Rusiya 150 min şagirddən "qalxan" kimi istifadə edir
Dərc olunub:
6-09-2022, 08:52
Rusiya işğalçıları Ukraynada daha bir çirkin taktikaya əl atıb.
Bunu Ukrayna Baş nazirinin müavini və müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşşuk deyib.
Vereşşuk qeyd edib ki, yeni tədris ilinin başlaması ilə Rusiya Müdafiə Nazirliyi müvəqqəti işğal olunmuş ərazilərdə ukraynalı məktəblilərdən canlı qalxan kimi istifadə edir:
“Uşaqların həyatı və sağlamlığı üçün təhlükə olmasına baxmayaraq, Ukraynanın işğal olunmuş hissəsində işğalçılar şagirdləri məktəbə getməyə məcbur edirlər. Söhbət ən azı 150 min şagirddən gedir”.