Rusiya daha bir ölkənin diplomatlarını qovur
Dərc olunub:
19-05-2022, 18:01
Rusiya Xarici İşlər Nazirliyi beş portuqaliyalı diplomatın ölkədən çıxarılmasına qərar verib.
Axar.az xəbər verir ki, nazirlik bu qərarın Lissabonun keçən ay 10 rus diplomatını ölkədən çıxarmasına cavab olaraq qəbul edildiyini açıqlayıb.
Diplomatlar 14 gün ərzində ölkəni tərk etməlidirlər.
Qeyd edək ki, Rusiya dünən Fransa, İspaniya və İtaliyadan olan 85 səfirlik əməkdaşını ölkədən çıxarmaq qərarını verib.