Türkiyə Prezidenti Yunanıstana xəbərdarlıq edib
Dərc olunub:
6-09-2022, 12:37
“Yunanıstan Türkiyəyə necə münasibət göstərəcəyi barədə ətraflı düşünəcək. Əks halda hər dəfə dediyim kimi, bir gecə qəfil gedə bilərik”.
“Report” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən öncə keçirdiyi brifinqdə bildirib.
“Son həftələr çıxışlarımda Yunanıstanla bağlı açıqlamalarım, yəqin ki, diqqətinizi çəkib. Müdafiə Nazirliyimiz lazımi müzakirələri aparır. Yuanıstan baş verənlərin fərqindədir və buna görə hərəkətlərini tənzimləməyə başlayıb”, - o söyləyib.