Sizin Reklam Burada

"Minsk Qrupunu dirçəltmək cəhdləri mənasızdır"

"Minsk Qrupunu dirçəltmək cəhdləri mənasızdır"Cənubi Qafqazda vəziyyətin stabilləşməsini, bölgənin təhlükəsiz bir əraziyə çevrilməsini istəməyən qlobal güclər gərginliyi artırmağa çalışırlar. Son dövrlər ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərində, artıq başa çatmış Qarabağ münaqişəsi məsələsində tutduğu mövqe bunu deməyə əsas verir.

Bunu "Xalq Cəbhəsi"nə Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

O, qeyd edib ki ş, münaqişənin başa çatdığını, bu problemi həll etməli olan, amma həll etməyən ATƏT-in Minsk Qrupunu dirçəltmək cəhdlərinin mənasız olduğunu anlamaq istəməyən rəsmi Vaşinqton sönmüş odu alovlandırmağa cəhd göstərir:
"44 günlük müharibə başa çatanda, üçtərəfli Bəyanat imzalananda Minsk Qrupu artıq öz ömrünü başa vurmuşdu. Azərbaycan rəsmi olaraq bu qrupun missiyasının başa çatdığını, onun gündəmdə saxlamağa çalışdığı status məsələsinin “cəhənnəmə vasil olduğunu” bəyan etdi.
Daha sonra Rusiya-Ukrayna müharibəsinin başlanması, ABŞ, Fransa, Rusiya arasında diplomatik münasibətlərin azalması, gərginliyin artması Minsk Qrupu formatını ümumiyyətlə gündəmdən çıxartdı. Hər üç ölkə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üçün ayrılıqda nümayəndələr təyin etdilər. Bu, Minsk Qrupu formatının bitdiyinin təsdiqi idi".

M.Göyüşlü qeyd edib ki, bütün bunlardan sonra ABŞ-ın, yaxud digər iki tərəfdən birinin Minsk Qrupu ilə bağlı açıqlama verməsi, onu diriltmək cəhdləri, “Dağlıq Qarabağ” ifadəsini səsləndirməsi, yaxud münaqişənin davam etdiyini elan etməsi qəbuledilən deyil. 30 ilə yaxın davam edən münaqişə dövründə problemi həll etməyən, onu uzadan Minsk Qrupu Azərbaycan xalqının nifrətini qazanıb. Bu formata hansısa etimaddan söhbət belə gedə bilməz. Bu cür etibarsız, öz missiyasını yerinə yetirə bilməyən formatı yenidən diriltmək cəhdləri arxiv olmuş münaqişəni alovlandırmaq deməkdir: "Dünyaya demokratiya dərsi keçməyə çalışan, özünü beynəlxalq sülhün müdafiəçisi kimi göstərmək istəyən rəsmi Vaşinqtonun bu addımı təəssüf doğurur.

İnanıram ki, ABŞ Cənubi Qafqazdakı mövcudluğunu, əməkdaşlıq imkanlarını zəif və etibarsız Ermənistanla deyil, güclü, etibarlı, nüfuzlu Azərbaycanla qurmağa üstünlük verəcək. Artıq bununla bağlı ilkin addımların atılmasının da şahidiyik. Dünən Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı tərəflər bir sıra məsələlər, o cümlədən münasibətlərin normallaşması səyləri ətrafında fikir mübadiləsi aparıblar. ABŞ Azərbaycanla əməkdaşlıqdan, Bakı və İrəvanın münasibətlərinin normallaşdırılmasından yalnız fayda götürə bilər, nəinki gərginliyi artırmaqdan. Ona görə də rəsmi Vaşinqtonun Azərbaycanla münasibətlərə yenidən baxması, diqqətli siyasət yürütməsi vacibdir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər