilər. Lakin bu, bizim tariximizdir, bizim coğrafiyamızdır və biz bu coğrafiyada hər zaman yaşamışıq. Nə biz, nə də qonşularımız bu coğrafiyanı dəyişə bilməz. Düşünürəm ki, ölkəmizin uğuru siyasi inkişafda, müstəqilliyin gücləndirilməsindədir. Biz keçən il müstəqilliyimizin 30-cu ildönümünü qeyd etdik. Sovet imperiyasının dağılmasından sonra müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası müstəqilliyinin ilk illərində olduqca ağır və keşməkeşli dövr yaşamışdır. Mənfur düşmənimiz ölkə daxilində mövcud olan hərc-mərclikdən istifadə edərək əzəli torpaqlarımızı işğal etmiş və 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq hüququn tapdalandığı və ikiüzlü münasibətin nəticəsində uzun illər ədalətin bərpası istiqamətində yürütdüyümüz siyasət təssüf ki, nəticəsiz qalmışdır.

Yalnız Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz düşmənə ağır zərbə vuraraq torpaqlarımızı işğaldan azad etmiş və Azərbaycanın haqlı mübarizəsi qələbə ilə bitmişdir. Bundan sonrakı dövrdə də ölkəmiz hər zaman güclü olmalı və haqsızlığa qarşı mübarizə aparmağa hazır olmalıdır. Məhz Azərbaycanın milli maraqlar üzərində qurduğu xarici siyasətin də məqsədi bundan ibarətdir. Ölkəmiz hər zaman yerləşdiyi regionda qonşularla normal münasibətləri saxlamaqda maraqlıdır. Eyni zamanda, bizim ölkəmizdən çox böyük olan qonşularla da münasibətləri saxlayaraq öz milli kimliyimizi, müstəqilliyimizi və müstəqil siyasi mövqeyimizi qorumaq da mümkündür.

Qonşularımızla münasibətlərə gəldikdə isə biz hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışırıq. Problemli sahələri və yaxud da fərqli mövqelərimiz olan məsələləri hər zaman ifadə etmişik. Biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Bundan sonra da çalışmalıyıq ki, dövlətimiz güclü, müstəqilliyimiz isə əbədi, dönməz və sarsılmaz olsun.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər