Sizin Reklam Burada

Bakı AB-nin sammitinə dəvət edildi – Səbəb

Bakı AB-nin sammitinə dəvət edildi – SəbəbAB ilə Azərbaycan arasında Vətən müharibəsindən sonra spesifik və çoxşaxəli münasibətlər formalaşdırılır, qarşılıqlı asılılığı, bərabər hüquqluğu, eləcə də sülhü və təhlükəsizliyi təmin etmək istiqamətində münasibətlər inkişaf etdirilir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlyas Hüseynov Avropa Birliyinin Azərbaycanı Çexiyanın Praqa şəhərində keçiriləcək sammitə dəvət etməsilə bağlı deyib.

Politoloqun sözlərinə görə, son proseslər konteksində Azərbaycanla AB arasında enerji təhlükəsizliyi sahəsində strateji əməkdaşlıq daha da artıb:

“Rusiya-Ukrayna müharibəsi fonunda Avropada enerji təhlükəsizliyi ən önəmli prioritet kimi qəbul olunur. Hətta enerji təhlükəsizliyinin fundamental problemin olduğu qeyd olunur. Baş verən proseslər Azərbaycanın enerji resurslarına marağı artırıb. Buna görə də AB regionda sülhü və təhlükəsizliyi təmin etmək üçün Ermənistan və Azərbaycan arasında vasitəçiliyi öz üzərinə götürüb. Bildiyimiz kimi, AB Şurasının Prezidenti Şarl Mişel, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Brüsseldə dörd dəfə görüş keçirilib. Bu görüşlər sərhədlərin delmitasiyası, iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpa olunması, humanitar məsələlərin həlli və sülh müqaviləsinin imzalanmasını əhatə edir. AB daha çox sülh müqaviləsi ilə bağlı məsələni ön plana çıxarır.

Bu gün keçmiş sovet respublikalarında və MDB məkanında önəmli siyasi proseslər gedir. Azərbaycan bu və ya digər formada həm də bu proseslərin iştirakçısıdır. Lakin Azərbaycan çox praqmatik, uzaqgörən, balanslı, regional geosiyasi aktorların maraqlarını və geosiyasi ambisiyalarını yaxşı bilərək, onları analiz edərək, praktiki addımlar atır. Cənab Prezidentin İtaliyaya səfəri zamanı "Avropa Evi- Ambrosetti" beyin mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda məhz Azərbaycanın geosiyasi prioritetləri, eləcə də xarici siyasət strategiyası, enerji diplomatiyası ilə bağlı fikirləri dediklərimizi daha da təsdiqləyir. Azərbaycan öz geostrateji mövqeyinə uyğun olaraq milli maraqlar kontekstində xarici siyasət və diplomatiya yürüdür. Yaxın tarix və Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə də sübut edir ki, Azərbaycan çox doğru addımlar atır və geosiyasi prosesləri çox yaxşı tədqiq edə bilir. Buna görə də AB Azərbaycana böyük maraq göstərir və keçirdiyi müxtəlif sammitlərdə Azərbaycanı görmək istəyir.

Azərbaycanın təcrübəsi AB üçün maraqlıdır. Eyni zamanda Azərbaycan da AB-nin iqtisadi-sosial sahədə əldə etdiyi nailiyyətləri ölkəmizdə tətbiq etməyə və bu sahəni inkişaf etdirməyə meyil göstərir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər