Sizin Reklam Burada

Tokio Moskvaya etiraz edib

Tokio Moskvaya etiraz edibTokio Moskvanın Kuril adaların keçmiş sakinləri olan Yaponiya vətəndaşlarının adaların cənub hissəsinə asanlaşdırılmış səfərləri haqqında ikitərəfli, habelə qarşılıqlı vizasız gediş-gəliş proseduru haqqında sazişdən çıxmaq qərarı ilə əlaqədar Rusiyaya etiraz edib. Bu barədə Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.

"Biz bunu yersiz hesab edirik. Bizim nöqteyi-nəzərimizdən bu, yolverilməzdir. Hazırda Rusiya tərəfdən rəsmi bildiriş (müqavilədən çıxmaq barədə nota) almamışıq. Eyni zamanda, biz qəti etirazımızı bildirdik”, - deyə o bildirib.
Matsuno həmçinin Yaponiya-Rusiya münasibətlərinin pisləşməsinə görə məsuliyyətin “tamamilə Rusiyanın üzərinə düşdüyünü” iddia edib.

Qeyd edək ki, bazar ertəsi Rusiya Yaponiya ilə bu adaların keçmiş sakinləri olan Yaponiya vətəndaşlarının Kuril adalarına asan səfərləri haqqında sazişi, eləcə də qarşılıqlı səfərlərin proseduru haqqında sazişi ləğv edib. Rusiya Federasiyası Hökumətinin müvafiq sərəncamı hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər