Qadir İbrahimlidən pis xəbər: xəstəxanadan çıxarılır...Tanınmış jurnalist, iqtisadçı Qadir İbrahimlinin vəziyyəti getdikcə ağırlaşır.

Axar.az xəbər verir ki, həkimlər ümidsiz olduqlarını bildiriblər.

Hazırda süni aparatda olan jurnalistin yaxın saatlarda xəstəxanadan çıxarılacağı gözlənilir.

O, xəstəxanadan çıxarıldıqdan sonra Lənkərana - doğulduğu yerə aparılacaq.

Qeyd edək ki, Q.İbrahimli qaraciyər sirrozu ilə reanimasiyaya yerləşdirilib.
İrəvanda prezidentin qaldığı otel mühasirəyə alındıİrəvanda müxalifət tərəfdarları Litva Prezidenti Gitanas Nausedanın qaldığı “Aleksandr” otelini mühasirəyə alıb.

Axar.az xəbər verir ki, etirazçılar axşam baş tutan yürüşdə prezidentin qaldığı otelin qarşısına gəlib.

Bundan sonra koordinator İşxan Saqatelyan məhz həmin küçədə dayanmağı tövsiyə edib.

O, iştirakçılar qarşısında çıxışında bildirib ki, Baş nazir Nikol Paşinyan erməni xalqının iradəsini əks etdirmir və onun beynəlxalq partnyorlarla görüşmək üçün mandatı yoxdur.
İlham ƏIiyev İrana səfərə dəvət olunduAzərbaycan Prezidenti İlham Əliyev İrana səfərə dəvət olunub.

Səfirlikdən verilən məlumata görə, bu fikir Tehranda İran Prezidenti İbrahim Rəisi ilə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev arasında keçirilən görüşdə səsləndirilib.

Belə ki, İbrahim Rəisi İranın Azərbaycanla əlaqələrinin inkişafına xüsusi önəm verdiyini qeyd edərək səmimi salamlarının və İrana dəvətinin Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
“Haber Global”ın “Nurçu” sahibinin bahalı saat kolleksiyası - Anar Əlizadənin yarımmilyonluq hədiyyəsi



Bir zamanlar lüks avtomobillərə olan marağı ilə diqqət çəkən “Habel Global”ın idarə heyətinin sədri Elnur Abdullayev indi də bahalı saatları ilə diqqətləri öz üzərinə çəkməyi bacarıb.

E.Abdullayev “Patek Philippe” və “Rolex” markalarına üstünlük verir.

Onun kolleksiyasında olan “Patek Philippe” markasının “Gondalo” modelinin qiyməti 48.600 dollardır.

Ən ucuz saatlarından biri isə “Rolex” markasının “Oyster” modelidir. Bunun isə qiyməti 12.450 dollardan başlayır.






Hətta Elnur Abdullayevin “day-day”ı kimi tanınan Rövnəq Abdullayevin dayısı oğlu Anar Əlizadə ona saat sevgisi səbəbindən öz xüsusi hədiyyəsini təqdim etdiyi iddia edilir. İddiaya görə, Anar Əlizadə Elnur Abdullayevə Ziya Məmmədovun oğlu Anar Məmmədovun saatından – “Ulysse Nardin Safari Minute Repeater” bağışlayıb. Bu saatın qiyməti 400 min dollardır.



Xatırladaq ki, sabiq nazir Ziya Məmmədovun keçmiş kadrı olub. Mətbuatada gedən məlumata görə, sabiq nazir vaxtı ilə ona “Lexus” markalı avtomobil bağışlayıb.

Sonradan Rövnəq Abdullayev xəttinə “transfer” olunan Elnur Abdullayev mətbuatda gedən məlumata görə, Anar Əlizadənin əsas adamlarından birinə çevrilib.

Elnur Abdullayev həm yerli mətbuatda, həm də Türkiyə mətbuatında Fəttullah Gülən tərəfdarı “Nurçu” kimi qələmə verilib. Hətta biz neçə ay öncə Türkiyə mətbuatında Elnur Abdullayev haqqında “Haber Global”ın sahibi FETÖ imamı mı?” başlıqlı xəbər yayımlanıb./32gun.az/


Almaniyada məktəbdə atışma olub, yaralanan varAlmaniyanın Bremerhafen şəhərində məktəbdə atışma baş verib.

"Report"un məlumatına görə, bu barədə “Bild” nəşri məlumat yayıb.

Atışma nəticəsində bir nəfər ağır yaralanıb. Onun məktəb işçisi olduğu deyilir.

Şagirdlər arasında xəsarət alan olmayıb.

