Qadir İbrahimlidən pis xəbər: xəstəxanadan çıxarılır...
Dərc olunub:
19-05-2022, 23:02
Tanınmış jurnalist, iqtisadçı Qadir İbrahimlinin vəziyyəti getdikcə ağırlaşır.
Axar.az xəbər verir ki, həkimlər ümidsiz olduqlarını bildiriblər.
Hazırda süni aparatda olan jurnalistin yaxın saatlarda xəstəxanadan çıxarılacağı gözlənilir.
O, xəstəxanadan çıxarıldıqdan sonra Lənkərana - doğulduğu yerə aparılacaq.
Qeyd edək ki, Q.İbrahimli qaraciyər sirrozu ilə reanimasiyaya yerləşdirilib.