"ABŞ Ərdoğanı hakimiyyətdən uzaqlaşdırnaq niyyətindədir"
Türkiyə-Yunanıstan arasında Ege və Ağ dəniz hövzəsindəki gərginlikdə Amerikanın hansı məqsədlər güddüyü maraq doğurur. Hadisələrin təhlil edilməsinə əslində bu sualın hər hansı formada gerçəklik payının olub-olması baxımından yanaşmalıyıq.
Avrasiya.net xəbər verir ki, bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
O, qeyd edib ki, Amerikanın Yunanıstanın Dədəağac liman şəhərinə külli miqdarda hücum silahları yığması faktı Türkiyədə belə bir fikir formalaşdırır ki, ABŞ bunu Türkiyəyə qarşı istifadə üçün toplayır, amma ABŞ bunu Avropaya göndərmək üçün topladığını deyir: "Yunanıstanın Dədəağac liman şəhərinin Türkiyənin ən yaxın İpsala keçid məntəqəsinə 40 km məsafədə yerləşməsi, Çanaqqala boğazının girişində Bozcaada və Gökcəada adalarına yaxın olması və ümumən İstanbula yaxın məsafədə yerləşməsi Türkiyədə bu ehtimalları artırır ki, hədəf odur. Bunun nəticəsi olaraq da R.T.Ərdoğanın devrilməsi, onun yerinə öz dəstəklədiyi birinin gltirilməsi və ən nəhayət, Türkiyənin parçalanması, Kürd dövlətinin qurulmasıdır".
Politoloq deyib ki, Amerikanın strateji planları arasında Kürd dövlətinin qurulması mövcuddur. R.T. Ərdoğanın devrilməsi planı da. R.T.Ərdoğanın hakimiyyətdən uzaqlaşdrılması ABŞ prezidenti Baydenin seçki qabağı və sonrası şüarı idi. Əslində, Baydenin bu fikrində nə qədər ciddi olub-olmaması faktı elə də reallığa söykənmir: "Baydenin Ərdoğanla ikili görüşlərinin vizual təsviri heç də bu fikri doğrulamır. Onların hər ikisinin səmimi davranışlarına şahid olunan görüntüləri hamı görüb. Amma, yenə də ən pis variant kimi Ərdoğanın hakimiyyətdən getməsi variantını götürsək, bunun Amerikanın planlarına nə kimi şərait yaradacağı gerçəyini analiz etməliyik.