Polis hücum edənlərdən birini saxlamağa müvəffəq olub.
Əfv Komissiyasında 500-dən çox müraciətə baxılıbBu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, iclasda komissiyaya daxil olan 100-dən çox müraciətə baxılıb. Bununla da Əfv Məsələləri Komissiyasında baxılan müraciətlərindən sayı 500-ü keçib.

Qeyd edək ki, 28 May Müstəqillik günü münasibəti ilə Azərbaycanda əfv sərəncamının imzalanması gözlənilir.

Xatırladaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Rusiya daha bir ölkənin diplomatlarını qovurRusiya Xarici İşlər Nazirliyi beş portuqaliyalı diplomatın ölkədən çıxarılmasına qərar verib.

Axar.az xəbər verir ki, nazirlik bu qərarın Lissabonun keçən ay 10 rus diplomatını ölkədən çıxarmasına cavab olaraq qəbul edildiyini açıqlayıb.

Diplomatlar 14 gün ərzində ölkəni tərk etməlidirlər.

Qeyd edək ki, Rusiya dünən Fransa, İspaniya və İtaliyadan olan 85 səfirlik əməkdaşını ölkədən çıxarmaq qərarını verib.
Bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdirGənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, dinimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır.

Gənclik hər bir millətin inkişafının təməl daşıdır. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir, onların cəmiyyətdə təsdiq olunmaları üçün şərait yaradır. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir.

Danılmaz bir faktdır ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir. Azərbaycan şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edir. Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olan Azərbaycanın qəhrəman oğul və qızlarının ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Müstəqil dövlətdə yaşayan hər bir gənc ilk növbədə bu dövlətin müstəqilliyinin təmin edilməsini özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Gənclər bilməli və dərk etməlidir ki, Azərbaycan üçün dövlət müstəqilliyi ən böyük hadisədir və bu bilik vətənpərvərlik hissinin aşılanması vasitəsilə təlqin edilə bilər.

Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqilliyin üçüncü onilliyinə qədəm basmış Azərbaycana məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Ümummilli lider müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişməsini dəfələrlə qürur hissi ilə vurğulayıb: “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”.

Radikalizm Azərbaycan gəncliyinə xas olmayan bir haldır. Bu gün Azərbaycan gənci dövlətinə, dövlətçiliyinə, millətinə, xalqına, dininə, dilinə, adət-ənənələrinə sahibdir. Bu gün Azərbaycanda sağlam gənclik yetişir.

Dövlətimiz dini ekstremizmin qarşısının alınması, vətəndaşlarımızın xarici təsirlərdən qorunması, ölkədəki dini durumun sabit saxlanılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri bu gün də uğurla davam etdirir. Normativ-hüquqi aktların beynəlxalq normalara uyğunlaşdırılması, dövlətin, həm də dini qurumların hüquq və öhdəliklərinin dəqiq müəyyən olunması, eləcə də insanpərvərlik prinsipləri ilə ziddiyət təşkil edən zərərli fikirləri təbliğ edən təriqət və cərəyanların fəaliyyətinin məhdudlaşdırılması məqsədilə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir. Bu gün Azərbaycan Respublikasının hüquq mühafizə orqanları ölkədə ekstremizmin və radikallıq meyllərinin qarşısının alınması məqsədilə ardıcıl və sistemli tədbirlər həyata keçirir. Radikal təriqətlərin ölkəmizdə yayılmasına imkan verilməməsi, xaricdə fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində döyüşən gənclərlə bağlı həyata keçirilən tədbirlər bu fikri təsdiq edir. Bu sahədə möhkəm və mükəmməl hüquqi baza formalaşıb.

Belə ki, ekstremizmə qarşı mübarizənin gücləndirilməsi və radikallıq meyllərinin qarşısının alınması ilə bağlı müddəalar Azərbaycan Respublikasının Qanunlarında da öz əksini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 28, 283-1.3-cü və 283-1.3- cü (Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə, yaxud bu ağır cinayətlərə hazırlıq) maddələri ekstremizmə qarşı mübarizədə xüsusi əhəmiyyətə malikdir [1, s.188]. 2015-ci ilin dekabr ayında Azərbaycanda “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanun qəbul edilmişdir. Bu Qanunun qəbul edilməsi milli, sosial və ya dini nifrətin salınmasının, milli ləyaqətin alçaldılmasının, milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasının və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin törədilməsinin qarşısının alınmasına ciddi töhfələr vermişdir.

Rüstəm Cəfərov

Yazı Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Dini radikalizm və ekstremizm – milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” layihəsi çərçivəsində hazırlanıb
Davam edən iqtidar-müxalifət dialoqu və siyasi etimadİqtidar-müxalifət dialoqu davam edir.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev son günlər artıq 7 siyasi partiya rəhbəri ilə görüşüb və bu görüşlər davam etməkdədir.

