Müharibə Ukraynaya 326 milyard dollar zərər vurub
Ukraynanın baş naziri Denis Şmıqal ölkənin hərbi əməliyyatlar nəticəsində itkilərini açıqlayıb, bu itkilərin məbləği 326 milyard dollar təşkil edir.
"Xalq Cəbhəsi" xəbər verir ki, bu barədə yerli "Ölkə" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Şmıqal Brüsseldə keçirilən Aİ-Ukrayna Assosiasiya Şurasının iclasında bildirib ki, Ukrayna hərbi əməliyyatların vurduğu zərəri 326 milyard dollar qiymətləndirir.
Baş nazir əlavə edib ki, Ukrayna hökuməti bu məbləği Dünya Bankının ekspertləri ilə birlikdə araşdıra bilib.
Şmıqalın sözlərinə görə, dağılmış obyektlərin bərpasına 105 milyard dollar xərclənməlidir.
Aprelin ortalarında “Financial Times” qəzetinə müsahibəsində Ukraynanın maliyyə naziri Serhi Marçenko bildirib ki, Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan bəri ölkənin mülki və hərbi infrastrukturuna dəymiş ziyan 270 milyard dollar təşkil edib.