Fakt odur ki, siyasi sistemdə tətbiq olunan yeni siyasi konfiqurasiya iqtidar-müxalifət, o cümlədən bütün partiyalar arasında dayanıqlı, sivil münasibətlər sistemi formalaşdırdı. Prezident İlham Əliyevin elan etdiyi islahatlar paketinin tərkib hissəsi olan, 2019-cu ildə həyata keçirilən kadr və sturuktur dəyişiklikləri çox keçmədən öz bəhrəsini verdi. Bu islahatların nəticəsində cəmiyyət 2020-ci ildən ölkənin siyasi sistemində yeni münasibətlərin şahidi oldu. Ali siyasi rəhbərliyin iradəsi ilə başlanan iqtidar-müxalifət dialoqu ölkədə siyasi qüvvələr arasındakı münasibətləri dünya standartlarına uyğunlaşdırdı.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin 2020-ci ilin əvvəlindən siyasi partiyalarla apardığı dialoq iqtidarla müxalifət arasında əməkdaşlıq formatının təməl prinsiplərini və siyasi partiyalar arasında etimad mühitinin yaranmasına səbəb oldu. Yeni və sivil münasibətlərə əsaslanan bu model 2020-ci ilin ilk yarısında siyasi partiyalarla iqtidar arasında çoxillik problemləri və soyuq münasibətləri tamamilə aradan qaldırdı. Dövlətçilik prinsiplərinin qorunmasına xidmət edən yeni etimad mühiti 44 günlük Vətən müharibəsi zaman özünü bir daha təsdiqlədi. Bütün siyasi partiyalar Ali Baş Komandanın ətrafında birləşərək, Vətən müharibəsində hərbi və siyasi qələbənin qazanılmasında iştirak etdi.

Bu prosesin uğurla həyata keçirilməsində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və müvafiq şöbənin əməkdaşları Prezident İlham Əliyevin onların üzərinə qoyduğu vəzifəni uğurla tamamladılar.

2020-ci ildən bu günə qədər böyük bir yol keçilib. Davamlı xarakter alan iqtidar-müxalifət dialoqu hazırda geridönüşü olmayan və günbəgün inkişaf edən bir prosesdir. Bu dialoq indi yeni mərhələyə adlayıb. Artıq dialoqdan əməkdaşlıq modelinə keçid edilib. Ona görə də hazırda proses daha geniş spektrdə davam etdirilir.

Yeni siyasi münasibətlər sisteminin elə bir mərhələsindəyik ki, indi iqtidarla müxalifətin heç bir spektri arasında süni məsafə yoxdur. Münasibətlər və əlaqələr daimi və əlçatandır. Münasibətlərin yeni dövrün tələblərinə uyğun qurulması cəmiyyətin siyasi aktivliyinə də böyük mənada müsbət təsir edib. Əvvəlki illərdən fərqli olaraq, müxalifətə yönəlik strategiya tamamilə dəyişib. İqtidar müxalifətin, o cümlədən bütün siyasi partiyaların fəallaşmasında, cəmiyyətdə söz sahibinə çevrilməsində, siyasi təşkilatların siyasi diskussiya klubları və ya dərnəklər səviyyəsindən güclü siyasi institut formatına qədər güclənməsində maraqlıdır.

Siyasi partiyaların güclü bir siyasi institut kimi fəaliyyəti dövlətin möhkəmlənməsi və güclənməsi üçün iqtidarın həyata keçirdiyi strategiyanın tərkib hissəsidir.

Ölkədə stabilliyin dayanıqlı olmasının əsas bazasını təşkil edən subyektlərdən biri də siyasi partiyalardır. Ona görə də iqtidar mövcud siyasi partiyaların formal xarakterindən konseptual fəaliyyət modelinə malik siyasi institut modelinə keçidində siyasi təşklatlara mümkün qədər kömək etməyə çalışır. Davam edən dialoq və əməkdaşlığın da əsas məqsədi siyasi partiyaların fəaliyyət imkanlarının artırılması, güclü siyasi təsisata çevrilməsi üçün onlara maksimum imkanlar yaradılmasıdır. Siyasi fəaliyyət üçün partiyaların qərargahla təmini, müxtəlif siyasi tədbirlərin keçirilməsi, aktiv fəaliyyət imkanlarının genişləndirilməsi üçün dövlət tərəfindən müvafiq şərait yaradılması bunun bariz nümunəsidir.

Bu gün siyasi partiyalara mövqeyindən, siyasi baxışından, hakimiyyətə münasibətindən asılı olmayaraq, normal fəaliyyət üçün bütün imkanlar yaradılıb. Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən 2020-ci il seçkilərində 11 siyasi partiya təmsilçisi parlamentə seçildi. Hazırda Milli Məclisdə 11 siyasi partiya təmsil olunur. Son iki ildə 9 siyasi partiya dövlət qeydiyyatına alınıb.

İqtidar-müxalifət dialoqu başlayandan sonra müxalifət təmsilçilərinin cəmiyyətlə təmaslarında da ciddi aktivlik hiss olunur. Siyasi partiya təmsilçilərinin müxtəlif tribunalardan, efirlərdən partiya üzvləri və seçicilərlə ünsiyyət imkanları genişlənib. Bir zamanlar müxalifət nümayəndələrinin televiziya kanallarında çıxış etmək, öz fikir və təkliflərini dövlətə, cəmiyyətə çatdırmaq imkanları məhdud idi. İndi isə istənilən televiziya kanalında sərbəst çıxış etmək, dövlət siyasətinin formalaşmasında öz fikir və təklifləri ilə iştirak imkanları var. Bütün bu imkanlar siyasi partiyaların güclənməsinə təkan verir.

Azərbaycanda siyasi institutların inkişafı üçün yaradılan bütün imkanlar dövlət siyasətinin və Prezidentin elan etdiyi islahatlar paketinin tərkib hissəsidir. Ölkənin əsas və aparıcı siyasi partiyaları dialoqla başlayan və əməkdaşlıq modelinə keçidin yeni siyasi münasibətlər sistemində etdiyi dəyişiklikləri müsbət dəyərləndirir.

Xüsusi qeyd edək ki, iqtidar-müxalifət və siyasi partiyalar arasında dialoq ilk başlayanda, yeni siyasi konfiqurasiyalar yarananda, bəzi radikal qüvvələr bunu iqtidarın maraqlarına xidmət edən ötəri siyasi aksiyalardan biri, mövsümi missiya kimi xarakterizə etmək və cəmiyyəti çaşdırmaq istəyirdilər. Lakin onların təbliğatları baş tutmadı. Əksinə, cəmiyyət bu dialoq və əməkdaşlığı ölkədə sabitlik, stabillik baxımından müsbət qiymətləndirdi. Aparılan dialoq cəmiyyətin müxtəlif təbəqələri tərəfindən alqışlandı.

Bu gün siyasi diskussiyalar, siyasi qüvvələr arasında münasibətlər sosial şəbəkələr üzərindən qarşılıqlı təhdidlərdən uzaqlaşıb və qarşılıqlı etimad şəraitində davam edən canlı ünsiyyət formasına keçib. Gerçək təmaslar, faydalı fikir mübadilələri, məsləhətləşmələr, dövlətin gələcəyinə yönəlik fikirlər, təkliflər müzakirə edilir. Bu isə qarşılıqlı etimad mühitinin dərinləşməsinə xidmət edir. Birmənalı demək olar ki, bu gün siyasi partiyalarla iqtidar arasında siyasi etimad mühiti formalaşıb.

Qeyd etdiyimiz kimi Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev son iki həftədə Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov və Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimovla görüşüb. Görüşlərdə ölkədə aparılan məqsədyönlü islahatlar, bu islahatların ölkəmizin güclənməsinə, insanlarımızın rifah halının yaxşılaşmasına müsbət təsirləri, genişmiqyaslı islahatların məntiqi davamının yeni siyasi konfiqurasiyanın formalaşmasında özünü göstərməsi və nəticədə iqtidar-müxalifət siyasi dialoqunun dərinləşməsi prosesinin davam etdirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Qələbədən sonra işğaldan azad edilmiş torpaqların yenidən qurulması, əhalinin sosial təminatının yaxşılaşdırılması və dövlət idarəetməsinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, o cümlədən ölkədə korrupsiyaya qarşı sərt mübarizə tədbirləri və bu çoxşaxəli proseslərdə siyasi dialoq çərçivəsində müxalifət partiyalarının iştirakı kimi müsbət qiymətləndirilən məsələlər müzakirə edilib. Rəsmi məlumatlarda prosesin bundan sonra da davam edəcəyi bildirilir.

Bütün bunlar Azərbaycan cəmiyyətinin inkişafının, yeni siyasi konfiqurasiyanın ölkədə yaratdığı yeni və dayanıqlı siyasi münasibətlər sisteminin davamlı olacağının göstəricisidir.
Zaqatalada Hindistan vətəndaşı itkin düşdüMayın 17-də DİN-in “102” Xidməti-Zəng Mərkəzinə turist kimi ölkəmizə səyahət edən Hindistan vətəndaşı, sonuncu dəfə Zaqatalada olan 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin itkin düşməsi ilə bağlı müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, daxil olmuş müraciət əsasında aparılan ilkin araşdırma zamanı onun Zaqatalada qaldığı oteli mayın 12-də tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

Hazırda Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun əməkdaşları həmin şəxsin tapılması istiqamətində axtarışlara cəlb olunublar.

Nəticəsi barədə əlavə məlumat veriləcək.